Previous Next
Bağla

Universiteti yarımçıq qoydu, sahibkarlığa başladı

09-01-2018 11:58
Universiteti yarımçıq qoydu, sahibkarlığa başladı

Son vaxtlar həyata keçirdiyi işlər və şəxsi keyfiyyətləri ilə dünya şöhrətli sahibkar, ixtiraçı, biznes-maqnatı, nəhəng innovativ layihələrin investoru Elon Musk gündəmdədir.

Uzun zamandır həm yerli, həm də xarici media Elon-dan danışır. 

Belə ki, hər kəs Elon Musk və layihələri ilə maraqlanır, onun uğur sirrini öyrənməyə çalışır.

Bəs görəsən həqiqətən də o, uğurlarını nəyə borcludur?

Xeberler.az xatırladır ki, Musk SpaceX, Tesla Motors şirkətlərinin yaradıcısı və rəhbəri, SolarCity və PayPal-un yaradıcılarından biri olaraq alternativ energetika və ekonomik günəş elektrostansiyaları texnologiyalarının hazırlanmasında fəal iştirak edib.

Həmçinin, OpenAI tədqiqat şirkəti və Hyperloop konseptual yüksək sürətli nəqliyyat sisteminin yaradılması, kosmik gəmilərin layihələndirilməsi kimi məsələlərlə məşğul olmuşdur.

Bu dahi insan zəhmətsevərlik, kritik düşüncə, hadisələrin və şəxsi addımların dəqiq təhlili, inadkarlıq kimi yüksək keyfiyyətlərə malikdir. Bildirilir ki, ilk zamanlar Elon həftə ərzində 100 saata kimi işləyirdi.

O, ali təhsilini bitirdikdən sonra fizika üzrə doktorluq dərəcəsi almaq məqsədilə ABŞ-ın Stenford Universitetinin aspiranturasına daxil olur. Lakin sonra  təhsilini yarımçıq qoyaraq sahibkarlıqla məşğul olmağa qərar verib.

Onun inadkarlığı və cəsarəti öz bəhrəsini verib. Belə ki,  1999-cu ildə İnternet bumunun yaşandığı bir dövrdə o, qardaşı ilə birgə öz startaplarını AltaVista axtarış sisteminə rekord məbləğə – 307 milyon dollara satır.  Vergi və digər xərcləri ödədikdən sonra Elon yerdə qalan 20 milyon dolları McLaren F1 idman avtomobili və 12 yerli Dassault 900 təyyarəsinin alınmasına xərcləyir. Bundan sonra onun uğurlarının davam gəlir: X.com-PayPal, Tesla,  Space X və digərləri.

Elon ekologiya sahəsində fəaliyyətinə görə  “Global Green-2006” mükafatına layiq görülüb.

Mars planetinin fəth edilməsini arzu edən filantrop Musk  2012-ci ildə ilk dəfə yeni nəqliyyat tipinin yaradılması haqqında planlarını elan etdi. Bu, ənənəvi təyyarələrdən daha sürətli olan Hyperloop nəqliyyat sistemi idi. 

Boru şəklində magistraldan istifadə əsasında yaradılmış sistem  20 metrlik hündürlükdə quraşdırılıb. O, günəş enerjisindən qidalana və sərnişinləri lazım olan məkana istənilən vaxtda, rahat şəkildə, təhlükəsiz çatdırmaq qabiliyyətinə malikdir.

5 mil ölçüsündə olan trekin tikilişinə 2016-cı ilin əvvəllərində başlanılıb. Bu texnologiyanın sayəsində Los-Anceles və San-Fransisko arasındakı 600 kilometrlik məsafəni 30 dəqiqəyə qət etmək mümkün olacaq.  

2016-cı ilin yanvarında ixtiraçı maksimum 3 il ərzində elektrik avtomobilini yaratmağı planlaşdırdığını demişdi. Çox keçmədən, 2017-ci ilin noyabrında ictimaiyyətə təqdim edilən bu avtomobil Los-Ancelesdən Nyu-Yorka qədər olan 4 min kilometr məsafənin öhdəsindən sürücüsüz gələ bilir.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elon Musk qlobal avtomobil sektorunun icraçı direktoru oldu

13-07-2019

Elon Musk Tesla-nın yeni robotu Optimus-u təqdim etdi

03-10-2022

Elon Musk: “Zavodda yatıram”

12-04-2018

Elon Musk Tesla şirkətinin direktorlar şurasından ayrılacaq

01-10-2018

Texnologiya nəhəngi Türkiyədə olub-Foto

10-11-2017

Rusiyadan Elon Musk-a cavab: Möhtəşəm hiylə idi

08-02-2018

Elon Muskın beyin oxuma cihazı bu həftə tanıdılacaq

27-08-2020

Elon Musk haqda yazılan kitab Azərbaycan dilində-Foto

14-03-2018

Məşhur sahibkar 30 min sadə papaq satıb

12-12-2017

Elon Musk 2 nəfəri Ay planetinə göndərir

28-02-2017

“Süni intellekt 3-cü dünya müharibəsinə səbəb olacaq”

05-09-2017

Forbes reytinqinə əsasən dünyanın ən varlı şəxsi müəyyən olub

06-04-2022

Bu hadisəni YouTube-da 2 milyon insan eyni anda izlədi

07-02-2018

ABŞ Elon Musk-ın bu ideyasını da rəsmən təsdiqlədi

31-03-2018

Elon Musk bütün dünyanı internetlə təmin edəcək

12-02-2018

“İnsan kompüterlə inteqrasiya edilməlidir”

16-02-2017

İT şirkət rəhbərlərinin avtomobilləri - Maraqlı

01-12-2015

Tesla-dan dünya rekordu-Video

16-05-2018

Facebook-un çat-botları nəzarətdən çıxıb

02-08-2017

“Mark Zuckerberg mövzunu tam başa düşmür”-Mübahisə

01-08-2017

Dünya milyarderləri Bakıya gələcəkmi?

30-10-2019

Elon Musk-ın Neuralink şirkəti beyin implantının insanlar üzərində testləri üçün icazə alıb

27-05-2023

SpaceX Marsa ilk kosmik gəmisini nə vaxt göndərir?

28-04-2016

Dünyanın ən güclü raketi hazırlanıb

16-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə