Previous Next
Bağla

Ekspert: Oliqarxlar 15 il ərzində Rəqabət Məcəlləsinin qəbulunu necə əngəlləyə bilib ?

06-09-2019 12:29
Ekspert: Oliqarxlar 15 il ərzində Rəqabət Məcəlləsinin qəbulunu necə əngəlləyə bilib ?

Oliqarxlarımız 15 il ərzində, 3 çağırış Parlamentdə Rəqabət Məcəlləsinin qəbulunu necə əngəlləyə biliblər ?

1. 2006-cı ildə Prezident Rəqabət Məcəlləsini Milli Məclisə təqdim edib.
2. 2007-ci ildə 1-ci və hətta 2-ci oxunuşdan keçib.
3. Bundan sonra uzun müddət bu məsələ gündəmə gətirilməyib.
4. 2013-cü ildə Rəqabət Məcəlləsinin 3-cü oxunuşa verilməsinə cəhdlər olub. Lakin bu cəhdlər sonda uğursuz olub.
5. 2016-cı ildə Prezident tərəfindən təsdiq olunan “Strateji Yol Xəritəsi”-də Rəqabət Məcəlləsinin qəbul edilməsi nəzərdə tutulub.
6. 2017-ci ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində müzakirə olunub.
7. Hələlik gündəlikdə belə bir məsələ yoxdur.

Xeberler.az bildirir ki, sadalanan məsələlərlə bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz açıqlama verib:

"Məcəllədə rəqabət yaradacaq məhsulların davamlı yerli istehsalını təmin etmək, rəqabətyönümlü mühit formalaşdırmaq, inhisarçılığı aradan qaldırmaq, qiymət siyasətini müəyyən etmək, Antiinhisar Dövlət qurumun səlahiyyətlərini müəyyən etmək və s. nəzərdə tutulub.

Doğurdan da, bizim monopolistlər qədər güclüsü heç yerdə olmazmış. Az qala 15 il keçib, 3 çağırış Parlamentə Məcəlləni qəbul etməyə imkan verməmək elə də asan olmamalıydı. Bizimkilər bunu bacarıblar.

Əminəm ki, gələcəkdə bu fakt bizim oliqarxların gücünün əsas göstəricisi olaraq xatırlanacaq.

Prezident tərəfindən aparılan son islahatlar və ciddi kadr dəyişiklikləri ilə, düzünü desək, oliqarxların bir xeylisi vəzifədən uzaqlaşdırılıb. Bəzi sahələrdə müəyyən uğurlar da əldə edilib. Yəni bunlar inzibati üsullarla, Preizdent fərmanları ilə , kadr dəyişiklikləri ilə baş verib. Təbii ki, Rəqabət Məcəlləsi qəbul edilsəydi daha böyük uğurlara imkan verə bilərdi.

Amma bəzi sahələrdə rəqabətlə, inhisarçılıqla bağlı mühitdə ciddi bir dəyişiklik olmayıb. Hətta elə sahələr var ki pisliyə doğru dəyişib.

Məsələn, İKT sektorunda baş verənlərə diqqət etmək kifayətdir.
Xatırlayıram ki, bu sektorda baş verənlərlə bağlı Antiinhisar Dövlət qurumunun son qərarlarına oxşar qərarlar, təxminən 20 il bundan öncə də qəbul olunmuşdu. Onda da özəl sektorla nəhəg inhisarçı qurum olan Rabitə Nazilriyi arasında çoxsaylı məhkəmə çəkişmələri olurdu.

Artıq mən Rəqabət Məcəlləsi ilə bağlı indiki çağırış Parlamentdən əlimi üzmüşəm.
Əslində gözləmək də sadəlövhlük olardı. Çünki indiki deputatların da çox hissəsinin elə oliqarxların dəstəyi və təşəbbüsü ilə seçildiyi heç kimə sirr deyil. Oliqarxlar vəzifədə olmasa da güman ki, təsirləri qalmamış deyil.

Əgər 2-ci dəfə Prezidentin imzası ilə təsdiqlənən bir sənədin qəbuluna qanunverici orqan tərəfindən bu dərəcədə müqavimət varsa , düşünürəm ki, problem çox ciddidir.

Parlamentin buraxılması və növbədənkənar seçkilərn keçirilməsi ən doğru variant olardı. Təəssüf ki, Ali hakimiyyət bu addımı atmadı.
Görəsən yeni seçiləcək Milli Məclis Rəqabət Məcəlləsini qəbul edəcəkmi?" 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rəqabət Məcəlləsinin layihəsi hazırlanıb

Rəqabət Məcəlləsinin layihəsi hazırlanıb

24-10-2019
Reklam fəaliyyətinə nəzarətlə bağlı İşçi qrup yaradılacaq

Reklam fəaliyyətinə nəzarətlə bağlı İşçi qrup yaradılacaq

04-11-2022
Ekspert: Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcək?

Ekspert: Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcək?

13-02-2025
Rəqabət Məcəlləsinin layihəsi təqdim edilib

Rəqabət Məcəlləsinin layihəsi təqdim edilib

24-05-2022
“15 Avqust Tarif Şoku” qanunvericiliyin hansı tələblərini pozub? - Ekspert

“15 Avqust Tarif Şoku” qanunvericiliyin hansı tələblərini pozub? - Ekspert

02-10-2025
Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

13-05-2020
Azərbaycanda rəqabət reyestrinin yaradılması təklif edilib

Azərbaycanda rəqabət reyestrinin yaradılması təklif edilib

05-10-2023
Ekspert: Dövlət şirkətlərində özəlləşmə olacaqmı ?

Ekspert: Dövlət şirkətlərində özəlləşmə olacaqmı ?

07-08-2020
Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018
Antiinhisar Dövlət Xidmətində görüş keçirilib

Antiinhisar Dövlət Xidmətində görüş keçirilib

27-04-2022
Dövlət Xidmətində “Trendyol” şirkətinin nümayədə heyəti ilə görüş keçirilib

Dövlət Xidmətində “Trendyol” şirkətinin nümayədə heyəti ilə görüş keçirilib

04-11-2023
Sosial şəbəkələrdə rəqabət qanunvericiliyinin pozulması halları araşdırılacaq

Sosial şəbəkələrdə rəqabət qanunvericiliyinin pozulması halları araşdırılacaq

11-09-2023
Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

02-08-2019
Mikayıl Cabbarov haqsız rəqabətin qarşısını ala biləcəkmi ?

Mikayıl Cabbarov haqsız rəqabətin qarşısını ala biləcəkmi ?

24-10-2019
“Azərbaycanın  internet bazarında  planlı rəqabət gedir”

“Azərbaycanın internet bazarında planlı rəqabət gedir”

01-03-2016
Ekspert: Təbii inhisarçı "Aztelekom" internetin minimal tariflərini qaldırıb əhaliyə isə seçim yeri qoymayıb

Ekspert: Təbii inhisarçı "Aztelekom" internetin minimal tariflərini qaldırıb əhaliyə isə seçim yeri qoymayıb

08-10-2024
Dövlət şirkətlərinin korporativ idarəetmə sisteminə keçidinin faydası olacaqmı?

Dövlət şirkətlərinin korporativ idarəetmə sisteminə keçidinin faydası olacaqmı?

08-08-2020
Milli Telekommunikasiya Şurasının yaranmasına kim mane olur?

Milli Telekommunikasiya Şurasının yaranmasına kim mane olur?

19-06-2019
Provayderlər kartel sövdələşməsi ediblər - Antiinhisar

Provayderlər kartel sövdələşməsi ediblər - Antiinhisar

14-08-2024
Osman Gündüz Əli Abbasovun vəzifəsindən azad olunmasına münasibət bildirib

Osman Gündüz Əli Abbasovun vəzifəsindən azad olunmasına münasibət bildirib

12-11-2015
Ekspert: Pulsuzdursa, niyə 210 manat ödəyirik?

Ekspert: Pulsuzdursa, niyə 210 manat ödəyirik?

18-11-2019
Özəl provayderlərə qarşı haqsız rəqabət aparılır

Özəl provayderlərə qarşı haqsız rəqabət aparılır

00-00-0000
Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

16-08-2019
Dövlət Xidmətinin nümayəndələri Naxçıvanda seminarlar keçiriblər

Dövlət Xidmətinin nümayəndələri Naxçıvanda seminarlar keçiriblər

02-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə