Previous Next
Bağla

Ekspert: Azərbaycan e-ticarətin inkişafı sahəsində geriləyib

19-02-2021 17:07
Ekspert: Azərbaycan e-ticarətin inkişafı sahəsində geriləyib
Xeberler.az bildirir ki, BMT-nin Ticarət və İnkişaf üzrə qurumu (UNCTAD) illik hesabatını açıqlamışdı.
 
Daha öncə də xəbər verdiyimiz kimi, Azərbaycan elektron ticarət üzrə 152 ölkə arasında 65-cı yerdə qərarlaşıb. Ötən il Azərbaycan 63-cü pillədə olmuşdu. 2018-ci ildə 68-ci yerdə olub.
 
Reytinq hazırlanarkən aşağıdakı göstəricilərdən istifadə edilib :
 
1. Ölkədə İnternetdən istifadə vəziyyəti,
2. Bank xidmətlərinə əlçatanlıq, mobiil ödəniş sistemləri,
3. Təhlükəsiz serverlər, İnternet mağazaların sayı,
4. Poçtun, çatdırılma xidmətinin vəziyyəti , bağlamaların çatdırılma vaxtı
 
Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz münasibət bildirib:
 
"Maraqlıdır ki, Azərbaycan 2-ci və 3-cü bəndlər üzrə daha aşağı göstəricilər əldə edib. MDB ölkələri arasında ən yüksək göstərici 35-ci pillədə olan Belarusdadır . Rusiya 41-ci, Gürcüstan – 47-ci, Ukrayna – 51-ci, Moldova – 53-cü, Qazaxıstan – 60-cı, Ermənistan – 84-cü yerləri qazanıblar.
 
Bəs nə üçün Azərbaycan siyahıda geriləyib ?
 
Ekspert qeyd edib ki, ölkədə e-ticarətin inkişafı üçün əsas baza rolunu oynayan qanuvericilik uzun müddətdir ki, yenilənmir.
 
"Belə demək mümkünsə, ölkəmizdə rəqəmsallaşma hüquqi islahatlardan daha sürətli gedir. Uzun müddətdir ki, Mərkəzi Bank "Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında" qanun layihəsini hazırlayıb başa çatdıra bilmir. 4-5 il öncə, xatırlayıram ki, bu layihəni Maliyyə Bazarlarına Nəzarət Palatası hazırlamışdı.
 
Sonradan bu qanun layihəsinin təkmilləşməsinə MB sahiblik etdi. Və beləliklə də unuduldu. Görünür ki, burada da maraqlı tərəflər ödəniş sektorundakı üstün mövqeyin itirilməsindən ehtiyat edərək, inhisraçı mövqeyin itirilməsindən çəkinərək bu qanunun qəbulunda maraqlı deyillər.
 
Həmçinin uzun illərdi ki, ”Elektron ticarət haqqında” Qanuna yalnız bir dəfə, o da e-ticarət yolu ilə alınan malları vergiyə cəlb etmək üçün dəyişiklik edilib. Belə çıxır ki, hökumət özünə lazım olanı dərhal əldə etmək üçün , dərhal da qanunu dəyişə bilib.  Amma inkişafa yönəlik məsələlərdə dəyişiklik nədənsə uzun zaman alır. E-ticarətin inkişafı üçün bu qanunun kökündən dəyişilməsi daha doğru olardı.
 
Xatırladım ki, 2016-cı ildə hökumət internet saytlarından ediləcək onlayn alış-verişlər üçün 18% ƏDV tətbiq edib. İnternet vasitəsilə elektron kitabların, audio-vizual materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi də iş və xidmət hesab edilməklə ƏDV-yə cəlb edilir.
 
Bunun səbəbidir ki, son illər istifadəçlərimizin xeyli hissəsi Gürcüstanda özlərinə bank hesabı açırlar, onların bank kartlarından istifadə edirlər. E-ticarətin ölkəmizdə inkişafı üçün müəyyən vergi güzəştlərinin tətbiq edilməsi vacibdir. E-ticarətin müəyyən müddət ƏDV-dən azad edilməsi daha doğru addım olardı.
 
E-ticarətin daha da inkişafı üçün internetin keyfiyyəti artırılmalıdr, infrastrukturun dayanıqlığı təmin edilməlidir, hökumət sistemli tədbirlər həyata keçirməlidir".
 
Osman Gündüzün sözlərinə görə, ötən il Azərbaycanda e-ticarət əvvəlki illərə nisbətən daha dinamik olub, e-ticarətin dövriyyəsinin həcmi və internet üzərindən alış-veriş xeyli artıb.
 
"Xeyli karqo şirkətlər yaranıb- indi onların sayı 70-ə çatıb. Yeni internet mağazalar və çatdırılma xidmətləri yaranıb. Lakin, görünür ki, digər ölkələr də yatmayıblarmış, onlar mövcud şəraitdən istifadə etməklə vəziyyətlərini daha da yaxşılaşdıra biliblər".
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron ticarətə “ƏDV yükü” – yeni qanun niyə gecikir?

19-03-2021

Dünya elektron ticarət dönəmi: Biz bu prosesə niyə gecikirik?

13-02-2019

Ekspert: Elektron ticarətin inkişafı nə üçün ləngiyir?

15-11-2019

Son 5 ildə elektron ticarətin dövriyyəsi 20 dəfə artıb

01-03-2024

Böhran şəraitində elektron ticarətin taleyi necə olacaq?- Şərh

23-12-2015

Azərbaycan elektron ticarətin inkişafı üzrə dünyada 65-ci yerdədir

17-02-2021

Milli internet-mağazalar rəqabətə dözmür

26-01-2015

Elektron ticarət vergiyə cəlb edilir

14-12-2016

Ekspert: Startap Meyarlarının təsdiqlənməsi nəyi dəyişəcək?

11-02-2021

Ekspert: Uzun illər boyu qəbul edilməyən hüquqi aktlar bu il də qəbul edilmədi

29-12-2020

Azərbaycanda elektron ticarətin həcmi 1,7 dəfə artıb

14-04-2015

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

06-09-2018

Azərbaycanda ölkədaxili elektron ticarətin həcmi 80 faiz artıb

24-11-2025

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

24-09-2018

Elektron ticarət qaydasında alınan mallara görə vergi tutulurmu?

21-06-2022

Mobil ticarət elektron ticarətdən daha sürətlə artır

24-11-2015

Karqolar və rəqəmsal dünyada istehlakçı hüququ

16-09-2021

Elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 6,4 milyon manat olub

15-01-2015

Bakı Elektron Ticarət Forumu keçirilir

21-10-2019

Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

16-06-2022

Azərbaycanda elektron ticarətin həcmi 2 dəfə artıb

16-12-2015

Qlobal ödəniş sistemlərinin Azərbaycanda tətbiqi niyə ləngiyir?

21-12-2019

Onlayn ticarətin həcmi 1 trilyon dollara çatdı

17-02-2015

Elektron ticarətin həcmi artıb

15-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə