“Elektron təhsil” respublika müsabiqəsi başlayır

15-09-2016 / 20:22

Senytabrın 19 -da  növbəti “Elektron Təhsil” respublika müsabiqəsinin başlayır.

Xeberler.az-ın məlumatına görə, müsabiqənin rəsmi İnternet səhifəsi www.musabiqe.edu.az saytıdır.

Müsabiqə 3 istiqamət olmaqla, 6 nominasiya üzrə keçiriləcək:

Müəllim istiqaməti üzrə:

         Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs;

         Təhsildə ən yaxşı İnternet resursları;

         Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd;

        Məsafədən (distant) keçirilən ən uğurlu dərs metodikası.

Şagird istiqaməti üzrə:

         Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs.

Məktəb istiqaməti üzrə:

         Ən zəngin məzmunlu məktəb saytı.

Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından (bloqlar, saytlar, sosial şəbəkələr və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, müəllimləri tədris prosesində İKT-dən fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə həvəsləndirməkdən ibarətdir.

Müsabiqə Dr. Web, AZEDUNET, Ultra, Edumediya Azərbaycan, Nar mobil operatoru və "Təhsildə İnnovativ Texnologiyar" Əlavə Təhsil Mərkəzi tərəfindən dəstəklənir.

Müsabiqədə qaliblərə noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunacaq.

Eyni zamanda, maraqlanan şəxslər “Elektron Təhsil” Respublika müsabiqəsinin keçirilməsi ilə əlaqədar münsif və ekspert qismində iştirak etmək üçün müraciət etməyə dəvət olunurlar. Daha ətraflı məlumat üçün bura daxil olun.

 

 

 Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə