Dünyada elektron hökumətlər, bankçılıq, ticarət gün keçdikcə daha geniş yayılmağa, sadə və əlverişli olmağa davam edir. Bu prosses internetin real dünyanın bir əksi olması haqda fikirləri təsdiqləyir. Belə olan halda isə bu virtual aləmdə cinayətkarlıq, dələduzluq kimi mənfi hallar qaçılmazdır.
Haker adı ilə tanınan bu kiber-cinayətkarlar haqda gələcəkdə geniş və ətraflı məlumatlar verəcəyik.
Hələlik isə dünyanın ən məşhur hakerlərindən beşi ilə sizi tanış edirik:
Kevin Mitnick
Haqqında tez-tez “dünyanın ən məşhur hakeri”, “hakerlərin kralı” və s. kimi fikirlərin söyləndiyi, iki kinonun çəkildiyi Kevin Mitniki, hətta ABŞ Ədalət (Ədliyyə) Nazirliyi “ABŞ tarixinin ən çox axtarılan kompüter kriminalı” kimi qiymətləndirir. O, hakerliyə 16 yaşında avtobuslardan pulsuz istifadə etmək, pulsuz zənglər əldə etmək kimi kiçik həcmli işlərlə başlasa da, elə o vaxtlarda Digital Equipment Corporation-ın (Rəqəmsal Təchizat Şirkəti) şəbəkəsinə daxil olduğu və onların proqramını oğurlardığı üçün bir illik həbsə və ardınca üç illik şərti həbsə məhkum edilir. Bu məhkumluğun sonuna yaxın isə o, qaçaraq 1995-ci ildə FTB tərəfində ələ keçirilənə qədər iki ildən çox gizlənərək yaşayır. Bu proses zamanı törətdiyi kiçik kiber-cinayətləri saymazsaq, o, milli müdafiə sisteminə kiber-hücumlar təşkil edib, bir sıra əhəmiyyətli sənədləri oğurlayıb. Hazırda qanuna uyğun həyat sürən Kevin bir kiber-təhlükəsizlik şirkətinin rəhbədir.
Jonathan James
c0mrade ləqəbi ilə tanınmış Conatan Ceymsi məşhur edən törətdiyi əməllərin qurbanları idi bu siyahıda “BellSouth” telekommunikasiya şirkəti, ABŞ Müdafiə Nazirliyi və hətta NASA var. O, NASA-ya hücum etdikdən sonra onları iş prinsipi başa düşəcək qədər məlumat oğurlaya bilmişdi. Ümumilikdə, NASA-dan əldə etdiyi məlumatların qiyməti 1.7 milyon dollar idi və NASA hücuma şərait yaratmış boşluğu aşkarlayan qədər bütün sistemin fəaliyyətini saxlamışdı ki, bu da əlavə 41 min dollar zərərlə nəticələnmişdi. Lakin onun hekayəsi faciəvi sonluqla bitir. 2007-ci ildə qlobal səviyyəli bir sıra şirkətlərin yoluxucu şəbəkə hücumlarına məruz qaldığı üçün Conatan bu hücumlara heç bir aiddiyatı olmadığını deməyinə baxmayaraq şübhəli şəxs kimi saxlanılır və istintaqa cəlb olunur. 2008-ci ildə Conatan törətmədiyi cinayətlərə görə məhkum ediləcəyinə inandığı üçün intihar edir.
Gary McKinnon
Solo ləqəbi ilə tanınmış Qeri Makkinnon öz haker şöhrətini ən böyük hərbi kiber-hücumlarından birini icra edərək qazanıb. 2001-2002-ci illəri arasında ABŞ Silahlı Qüvvələrinə və NASA-ya aid 97 kompüterə illeqal çıxış əldə etmişdi. O, pulsuz enerji təminatı və UNO fəaliyyətlərini gizlədilməsi ilə bağlı məlumatları axtardığını bəyan edirdi, hətta Onu UNO Hakeri kimi adlandıranlar da var. Lakin ABŞ rəsmiləri isə deyir ki, Qeri bir sıra kritik faylı silib, 300-dən artıq kompüteri işə yaramaz hala gətirib və ümumilikdə 700 min dollar zərər vurub. Böyük Britaniya vətəndaşı olduğu üçün 2002-ci ildən 2012-ci ilə qədər uzun müddət məhkum kimi ABŞ-a göndərilməməsi uğrunda mübarizə aparıb və sonda buna nail olub. Yenidən kompüterlərə qovuşmasına icazə verilən Makkinnon təcrübəli mütəxəssis kimi müxtəlif İT xidmətləri təklif edən şirkət sahibidir.
Kevin Poulsen
Telefon sistemlərinə dair məxsusi bilikləri sayəsində 15 dəqiqədə şöhrət qazanan, Dark Dante (qaranlıq Dante) ləqəbi ilə tanın Kevin Poulsen radio stansiyanın telefon xətlərinə daxil olub və özünü müsabiqənin qalibi kimi göstərməyi bacarmışdı, beləliklə də, Porsche markalı avtomobil əldə etmişdi. Onu FTB-nin “Ən çox axtarılanlar” siyahısına daxil edən isə federal sistemə daxil olub telefon səsyazmalarını oğurlaması olub. Ələ keçdikdən sonra 51 aylıq həbs cəzasına və 56 min dollarlıq cəriməyə məhkum edilib. Azadlığa çıxdıqdan sonra isə yaxşı bir vətəndaş kimi qanunlara riayət edib, jurnalist fəaliyyitinə başlayıb. Hətta o, mySpace şəbəkəsində 744 cinsi təcavüzkarın ələ keçirliməsində hüquq-mühafizə orqanlarına kömək edib.
Albert Gonzalez
Albert öz şöhrətini 2 il ərzində 170 milyon kredit və debit kartın nömrələrini oğurlamaqla əldə edib. O, ShadowCrew (Şadou Kryu) adlı kiber-cinayətkar dəstənin lideri kimi fəaliyyətə başlamışdı. İlkin məqsədləri 1.5 milyon kredit kartı nömrəsini oğurlayıb satmaq olan bu dəstə həmçinin pasport, tibbi siğorta, doğum şəhadətnaməsi kimi sənədlərin saxtalaşdırlıması kimi dələduzluq əməlləri törədərək, ümumilikdə 4.3 milyon dollarlıq gəlir əldə ediblər. Albert sonra böyük gəlir əldə etmək üçün TJX şirkətləri və Heartland Payment Systems-ə (Hartlənd Ödəmə Sistemləri) hücumlar təşkil edib. 2010-cu ildə polisin saxladığı Albert, 20 illik həbs cəzasına məhkum edilib.
Murad Məmmədzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri