Previous Next
Bağla

Kaspersky: Elektron poçtunuzu şəxsi məqsədlər üçün istifadə etməyin

24-09-2021 18:01
Kaspersky: Elektron poçtunuzu şəxsi məqsədlər üçün istifadə etməyin

Kaspersky-nin COVID-19-un iş tərzinə təsiri ilə bağlı sorğusuna görə özünütəcridin hələ lap başlanğıcında əməkdaşların 31%-i peşəkar fəaliyyətə əvvəlkindən daha çox vaxt sərf edib. Koronavirus pandemiyası ilə mübarizə üçün qəbul edilmiş ümumi tədbirlər nəticəsində şirkətlərin əksər işçiləri yeni peşəkar mühitə öyrəşməli olublar.

Yeni reallıqları, həmçinin istifadəçilər arasında yeni vərdişlərin inkişafını nəzərə alaraq, Kaspersky korporativ e-mail ünvanının şəxsi məqsədlər üçün istifadə edilməsinin niyə təhlükəli olduğunu araşdırıb.

Hazırkı şəraitdə yayılan kiber təhdidlərdən biri kölgə İT-dir (şirkət tərəfindən təsdiqlənməyən, buna baxmayaraq əməkdaşlar tərəfindən iş üçün istifadə edilən xidmətlər). Məsələn, 42% əməkdaş iş məsələlərini həll etmək üçün şəxsi e-mail ünvanından istifadə edir və onların yarısı etiraf edir ki, uzaqdan iş zamanı bu istifadə artıb.

Çoxları bilir ki, şəxsi poçt ünvanını iş yazışmalarında istifadə etmək pis haldır. Amma bununla yanaşı, sosial şəbəkələrdə, işə aidiyyatı olmayan bütün mümkün onlayn xidmətlərdə və digər mənbələrdə korporativ ünvandan istifadə etməkdə pis heç nə görmürlər. Axı bütün iş məktublarını və bildirişlərini bir e-mail ünvanında qəbul etmək çox rahatdır!

İnternetdə bunun düzgün olmadığını izah edən kifayət qədər material var. Səbəblər
arasında adətən iş və şəxsi həyat arasındakı balansın pozulması, məxfiliyin pozulması (rəhbərlik və administratorlar sizin poçtunuza giriş əldə edə bilərlər), işdən çıxarılan zaman xidmətlərə girişin itirilməsi və digər faktorlar qeyd edilir. Amm əslində şirkət əməkdaşını korporativ poçt ünvanını şəxsi məqsədlər üçün istifadədən çəkindirəcək ilk səbəb informasiya təhlükəsizliyi məsələləri olmalıdır.

Bu profilləşdirməni asanlaşdırır

Əməkdaşa xüsusilə onunçün hazırlanmış fişinq məktubunu göndərməzdən əvvəl təcavüzkarlar şəbəkədə məlumat toplayırlar. Şəxsin hansı resurslarda (sosial şəbəkələr, internet-mağazalar, onlayn platformalar) qeydiyyatdan keçdiyini aşkarlamağa imkan verən xüsusi alətlər var. Əgər qeyri-iş məqsədləri üçün korporativ poçt ünvanından istifadə edirsinizsə, bununla profilləşdirməni asanlaşdırırsınız – təcavüzkarların sosial portret yaratmasını yüngülləşdirirsiniz, ardınca isə şirkətə hücumun ilk mərhələsi kimi hədəfli fişinq hücumuna qarşı zəifləyirsiniz.

Hədəfli fişinq hücumu təşkil etmək daha asandır

Hər dəfə fişinq məktubları göndərərək cinayətkarlar qurbana qarşı hansı hiylələrin effektiv olduğunu təxmin edirlər. Amma əgər onlar anlasalar ki, siz korporativ ünvanda kənar xidmətləri qeydiyyatdan keçirirsiniz, bu zaman təxminlik bir şey qalmır, növbəti göndərişi artıq qeydiyyatda olduğunuz xidmətin adı altında yollamaqları kifayət edir. Bununla hücumun uğurlu keçməsi ehtimalı əhəmiyyətli dərəcədə artır.

Yayındırıcı manevr

Təcavüzkarların hücumu uğurla yerinə yetirmək üçün tez-tez ehtiyac duyduqları bir şey var – vaxt qazanmaq. Sizin naməlum IP ünvandan giriş cəhdi və ya şifrə dəyişikliyi haqda xəbərdarlığı gözdən qaçırmağınız onlar üçün vacibdir və buna nail olmağın ən sadə yolu poçt ünvanında “bildiriş bolluğu” yaratmaqdır. Əgər sizin ünvanınıza müxtəlif kənar resurslar bağlıdırsa, onda bunu etmək daha asandır: təcavüzkarlar (hətta onların botları) bütün sosial şəbəkə hesablarınız və şəxsi kabinetlərinizə qarşı “yürüşə” başlayaraq poçtunuzu xəbərdarlıq və həyəcan siqnalı spamları ilə doldurur.

Poçt qutusunda daha kütləvi fişinq və zərərli proqramlar

Bütün onlayn resurslar öz müştərilərinin məlumatlarını eyni şəkildə etibarlı qorumur – az qalsın hər gün internetdə məlumat sızıntısı haqqında xəbərlər çıxır və kütləvi
göndərişlərlə məşğul olan bütün operartorlar sızmış məlumat bazasından istifadə etməyi çox sevirlər: sadəcə siyahını alır və bütün ünvanlara zərərli keçid və ya fişinq əlavə edilmiş məktublar göndərməklə potensial qurbanları “bombardman edirlər”. Yəni korporativ e-mailinizlə nə qədər çox resursda qeydiyyatdan keçsəniz, poçt qutunuzda bir o qədər çox potensial təhdid peyda olacaq.

Gözlər bulanır

Sizə nə qədər çox müxtəlif cür məktublar gələrsə, təhlükəli məktubu görmək şansınız bir o qədər az olur. İş vaxtında işlə bağlı olmayan nə qədər çox məktub açsanız, bir gün təsadüfən zərərli əlavəyə klikləmək və ya fişinq linkinə keçmək ehtimalınız bir o qədər yüksək olur.

Amma hətta əgər iş ünvanını şəxsi ehtiyaclarınız üçün istifadə etməsəniz belə, fişinq və spamdan qorunmaq üçün texnikalar tətbiq etməkdə fayda var. Qoruma təbəqələri nə qədər çox olsa, bir o qədər yaxşıdır.Odur ki, korporativ infrastrukturu fişinqdən həm poçt serveri, həm də əməkdaşların iş stansiyaları səviyyələrində qorumağı tövsiyə edirik.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky fişinqdən qorunmağın 6 üsulunu açıqlayıb

Kaspersky fişinqdən qorunmağın 6 üsulunu açıqlayıb

11-12-2021
Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022
Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

08-10-2021
Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022
Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021
Kaspersky fişinqin 5 tanınmış növü və onlardan qorunmaq barədə danışır

Kaspersky fişinqin 5 tanınmış növü və onlardan qorunmaq barədə danışır

30-06-2022
Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020
Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020
Korporativ poçtlara edilən hücumların sayı açıqlanıb

Korporativ poçtlara edilən hücumların sayı açıqlanıb

27-08-2021
Kaspersky Security OneDrive buludunu da qoruyacaq

Kaspersky Security OneDrive buludunu da qoruyacaq

06-09-2019
Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı  artıb

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020
Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022
Kaspersky zərərli proqramlarla bağlı xəbərdarlıq edir

Kaspersky zərərli proqramlarla bağlı xəbərdarlıq edir

18-10-2021
Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

28-02-2023
“Kaspersky kiber cinayətkarların onlayn kinoteatr istifadəçilərini necə aldatdığını öyrənib”

“Kaspersky kiber cinayətkarların onlayn kinoteatr istifadəçilərini necə aldatdığını öyrənib”

02-12-2021
Azərbaycanda qlobal brendlərlə bağlı saxta iş elanları artır - Xəbərdarlıq

Azərbaycanda qlobal brendlərlə bağlı saxta iş elanları artır - Xəbərdarlıq

04-08-2023
Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021
Kaspersky pandemiya ilə bağlı araşdırma edib

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020
Azərbaycanda kiber hücumların sayı artıb

Azərbaycanda kiber hücumların sayı artıb

16-12-2020
Kaspersky Azərbaycanda Android istifadəçilərinə olunan hücümları araşdırıb

Kaspersky Azərbaycanda Android istifadəçilərinə olunan hücümları araşdırıb

25-07-2022
Kaspersky fişerlərin saxta səhifələri necə yaratması barədə danışır

Kaspersky fişerlərin saxta səhifələri necə yaratması barədə danışır

11-04-2022
Kaspersky: Tanışlıq xidmətlərindən istifadə edənlər onlayn təqibin qurbanına çevrilir

Kaspersky: Tanışlıq xidmətlərindən istifadə edənlər onlayn təqibin qurbanına çevrilir

16-08-2021
“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

25-11-2021
Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə