Təhsil Nazirliyində “Elektron Təhsil” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Xeberler.az bildirir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, nazirliyin müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri və müsabiqə qalibləri iştirak ediblər.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, 2010-cu ildən etibarən keçirilən müsabiqəyə ümumilikdə 6 000-dən artıq layihə təqdim edilib.
Nazir müavini qeyd edib ki, əsas məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini fəallaşdırmaq, təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdir.
Tədbirdə qeyd olunub ki, müsabiqədə əsasən, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər.
Müsabiqə 3 istiqamət və 6 nominasiya üzrə təşkil olunub. Müsabiqənin birinci mərhələsinə ümumilikdə 1313 layihə təqdim olunub. Qəbul olunan 1220 layihə ikinci mərhələdə müəyyən olunan meyarlar üzrə qiymətləndirilmək məqsədilə Ekspert Komissiyasına təqdim edilib.
O bildirib ki, 7 nəfərdən ibarət Ekspert Komissiyası bu mərhələyə keçən layihələrin qiymətləndirilməsində müsabiqənin saytında verilən qiymətləndirmə meyarlarını əsas götürüb. Qiymətləndirmə 0-10 bal əsasında aparılıb. Bununla da 325 layihə III mərhələyə keçib. III mərhələdə qalib namizədlər Təşkilat Komitəsi qarşısında öz işlərini təqdim ediblər. Müsabiqənin yekununda 23 qalib və 24 fərqlənən iş müəyyən edilib.
Sonda qaliblərə diplom, noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunub.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri