“Elektron Təhsil” müsabiqəsinə 46 layihə təqdim olunub

03-10-2015 / 11:16

Təhsil Nazirliyi tərəfindən sentyabrın 21-dən başlanılan "Elektron Təhsil"  Respublika Müsabiqəsinə indiyə qədər 46 layihə təqdim olunub.

Xeberler.az bildirir ki, Təşkilat Komitəsi tərəfindən qəbul edilmiş layihələrin sayı 41-dir, 5 layihə isə müsabiqəyə qəbul edilməyib.

Qeydiyyatdan keçmiş istifadəçilərə gəlincə, müəllimlərin sayı 282, şagirdlərin sayı 106, valideynlərin sayı 4, digər istifadəçilərin sayı isə 14-dür.
 
Qeyd edək ki, müsabiqə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrası üzrə irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə elan edilib. Müsabiqə 2 istiqamət olmaqla, 6 nominasiya üzrə keçiriləcək.
 
Müəllim istiqaməti üzrə Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs, Təhsildə ən yaxşı İnternet texnologiyaları, Multimedia vasitələrindən istifadə etməklə qurulan ən yaxşı resurs, Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd, Şagird istiqaməti üzrə ALPLogo proqramlaşdırma mühitində müxtəlif komandalardan istifadə etməklə yaradılan ən maraqlı fiqur, Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs nominasiyaları müəyyənləşdirilib.
 
Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından (bloqlar, saytlar, sosial şəbəkələr və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, müəllimləri tədris prosesində İKT-dən fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə həvəsləndirməkdən ibarətdir.
 
Müsabiqə Dr. Web, AzEduNet, Ultra, Edumedia Azərbaycan, Nar mobil operatoru və Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən dəstəklənir.
 
Müsabiqədə qaliblərə noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunacaq.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə