Previous Next
Bağla

Ekspert: “İctimai əhəmiyyətli” informasiya infrastrukturlarına hansı şirkətlər daxil ediləcək?

11-08-2026 18:36
Ekspert: “İctimai əhəmiyyətli” informasiya infrastrukturlarına hansı şirkətlər daxil ediləcək?

Azərbaycanda kibertəhlükəsizlik sahəsində yeni qanunvericilik dəyişiklikləri mövcud kiber ekosistemdə ciddi yeniliklərə səbəb olacaq.

Xeberler.az məlumat verir ki, Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz yeni dəyişikliklərlə bağlı diqqətçəkən məqamlara toxunub.

Ekspert bildirib ki, yeni qanunvericiliklə “ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturu” adlı yeni kateqoriya yaradılıb.

Onun sözlərinə görə, indiyədək kibertəhlükəsizlik sahəsində xüsusi rejim əsasən Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin səlahiyyət dairəsində olan Kritik İnformasiya İnfrastrukturu (Kİİ) üzərində qurulub.

“İndi isə Kİİ olmayan dövlət və özəl şirkətlərin informasiya infrastrukturları da xüsusi kibertəhlükəsizlik perimetrinə daxil edilə bilər”, – deyə Osman Gündüz qeyd edib.

Ekspert yeni kateqoriyaya hansı qurumların daxil edilə biləcəyinin sual doğurduğunu vurğulayıb. Qanuna əsasən, informasiya sisteminin fəaliyyətinin dayanması ölkənin siyasi, sosial və iqtisadi dayanıqlılığına ciddi zərər vura biləcək qurumlar “ictimai əhəmiyyətli” kateqoriyaya aid edilə bilər.

O bildirib ki, müvafiq siyahını fəaliyyət göstərilən sahə üzrə dövlət siyasətini, tənzimləməni və nəzarəti həyata keçirən dövlət qurumu müəyyənləşdirərək Milli CERT-ə təqdim edəcək.

Osman Gündüzün fikrincə, yanaşmanın mahiyyəti başadüşüləndir. Belə ki, böyük şirkətin, data mərkəzinin, ödəniş sisteminin və ya geniş istifadə olunan rəqəmsal platformanın fəaliyyətinin dayanması artıq yalnız həmin şirkətin problemi hesab edilə bilməz.

“Amma hansı meyarlarla özəl şirkət ‘ictimai əhəmiyyətli’ elan ediləcək?” – deyə ekspert sual edib.

Onun sözlərinə görə, qanunda “siyasi, sosial və iqtisadi dayanıqlılığa ciddi zərər” meyarı əsas götürülür, lakin bunun ölçülə bilən göstəriciləri açıqlanmır.

Ekspert qeyd edib ki, burada bir sıra suallar ortaya çıxır: neçə istifadəçi meyar hesab olunacaq, şirkətin bazar payı nə qədər olmalıdır, hansı həcmdə iqtisadi zərər “ciddi zərər” sayılacaq, xidmətin neçə saat dayanması nəzərə alınacaq və alternativ xidmətlərin mövcudluğu qiymətləndiriləcəkmi?

O.Gündüz hesab edir ki, Kİİ ilə bağlı mexanizm daha konkret qurulub. Qanunda Kİİ üçün ayrıca meyarların müəyyənləşdirilməsi nəzərdə tutulur və həmin meyarlar Nazirlər Kabineti tərəfindən Prezidentlə razılaşdırılmaqla təsdiqlənir. Kİİ siyahısının təsdiqi də ayrıca hüquqi prosedura bağlanıb.

“Yeni ‘ictimai əhəmiyyətli’ kateqoriyada isə belə detallı və ölçülə bilən meyarların müəyyənləşdirilməsi mexanizmi görünmür”, – ekspert vurğulayıb.

O əlavə edib ki, siyahıya daxil edilən özəl şirkətlər, o cümlədən provayderlər, fintech şirkətləri, data mərkəzləri və rəqəmsal platformalar CERT/SOC inteqrasiyası, fasiləsiz monitorinq və təhlükəsizlik infrastrukturu üçün əlavə xərclərlə üzləşə bilər.

“Bu xərcləri kim qarşılayacaq? Özəl biznes bunu xidmətlərin qiymətinə əlavə edib sonda vətəndaşın üzərinə qoyacaqmı?” – deyə Osman Gündüz sual edib.

Ekspert həmçinin Milli CERT-in fəaliyyəti çərçivəsində loglar, şəbəkə və digər həssas texniki məlumatlarla işlənməsinin kommersiya sirri və fərdi məlumatların qorunması məsələlərini aktuallaşdırdığını bildirib.

Onun fikrincə, “ictimai əhəmiyyətli” statusunun konkret meyarları, kiçik və orta biznesə yanaşma, əlavə xərclərin qarşılanması, qərarlardan şikayət imkanları, audit və monitorinqin çərçivələri, eləcə də məlumatların tələb edilməsinin sərhədləri əvvəlcədən dəqiq müəyyənləşdirilməlidir.

“Kibertəhlükəsizliyi gücləndirmək vacibdir. Amma biznes üzərində dövlət nəzarəti genişləndikcə onun sərhədləri də bir o qədər dəqiq müəyyən edilməlidir”, – Osman Gündüz qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
DTX yeni səlahiyyətlər əldə edib

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022
Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

10-06-2026
Kibertəhlükəsizlik laboratoriyaları nə üçün yaradılır? - Şərh

Kibertəhlükəsizlik laboratoriyaları nə üçün yaradılır? - Şərh

06-02-2026
m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

18-02-2026
“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

23-04-2015
Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

10-12-2024
Kibermütəxəssislərə böyük ehtiyac var – ekspert

Kibermütəxəssislərə böyük ehtiyac var – ekspert

25-07-2023
İnternet provayderləri üçün yeni öhdəliklər müəyyən edilir

İnternet provayderləri üçün yeni öhdəliklər müəyyən edilir

24-06-2026
Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

07-05-2022
Kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri yaradılacaq

Kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri yaradılacaq

10-08-2026
İnformasiya və informasiyanın mühafizəsi haqqında yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İnformasiya və informasiyanın mühafizəsi haqqında yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

07-07-2026
İnternet informasiya ehtiyatlarının sahibləri üçün yeni öhdəliklər müəyyənləşib

İnternet informasiya ehtiyatlarının sahibləri üçün yeni öhdəliklər müəyyənləşib

10-08-2026
Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

12-09-2022
Bu qurumların strukturu niyə təsdiqlənmir?

Bu qurumların strukturu niyə təsdiqlənmir?

06-01-2021
Osman Gündüz: Kritik infrastruktura dair qanunda ciddi ziddiyyətlər var

Osman Gündüz: Kritik infrastruktura dair qanunda ciddi ziddiyyətlər var

13-08-2025
MİDA-nın onlayn satışının nəticələri ləğv edilə bilərmi? - Osman Gündüz

MİDA-nın onlayn satışının nəticələri ləğv edilə bilərmi? - Osman Gündüz

29-12-2025
Ekspert kibertəhlükəsizlik strategiyasından danışdı

Ekspert kibertəhlükəsizlik strategiyasından danışdı

11-03-2019
Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

08-05-2026
DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022
Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

20-07-2023
Ekspert: Mobil telefonda axtarış üçün məhkəmə qərarı olmalıdır

Ekspert: Mobil telefonda axtarış üçün məhkəmə qərarı olmalıdır

04-06-2026
Osman Gündüz: Dövlət xidmətlərinin myGov-da cəmlənməsi risklər yaradır

Osman Gündüz: Dövlət xidmətlərinin myGov-da cəmlənməsi risklər yaradır

07-04-2026
"İnformasiya Təhlükəsizliyində "Paqonlu" idarəetmə dövrü başa çatdı"

"İnformasiya Təhlükəsizliyində "Paqonlu" idarəetmə dövrü başa çatdı"

13-05-2025
Məhkəmə qərarı olmadan rəqəmsal axtarış: dəyişikliklər və risklər

Məhkəmə qərarı olmadan rəqəmsal axtarış: dəyişikliklər və risklər

30-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə