Previous Next
Bağla

Evdən, kafedən və ya ortaq iş mərkəzlərindən təhlükəsiz işləmək üçün Kaspersky-dən 7 tövsiyə

22-08-2022 11:35
Evdən, kafedən və ya ortaq iş mərkəzlərindən təhlükəsiz işləmək üçün Kaspersky-dən 7 tövsiyə

NordLayer Adaptiv Şəbəkə Girişi və Təhlükəsizlik Həlləri şirkətinin hesabatına görə, Azərbaycan 66 ölkə arasında 59-cu yeri tutaraq, uzaqdan işləmək üçün ən yaxşı ölkələr sırasında yer alıb.

Xeberler.az bildirir ki, reytinqdə kibertəhlükəsizlik, iqtisadi və sosial şərait, rəqəmsal mühit və infrastruktur, həmçinin COVID-19-dan qaynaqlanan problemlərə cavab vermək və onları idarə etmək kimi göstəricilər nəzərə alınıb. Lakin bu uğura baxmayaraq, Azərbaycan hələ də reytinqin sonuncu onluğunda yer alır və “kibertəhlükəsizlik” baxımından ölkə 61-ci yerdədir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda hələ də kibertəhlükələrin artım ehtiyatı var.

Kibertəhlükəsizliyi təkmilləşdirmək üçün təkcə iri şirkətlər və dövlət təşkilatları deyil, həm də işçilərin özləri öz sayıqlığını və rəqəmsal savadlılıqlarını artıra bilər. Axı evdən işləmək təkcə ofisdə həmkarlar ilə daha az görüşmək anlamına gəlmir. Rabitə kanalları, avadanlıqlar, bu avadanlıqlara çıxışı olan insanların əhatəsi, məlumatlarla işləmə prosedurları, bəzən hətta müştərək iş alətləri dəyişir. Müvafiq olaraq, uzaqdan işləyən işçilər yeni təhlükələrə qarşı kövrək ola bilərlər.

Bununla əlaqədar Kaspersky uzaqdan iş rejimi zamanı əməl olunması gərəkən 7 onlayn təhlükəsizlik tövsiyəsi təklif edir:

1. Hərtərəfli antivirus həlli əldə edin. Korporativ məlumatlarla işlədiyiniz bütün cihazlarda etibarlı təhlükəsizlik həlli quraşdırdığınızdan əmin olun. Ən azı pulsuz antivirusdan başlaya bilərsiniz. Bu, yoluxma və işdə ciddi problemlərin yaranması riskini əhəmiyyətli dərəcədə azaltmağa səbəb olacaq.

2. Proqramları və əməliyyat sistemlərini yeniləyin. Onlarda daim zəifliklər tapılır. Təcavüzkarlar isə digər insanların cihazlarına daxil olmaq üçün onlardan istifadə etməyi sevirlər və çox vaxt proqram təminatını yeniləməyənləri nəzərə alırlar, çünki proqramların ən son versiyalarında zəifliklər adətən aradan qaldırılır. Buna görə də, işlədiyiniz cihazlarda quraşdırılmış hər şeyi mütəmadi olaraq yeniləmək daha yaxşı olar.

3. Ailə üzvlərinin iş cihazlarınızdan istifadə etməsinə icazə verməyin - onların heç də hamısı rəqəmsal təhlükəsizlik qaydalarından xəbərdar deyil. Buna görə də, şifrələrdən istifadə edin və məxfi faylları yad insanlardan, hətta qohumlardan da qoruyun.

4. Ortaq iş mərkəzlərində (co-working centers) və kafelərdə VPN üzərindən işləyin. İctimai Wi-Fi şəbəkələri çox vaxt ümumiyyətlə şifrələnmir və əgər belədirsə, o zaman hər kəs, o cümlədən, fırıldaqçılar, bağlantı şifrəsini əldə edə bilərlər. VPN vasitəsilə işləyərkən məlumatlarınız şəbəkə parametrlərindən asılı olmayaraq şifrələnəcək və kənar şəxslər onları oxuya bilməyəcəklər.

5. Cihazdan aralandığınız zaman onu kilidə salın. Hətta ayaqyoluna və ya çay içməyə getdiyiniz zaman belə iş yazışmalarınızı oxuya bilərlər. Ona görə də ekrandan hər dəfə uzaqlaşdıqda onu kilidləmək vacibdir. Sadəcə bu qaydanı yadda saxlayın və həmişə ona əməl edin.

6. Korporativ poçt, messencer və digər ünsiyyət vasitələrdən istifadə edin. Şübhəsiz ki, şirkətinizdə işçilərin istifadə etdiyi bir sıra İT xidmətləri var: Microsoft Office 365, korporativ messencer, korporativ poçt. Onlar şirkətinizin İT departamenti tərəfindən konfiqurasiya edilir və onlar konfiqurasiya keyfiyyətinə görə məsuliyyət daşıyırlar. Google Diskdə ictimai domendə nəyisə yerləşdirməklə özünüzü riskə atırsınız, çünki hər kəs ona keçid edə bilər və onda olan məlumatlar axtarış mühərrikləri tərəfindən indeksləşdirilir ki, bu da sənədinizə arzuolunmaz “qonaqların” müdaxiləsinə səbəb ola bilər. Buna görə də, sənədlər və digər məlumatların mübadiləsi üçün yalnız korporativ resurslardan istifadə edin.

7. Ayıq-sayıq olun. Bəzən hətta arzuolunmaz məktub belə korporativ poçta sıza bilər. Bu uzaqdan iş rejimində xüsusilə aktualdır, çünki yazışmaların həcmi əhəmiyyətli dərəcədə yüksək olur. Mesajları diqqətlə oxuyun və onlara cavab verməyə tələsməyin, xüsusən də əgər sizdən təcili və pulla bağlı nəsə istəyirlərsə. Özünüzü sığortalamaqdan çəkinməyin və rəhbərlikdən bunun həqiqətən lazım olub-olmadığını soruşun.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020

Kaspersky: İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 7 sadə qaydası

30-04-2022

Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

12-01-2022

Azərbaycanda kiber hücumların sayı artıb

16-12-2020

Kaspersky evdən işləməyin niyə rahat olduğunu müəyyən edib

14-12-2020

Microsoft təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

18-12-2018

Şirkətlər xərcləri azaltmaq üçün pirat proqramlardan istifadə edir?-Sorğu

15-11-2022

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kaspersky İctimai Wi-Fi-dan təhlükəsiz istifadənin 7 qaydasını açıqlayıb

01-10-2021

Rəqəmsal məkanda şəxsi məlumatları və pulları necə qoruyaq?

07-02-2023

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Tətil günləri zamanı biznesin müdafiəsi üçün 5 tövsiyə

02-01-2023

«Kaspersky» təşkilatlara məsafədən iş rejiminə keçidlə bağlı xəbərdarlıq edir

19-03-2020

Azərbaycanda qlobal brendlərlə bağlı saxta iş elanları artır - Xəbərdarlıq

04-08-2023

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022

“PipeMagic” ilə edilən kiberhücumların coğrafiyası genişlənib

16-10-2024

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022

Kaspersky Lab : Azərbaycanda korporativ istifadəçilərin 41faizi fərdi kompüterlərini parolla qorumur

05-02-2019

Android telefonlarda təhlükəsizliyi necə qorumalı?

19-08-2015

Elektron Təhlükəsizlik Xidməti kameraları kiberhücumlardan qorumağın yollarını açıqlayıb

21-07-2020

Kaspersky Azərbaycanda Android istifadəçilərinə olunan hücümları araşdırıb

25-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə