Previous Next
Bağla

Ekspert: Moskvada baş tutan görüşün nəticələrinə görə uduzan tərəf hələki Gürcüstandır

12-01-2021 14:01
Ekspert: Moskvada baş tutan görüşün nəticələrinə görə uduzan tərəf hələki Gürcüstandır
"Ötən gün Moskvada baş tutan görüşün nəticələrindən birisi: uduzan tərəf hələlik Gürcüstan ola bilər".
 
Xeberler.az bildirir ki, bu sözləri dünən Moskvada baş tutan üçtərəfli görüş barədə Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz şərh edərkən deyib.
 
Ekspertin sölərinə görə, həm 10 noyabr Bəyanatı həm də dünən Moskvada baş tutan görüşdə imzalanan Bəyanat bölgədə kommunikasiya baxımından yeni reallıqlar yaradır.
 
"İndiyədək Azərbaycanı qlobal dünya ilə bağlayan kommunikasiyalar əsasən Gürcüstan üzərindən idi. Kifayət qədər də çətinliklərlə başa gəlirdi. Son anlaşmalara görə artıq Azərbaycan Ermənistan ərazisindən, Mehri rayonundan istifadə eməklə Naxçıvana koridior əldə edir. Naxçıvandan isə Türkiyəyə və bütün dünyaya yollar açıqdır. Belə olan halda maraqlı sual ortaya çıxır.
 
Bundan sonra Azərbaycanın qlobal marşrutlarının, kommunikasiya və nəqliyyat xərlətrinin Gürcüstan üzərindən yoxsa Ermənistan üzərindən məlum koridorla Türkiyəyə istiqamətlənməsi sərfəli olar ?
 
Osman Gündüz bildirib ki, xərclər baxımından ikinci variant daha məqbuldur
 
"Məlumat üçün bildirim ki, son zamanlar Gürcüstan hökuməti Azərbaycanın qlobal layihələrinə qarşı ciddi maneçiliklər yaradır. AzerTelecom şirkəti “Rəqəmsal İpək Yolu” və onun bir hissəsi olan “Azerbaijan Digital Hub” proqramı çərçivəsində Avropa, Qafqaz, Mərkəzi Asiya və Çini vahid optik-lifli magistralla birləşdirməyi nəzərdə tutan qlobal layihə icra edir.
 
Bu məqsədlə artıq Xəzərin dibi ilə fiber optik xətt çəkilməsini nəzərdə tutan TransXəzər layihəsi üzrə Qazaxstan və Türkmənistan ilə hökumətlərarası müqavilələr bağlanıb.
 
AzerTelecom 2019-cu ildə bu layihənin icrası məqsədilə, Qara dənizin dibi ilə optik xəttə sahib olan Gürcüstanın “Caucasus Online” telekommunikasiya şirkətinin səhmlərini, bütün mövcud proseduralara əməl etməklə alir. Lakin Gürcüstan hökuməti sonradan, qanunvericiliyə dərhal dəyşiklik edərək bu müqaviləni şübhə altına alır, Azərbaycana məxsus olan şirkəti qanunsuz yolla ələ keçirir və indiyədək də Azərbaycan və bütün region üçün əhəmiyyətli olan bu global layihənin reallaşmasına imkan vermir.
 
Xatırlayıram ki, Gürcüstan tərəf öz maraqları üçün Bakı –Tbilisi-Ceyhan və digər kommunikasiyalarda da bizə xeyli maneçiliklər ediblər. Düşünürəm ki, Ermənistan koridoru Azərbaycan üçün, elə Türkiyə üçün də yeni kommunikasiyalar baxımından daha üstün və daha əlverişli şərait yarada bilər.
 
Fikrimcə, Gürcüstan tərəf üç dövlət arasında dünən baş tutan razılaşmadan sonra itirəcəklərini anlayaraq Azərbaycana qarşı olan mövqeyində xeyli düzəlişlər edəcək.
 
İstənilən halda, düşünürəm ki, AzerTelecom şirkətinin adı çəkilən qlobal layihənin TransXəzər hissəsinin davamını Gürcüstan vasitəsilə Qara Dənizin dibi ilə deyil, elə yeni yaranan Ermənistan koridoru boyunca da davam etdirilməsi məsələsini nəzərdən keçirməsi indiki anda doğru olardı".
 
Şəkilin açıqlaması yoxdur.
 
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gürcüstan Azərbaycana satdığı şirkətdən niyə əl çəkmir?

06-05-2021

Ekspert: Gürcüstan da Azərbaycana qarşı bütün cəbhələrdən hücum edir

22-04-2021

Ermənistan Qara dənizin dibi ilə internet kabeli çəkərkən TRIPP-i nəzərə ala bilər

22-11-2025

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020

Rusiya Azərbaycan İnternetinə müdaxilə edə bilərmi? - Şərh

01-07-2025

"Çoxdandır gözlənilən Transxəzər Fiber Optik Kabel Xətti Layihəsinə start verildi"

04-03-2025

Azərbaycan holdinqi Gürcüstanın telekommunikasiya şirkətini satın alıb

24-03-2021

Biz artıq TransXəzərin reallaşması ərəfəsindəyik - Osman Gündüz

26-09-2025

Azərbaycan Avropadan Asiyaya internet trafikinin daşınması missiyasını üzərinə götürə bilər

01-04-2021

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

10-04-2019

Ekspert: Azərbaycan interneti kifayət qədər dayanıqlıdırmı?

14-03-2022

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020

“Rəqəmsal İpək Yolu” layihəsi “Submarine Networks World 2021” konfransında təqdim edilib

08-10-2021

Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

10-01-2023

NEQSOL Holding Caucasus Online şirkətinin alınmasını şərh edib

25-03-2021

Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

18-06-2024

“Rəqəmsal İpək Yolu” layihəsi Almatıda "GCCM 2023" tədbirində təqdim edilib

11-09-2023

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021

Azərbaycan rəqəmsal tranzit mərkəzinə çevrilə bilər

30-05-2019

Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb

04-03-2025

“AzerTelecom” və “Kazakhtelecom” memorandum imzalayıb

28-09-2022

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə