Previous Next
Bağla

Ekspert: "3 000 manat maaşı olan proqramçını 3 manata dərs deməyə dəvət edirlər"

30-04-2021 20:58
Ekspert: "3 000 manat maaşı olan proqramçını 3 manata dərs deməyə dəvət edirlər"

"Biz İT (İnformasiya Texnologiyaları) ixtisaslara həvəsi 10 və 11-ci siniflərdə yerindəcə boğuruq. DİM İT ixtisas seçənlərdən informatika əvəzinə kimyadan imtahan götürdüyünə görə, məktəblər, müəllimlər, kurslar, repetitorlar, valideynlər  bütün resursları kimyaya xərcləyirlər”.

Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Onun sözlərinə görə, bununla da bütün məktəblərdə yuxarı siniflərdə informatika bilərəkdən gündəlikdən çıxarılır:
 
"Digər bir məsələ isə bu ixtisası seçən uşaqların ali məktəblərdə necə ixtisasa yiyələnməsi ilə bağlıdır. Adətən yaxşı proqramçılar, praktikaya yiyələnən İT mütəxəssislər universitetdən kənarda, biznes və ya dövlət sektorunda çalışırlar. Hansı ki, aylıq əmək haqları 2500-dən yuxarıdır. Universitetlər məcburdur ki, İT sahədə təcrübəsi olan, peşəkar kadrları kənardan cəlb etsin. Saat hesabı universitetdə dərs demək isə heç bir halda peşəkar gənc kadrlara sərf etmir.
 
İlk baxışda inanılmaz görünür, amma təəssüf ki, bu reallıqdır - hazırda dövlət universitetlərində bütün  İT ixtisaslar üzrə saat hesabı dərs deyən müəllim 1 saat üçün cəmi 3 manat  alır. Acınacaqlı vəziyyətdir. Özəl universitetlərdə isə nisbətən yuxarıdır - burada saat hesabı İT ixtisas tədris edən müəllim 1 saat üçün 15-25 manat ala bilir. Təsəvvür edin ki, ən "bərk gedən” dövlət universiteti hansısa şirkətdə və dövlət sektorunda işləyib aylıq 3000 manat alan bir proqramçını, data analitiki 1 saat üçün 3 manat ödəməklə dərs deməyə dəvət edir. Kim razılaşar buna?”.
 
O.Gündüz qeyd edib ki, nəticədə biznes və dövlət sektorunda çalışan peşəkar mütəxəssislərin heç biri dərs deməkdə maraqlı olmur:
 
"Maraqlı olanlar, gənclərə nəsə öyrətmək istəyənlər isə universitetdə deyil, yollarda itirdikləri vaxt və  stress ucbatından bunu yarımçıq saxlamalı olurlar. Düşünürəm ki, hökumət təcili bu məsələlərə ciddi diqqət yetirməlidir. Rəqəmsallaşmaya cavabdeh dövlət qurumu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu istiqamətdə səyləri gücləndirməlidir. Təhsil Nazirliyi, Nazirlər Kabineti dövlət ali təhsil sektorunda əmək haqqı məsələlərinə müasir çağırışlar baxımından yenidən baxmalıdır”.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Dövlət sektorunda İT mütəxəssislərin əmək haqqı hədsiz dərəcədə aşağıdır

25-08-2021

Təmayül məktəblərdə İnformatika tədris olunacaqmı?

04-08-2017

İKT sektorunda orta aylıq əməkhaqqı 12 faizədək artıb

26-10-2024

İnformasiya və rabitə sektorunda orta maaş artıb

15-05-2025

İKT sektorunda çalışanların orta aylıq əmək haqlarında artım müşahidə olunur

16-07-2009

İnformasiya və rabitə sektorunda orta maaş 4 faizdən çox artıb

19-03-2026

İnformasiya və rabitə sektorunda orta maaş 12 faiz artıb

14-11-2025

İnformasiya və rabitə sektorunda orta maaş 11 faizdən çox artıb

15-09-2025

İKT sektorunda çalışanların orta aylıq əmək haqları artıb

20-11-2009

İnformasiya və rabitə işçilərinin orta aylıq əmək haqqı artıb

25-08-2025

Rabitə müəssisələrində çalışanların maaşı artıb

12-08-2016

Test imtahanlarına İnformatika da salınsın

16-01-2013

Ekspert: "İnformatika yoxsa Kimya" problemi növbəti imtahanadək həll edilməlidir

19-01-2021

Ekspert: “İT-ni seçən abituriyentin imtahana İnformatika əvəzinə Kimya üzrə hazırlaşması doğru deyil”

09-09-2021

Ekspert DİM-i tənqid etdi: "Qurum ciddi işlərə zaman ayırsın"

23-04-2021

Hansı prioritetdir İnformatika yoxsa Kimya ?

09-08-2019

Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019

Ekspert: Təhsil və innovasiya ekosisteminin indiki vəziyyəti absurddur

14-06-2021

Bu il XI sinifdə İnformatika tədris ediləcək? – Açıqlama

17-08-2017

Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

07-06-2022

Məktəblərdə telefon və planşetdən istifadə qadağandır?-Açıqlama

19-12-2017

Ekspert: İnformatika, yoxsa Kimya? məsələsi hələ də öz həllini tapa bilmir

14-04-2021

İnformatika fənni niyə qəbul imtahanına salınmır?

17-10-2017

"Azercell", "Bakcell" və "Nar"ın -ümumi gəliri açıqlandı

24-11-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə