"Baxıram ki, işğaldan azad olunan rayonlarda "Karabakh Telecom" mobil operatorunun ən azı 9 baza stansiyası varmış. Əgər qüllələr ordumuz tərəfindən dağıdılmayıbsa onda mobil operatorlarımız elə indidən bu baza stansiyalardan effektiv istifadə edib mobil rabitəni qura bilərdilər".
Xeberler.az bildirir ki, bu sözləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O bildirib ki, eyni qüllədən hər üç operatorumuz istifadə etsə, qiymətlər də ucuz ola bilər:
"Danışırlar ki, ermənilər bəzi baza stansiyalarının generatorlarını işlətmək üçün zəruri olan yanacağı da qoyub qaçıblar. Düşünürəm ki, NRYTN, Dövlət Radiotezliklər İdarəsi əlaqədar qurumlarla birgə işğaldan azad olan ərazilərin hazır infrastrukturundan hər üç operatorun bərabər əsaslarla istifadəsi üçün işlərə başlaması faydalı olardı. Yəni, hazır baza stansiyası var, generator var, yanacaq varsa, niyə də bizim operatorların şəbəkəsi işə başlamasın. Adını çəkmirəm, amma bildiyim qədər artıq mobil operatorumuzun biri bu ərazilərdə mobil rabitəni işə salmaq üçün çalışır və ən qısa müddətdə şəbəkə hazır olacaq. Düşünürəm ki, eyni qüllədən hər üç operatorumuz istifadə etsə qiymətlər də ucuz ola bilərdi. Yeri gəlmişkən, artıq işğaldan azad edilən rayonlarında elektrik enerjisi infrastrukturunun qurulmasına başlanılıb. Azərişıq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kV-luq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kV-luq elektrik xətlərinin çəkilməsini planlayıb",-deyə o əlavə edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri