Previous Next
Bağla

Ekspert: Dövlət sektorunda İT mütəxəssislərin əmək haqqı hədsiz dərəcədə aşağıdır

25-08-2021 13:54
Ekspert: Dövlət sektorunda İT mütəxəssislərin əmək haqqı hədsiz dərəcədə aşağıdır
"Dövlət sektorunda İT mütəxəssislərin əmək haqqı, həmçinin dövlət universitetlərində tədris prosesinə cəlb edilən saathesabı işləyən İT mütəxəssislərin əmək haqqı hədsiz dərəcədə aşağıdır".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə Nazirlər Kabinetinin “Dövlət sektorunda işləyənlərin yeni Vahid Tarif Cədvəli”nə, “Büdcədən maliyyələşdirilən qurumlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”nə nəzər salanda görmək olar ki, vəziyyət nə yerdədir.
 
"Təsəvvür edin ki, dövlət orqanında İT təhlükəsizliyə cavabdeh olan mütəxəssisin əmək haqqı 800 manatdır. O, ən azı 3-4 il çalışmalıdır ki, əmək haqqı 1500- manatadək yüksəlsin. Görəcəyi işin mahiyyəti və ağırlığı ilə alacağı arasında kəskin ziddiyyət var.
 
Hətta 450-600 manat arasında əməkhaqqı alan, qurumların İT infrastrukturuna cavabdeh olan İT mütəxəssislər də var. Bu işlə məşğul olan mütəxəssislərin yerli özəl şirkətlədə və xarici qurumlarda aldığı maaşlar arasında da fərq hədsiz yüksəkdir. Hansı ki, bu tip mütəxəssislər xaricdə rahat olaraq ayda 5-10 min $ və ya daha çox qazana bilirlər.
 
Dövlət universitetlərində tədris prosesinə cəlb edilən saathesabı işləyən İT mütəxəssislər isə 1 saat üçün 3 manat 81 qəpik əmək haqqı alır. Belə olan halda isə dövlət sektoruna, təhsil sektoruna peşəkar İT mütəxəssisləri cəlb etmək çox çətin olur".
 
Osman Gündüz qeyd edib ki, Rəqəmsal transformasiyaya cavabdeh qurum olaraq NRYTN bu məsələlərə diqqət yetirməlidir. NRYTN transformasiyanın lokomativi olan İT kadrların formalaşması və şəraitinin yaxşılaması üçün səyləri gücləndirməlidir Bu cür davam edərsə biz İT mütəxəssislərin daha bir köçünün şahidi ola bilərik.
 
"Müşahidələrimiz göstərir ki rəqəmsal transformaisya ilə bağlı işlər çox ləngiyir. Bir müddət öncə Prezident rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi NRYTN-ə həvalə edilib. Adı çəkilən fərmana görə NK artıq rəqəmsal transformasiya konsepsiyasını hazırlayıb başa çatdrımalıdır.
 
Fikrimcə, Fərmanın icrası ilə bağlı NRYTN strukturunda dəyişikliklər sürətlənməli, transformasiyanı, qurumlar arası əlaqələndirməni həyata keçirən strukturlar formalaşmalıdır.
 
Düşünürəm ki, İKT sektorunda müstəqil tənzimləyici qurumun formalaşmasının ləngiməsi də doğru bir yanaşma deyil".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: "3 000 manat maaşı olan proqramçını 3 manata dərs deməyə dəvət edirlər"

30-04-2021

Rusiyada rəqəmsal rubllarla ilk əmək haqqı ödənilib

17-09-2025

İKT sektorunda orta aylıq əməkhaqqı 12 faizədək artıb

26-10-2024

İnformasiya və rabitə sahəsində orta aylıq əmək haqqı daha yüksək olub

14-06-2016

Rəqəmsal transformasiya sahəsində idarəetmə təkmilləşdirilir

27-04-2021

Rabitə müəssisələrində çalışanların maaşı artıb

12-08-2016

İnformasiya və rabitə işçilərinin orta aylıq əmək haqqı artıb

25-08-2025

Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019

Hökumət Buludundan nə gözlənilir?

20-06-2019

Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

02-08-2023

Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

23-08-2019

İKT sektorunda çalışanların orta aylıq əmək haqlarında artım müşahidə olunur

16-07-2009

Nazirliyin milyonlarla vəsait hesabına aldığı proqramların özü təhlükəliymiş-ŞƏRH

15-03-2023

Azərbaycandakı mobil operatorların gəliri açıqlanıb

18-05-2017

“İnternet xidmətlərinin keyfiyyəti hədsiz dərəcədə pisləşib”

30-03-2018

Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Azerconnect" şirkəti Anlaşma Memorandumu imzalayıb

30-11-2021

İqtisad Universiteti differensial əmək haqqı sisteminə keçir

06-07-2015

Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

28-02-2019

"Azercell", "Bakcell" və "Nar"ın -ümumi gəliri açıqlandı

24-11-2020

Muzdla çalışanların 1,8 faizi İKT sahəsindədir

14-12-2015

Osman Gündüz: Ölkədə rəqəmsal savadlılıqla bağlı ciddi problemlər var

13-09-2021

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022

İKT sektorunda çalışanların orta aylıq əmək haqları artıb

20-11-2009

Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?

08-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə