Elektron dərsliklərin (ED) tədris prosesinə tətbiqi gənc nəslin innovativ biliklər əldə etməsi, kreativ təfəkkürlü kadrların yetişməsində mühüm rol oynayır.
AMEA İnformasiya Texnologiyaları İnstitutundan Xeberler.az-a verilən məlumata görə, “Elektron dərsliklər: mövcud problemlər və perspektivlər” mövzusunda elmi seminar keçirilib.
Məruzə ilə çıxış edən institutun dissertantı Vüsalə Qurbanova hazırda dünyada elektron tədris mühitinə keçidin vüsət aldığını qeyd edib. Hipermətnlər şəklində elektron dərsliklərin yaradılması və onların tədris prosesinə tətbiqi istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.
Vüsalə Qurbanova qeyd edib ki, elektron dərsliklərin keyfiyyətini ölçən meyarlar və ümumiyyətlə ED anlayışı dəqiq müəyyənləşdirilməyib: “Belə ki, bu sahədə araşdırma aparan tədqiqatçıların məqalələrində ED dedikdə, proqram və ya texniki təminatdan bəhs olunduğu aydın göstərilmir. Digər anlaşılmazlıq onun ingilis dilində “electronic” və ya “digital” dərslik adlandırılması ilə əlaqədardır. Cənubi Koreyanın İnformasiya Texnologiyalarının İnkişafı İnstitutunun professoru Canq “Elektron dərsliklərin (DT) statusu və gələcək perspektivləri” adlı məqaləsində qeyd edib ki, “electronic textbooks” (elektron dərslik) anlayışı formal və funksional aspektləri əhatə edir, “digital textbooks” anlayışı isə məhz tədris funksiyasını daşıyır”.
Vüsalə Qurbanovanın sözlərinə görə, bu izaha bir çox tədqiqatçıların elmi işlərində rast gəlinsə də, iki anlayışın eyni məna kəsb etdiyini söyləyənlər də var.
Vüsalə Qurbanovanın sözlərinə görə, asanlıqla əldə edilən və yenilənən, saxlanılması və daşınması daha rahat olan elektron dərsliklər böyük xərc tələb etmir.
O, eyni zamanda elektron dərsliklərin qeyri-qanuni yüklənməsi, elektrik enerjisindən asılılığı, texniki problemlərin yaranma ehtimalı, insanların görmə qabiliyyətinin zəifləməsinə səbəb olması kimi mənfi tərəflərinin olduğunu da söyləyib.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri