Previous Next
Bağla

Evdaxili Wi-Fi şəbəkəsini qonşulardan necə qorumalı

28-09-2022 11:00
Evdaxili Wi-Fi şəbəkəsini qonşulardan necə qorumalı

Oyunlar yavaşlayır, qeyri-sabit şəbəkə səbəbindən xəyalınızdakı iş üçün video müsahibə yarıda kəsilir və videolar yavaş yüklənir? Bəlkə də ruteriniz iş yükünün öhdəsindən gələ bilmir, amma qonşulardan birinin ev şəbəkənizi istifadə etmək qərarına gəlməsi də istisna deyil. Kaspersky sizə mənzilinizdəki simsiz şəbəkəni kənar şəxslərdən necə qorumaq haqqında danışır.

Xeberler.az məlumat verir ki, kiminsə trafikinizi oğurladığını öyrənmək üçün şəbəkənizə qoşulmuş cihazların siyahısını yoxlamaq lazımdır. Bu ruterin parametrləri vasitəsilə edilə bilər. Təəssüf ki, bütün istehsalçılar interfeysin istifadəçi üçün səmərəliliyinə əhəmiyyət vermirlər, buna görə də bir çox ruter modellərində bu siyahını anlamaq çox çətin ola bilər. Alternativ seçim olaraq Kaspersky Security Cloud təhlükəsizlik həllində ev şəbəkəsi xəritəsindən istifadə edə bilərsiniz. Onun istifadəsi çox sadə və aydındır.

Öncə ruterin parametrlərində və ya Kaspersky Security Cloud-da qoşulmuş cihazların siyahısını açın və diqqətlə yoxlayın. Ev daxilində istifadə edilən smartfonlar və noutbuklar, həmçinin smart soyuducularınız, televizorlarınız və tozsoranlarınızla yanaşı, sizə tanış olmayan bəzi adlar varsa, çox güman ki, trafik oğurlanır.

Ola bilsin ki, qonşunun oğlu sizin Wi-Fi-ın daha güclü olduğunu, şəbəkəyə qoşulub striminq üçün yararlı olduğunu öyrənib. Yaxud da kimsə yeni bir mənzilə köçüb, lakin hələ İnternetə qoşulmayıb və şəbəkənizi tapana qədər axşam TV şoularının bir hissəsi qaçırıb. Bu o qədər də təhlükəli görünməyə bilər, amma heç də belə deyil.

Yeni seriyal epizodları ilə yanaşı, qonşu təsadüfən zərərli proqramı yükləyə bilər və bu proqram daha sonra Wi-Fi vasitəsilə cihazlarınıza hücum etməyə çalışacaq. Təcavüzkar tərəfindən yüklənmiş troyan şəbəkənizə daxil olarsa, təcavüzkarlar sizin internet üzərindən göndərdiyiniz bütün məlumatlara, məsələn, pizza üçün ödəniş etdiyiniz bank kartı rekvizitlərinə və ya məxfi iş sənədlərinə çıxış əldə edəcəklər. Buna görə də, trafikdən geninə-boluna istifadəyə icazə versəniz də, kənar şəxsləri ev şəbəkənizdən çıxarmağa və onların geri qayıda bilməyəcəyinə əmin olmaqda fayda var.

Bu cür hallarda Kaspersky tövsiyə edir:

  • Əgər nədənsə bunu etməmisinizsə, ilk növbədə simsiz şəbəkə üçün şifrə təyin edin. Quraşdırılıbsa, lakin kənar şəxslər hələ də giriş nöqtəsinə qoşulubsa, o zaman şifrə çox sadədir və kimsə onu ələ keçirib. Şifrəni daha təhlükəsiz varianta dəyişin, lakin unutmayın ki, evdəki cihazlar və soyuducular yenidən qoşulmalı olacaq.
  • Mövzunun davamı olaraq: ruteri konfiqurasiya etmək üçün login və şifrənizi dəyişin. Zavod məlumatları unikal deyil - çox vaxt eyni kombinasiyalar eyni modelin minlərlə nüsxəsi üçün istifadə olunur və daha da pisi, onların siyahıları internetdə gəzir. Beləliklə, ruterdə standart parametrləri saxlamaq təhlükəsiz deyil – təcavüzkarlar öz məqsədləri üçün istifadə etmək naminə belə bir cihazı asanlıqla sındıra bilərlər.
  • WPS-ni söndürün. Bu funksiya şəbəkəni avtomatik konfiqurasiya etməyə imkan verir və avtorizasiya prosesini asanlaşdırır: onun vasitəsilə Wi-Fi-a qoşulmaq üçün ruterdə və cihazda xüsusi düymələri sıxmaq və ya 8 rəqəmli PİN kodu daxil etmək kifayətdir. Problem ondadır ki, bu qısa PİN güclü hücuma qarşı son dərəcə kövrəkdir və siz onu admin panelinə müraciət etmədən belə daxil edə bilərsiniz. Təcrübədə bu o deməkdir ki, şəbəkə radiusunda olan hər kəs, əgər zavod parametrlərini dəyişdirməmisinizsə və cihazın üzərində göstərilən kodu istifadə edirsinizsə, bir neçə saat və ya hətta dəqiqə ərzində açarı götürə bilər.
  • Ruter parametrlərində WPA2 şifrələməsinin aktiv edildiyini yoxlayın, o, məlumatlarınızı ələ keçməkdən qoruyacaq.

Wi-Fi hələ də ləng çalışırsa, nə etməli?

Əgər siz artıq çağırılmamış qonaqları uzaqlaşdırmısınızsa və internet hələ də çətinliklə çalşırsa, çox güman ki, problem başqa bir şeydir: ola bilsin ki, qalın divarlar siqnalı buraxmır, bəlkə də diapazonunuzda çox sayda rəqib cihaz var. Bu (və bəzi digər) hallar üçün Wi-Fi-ı yenidən dirçəltmək üçün nə etmək barədə bəzi məsləhətlər hazırlamışıq.

Trafiki necə düzgün bölüşməli

Bəs əgər ümumiyyətlə belə deyilsə? Heç bir şey sizi ləngitmir, şəbəkədə heç bir yad adam yoxdur və siz qonşularınızla mehriban yaşayırsınız. Bir gün onların interneti kəsilir və nəzakətlə Wi-Fi-dan istifadə etmək üçün icazə istəyirlər. Bununla belə, trafiki bölüşməyə hazırsınızsa, onlara əsas şəbəkənizdən şifrə verməməlisiniz. Onlar üçün qonaq alt şəbəkəsi yaratmaq daha yaxşı olar. Bu yolla siz yaxşı insanlara kömək edəcək, eyni zamanda öz cihazlarınızı riskə atmayacaqsınız.

Hər zaman qoruma altında

Əgər siz artıq ev şəbəkənizi alınmaz rəqəmsal qalaya çevirmisinizsə, öz divarlarınızdan kənarda təhlükəsizliyinizi düşünün. Ev cihzalarında fasilə vermək və kafe və ya kitabxanada işləmək qərarına gəldikdə, heç kimin sizin üçün vacib məlumatları oğurlamaması üçün internet bağlantınızı qorumağı unutmayın. Hər dəfə ictimai şəbəkələrə qoşulduqda ondan istifadə edin.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky: İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 7 sadə qaydası

30-04-2022

Kaspersky İctimai Wi-Fi-dan təhlükəsiz istifadənin 7 qaydasını açıqlayıb

01-10-2021

Kaspersky fişinqdən qorunmağın 6 üsulunu açıqlayıb

11-12-2021

Rəqəmsal məkanda şəxsi məlumatları və pulları necə qoruyaq?

07-02-2023

Kaspersky xəbərdarlıq edir: naməlum tətbiqlərə “yox” deyin

11-10-2021

Kaspersky identifikasiya, autentifikasiya və avtorizasiya arasındakı fərqi izah edir

27-10-2021

Hakerlər hansı login və şifrə kombinasiyasından istifadə edir?

19-12-2022

Sosial mediada təhlükəsizliyi qorumağın 10 yolu

26-03-2015

Kaspersky: Elektron poçtunuzu şəxsi məqsədlər üçün istifadə etməyin

24-09-2021

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022

Kaspersky: Danışığınız qeydə alına bilər

18-04-2022

Kaspersky Azərbaycanda Android istifadəçilərinə olunan hücümları araşdırıb

25-07-2022

Azərbaycanda qlobal brendlərlə bağlı saxta iş elanları artır - Xəbərdarlıq

04-08-2023

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022

2023-cü il üçün 5 faydalı rəqəmsal vərdiş

23-01-2023

Evdən, kafedən və ya ortaq iş mərkəzlərindən təhlükəsiz işləmək üçün Kaspersky-dən 7 tövsiyə

22-08-2022

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021

Facebook profilinin təhlükəsizliyini necə qoruyaq?

03-05-2016

Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

28-09-2021

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023

“Kaspersky kiber cinayətkarların onlayn kinoteatr istifadəçilərini necə aldatdığını öyrənib”

02-12-2021

Kaspersky-nin nümayəndəsi Zoom-dan istifadə üçün təhlükəsizlik qaydalarını açıqlayıb

23-04-2020

Wi-Fi şifrəsini necə qorumaq olar?

08-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə