İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının nümayəndələri “TEKTiTE 2026” beynəlxalq innovasiya platforması çərçivəsində keçirilən onlayn görüşdə iştirak ediblər. Görüş tərəfdaş ölkələr və qurumlar arasında ilkin koordinasiya, eləcə də əməkdaşlıq imkanlarının müzakirəsi məqsədi daşıyıb.
Xeberler.az bildirir ki, görüşdə “Enterprise Azerbaijan” tərəfindən həyata keçirilən “Startup School” layihələri, həmçinin portalın Azərbaycanın innovasiya ekosistemi, yerli startapların beynəlxalq platformalara inteqrasiyası istiqamətində fəaliyyəti təqdim edilib.
“TEKTiTE-2026” qlobal innovasiya və texnologiya əməkdaşlığına həsr olunmuş beynəlxalq proqramdır. Proqram çərçivəsində startaplar, tədqiqat mərkəzləri, korporativ strukturlar və investorlar arasında texnologiya transferi, PoC (Proof of Concept), birgə R&D və kommersiyalaşdırma imkanları yaradılır. “TEKTiTE-2026” Cənubi Koreyada yerləşən “DeltaTech-Korea” şirkəti tərəfindən təşkil olunur və tədbirin planlaşdırılması, platformanın idarə edilməsi, eləcə də qlobal tərəfdaşların
cəlb edilməsi bu şirkət tərəfindən həyata keçirilir.
Azərbaycandan olan startaplar “TEKTiTE-2026” vasitəsilə beynəlxalq korporasiyalarla birbaşa əlaqə qurmaq, öz texnoloji həllərini qlobal platformada təqdim etmək, pilot layihələrdə iştirak etmək və yeni bazarlara çıxış imkanları əldə edə bilərlər.

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları