Previous Next
Bağla

Kaspersky İctimai Wi-Fi-dan təhlükəsiz istifadənin 7 qaydasını açıqlayıb

01-10-2021 13:35
Kaspersky İctimai Wi-Fi-dan təhlükəsiz istifadənin 7 qaydasını açıqlayıb

2017-ci ilin mart ayından etibarən Azərbaycanda “İctimai internet” layihəsi həyata keçirilir. Pulsuz internet paytaxtın 17 mərkəzi parkında, həmçinin "İçərişəhər" DövlətTarix-Memarlıq Qoruğunun ərazisində mövcuddur. Baktelecom-un məlumatına görə, bir ay ərzində 150 ​​minə qədər istifadəçi pulsuz Wi-Fi xidmətinə qoşulur.

İctimai Wi-Fi şəbəkələrdən istifadə rahatlıqdır, amma hər zaman təhlükəsiz deyil. İstənilən vaxt, istənilən yerdə internetə pulsuz giriş dəbdəbədən gündəlik reallığa çevrilməkdədir. Amma rahatlığın da bir bədəli olur - zərərsiz bir Wi-Fi şəbəkəsi adı
altında gizlənən kiber yaramazla qarşılaşmaq riski. Kaspersky nədən ehtiyat etmək
lazım olduğunu və rahatlıq və təhlükəsizlik arasında tarazlığı necə tapmağı izah edir.

İnternetdən istifadə zamanı ödəniş məlumatları, müxtəlif xidmətlərdəki login və şifrələr, sənədlər və yazışmalar kimi bir çox dəyərli məlumatlar ötürülür. Əgər onlar
cinayətkarın əlinə keçərsə, o, bütün bank əmanətlərinizi öz hesabına köçürə, istifadəçi hesablarınızı oğurlaya və onlar vasitəsilə spam yaya və ya dostlarınızdan pul istəyə bilər. Şəxsi yazışmaların ələ keçməsi isə şantajla nitəcələnə bilər. İş cihazından etibarsız bir şəbəkəyə qoşulduqda işəgötürənin kommersiya məlumatlarının da yadların əlinə keçmə riski yaranır. Bəzi hallarda isə cinayətkarlar cihazı hətta təhlükəli Wi-Fi bağlantısından ayrıldıqdan sonra belə onun içərisində qalan zərərli proqramlarla hiss olunmadan yoluxdura bilərlər.

Kaspersky bu xoşagəlməz hallarla qarşılaşmamaq üçün 7 əsas qaydanı tövsiyə edir:

1. İctimai Wi-Fi-şəbəkələrinə güvənməyin

Yadınızda saxlayın ki, şifrəsiz Wi-Fi şəbəkələri yalnız vacib məlumatlara aidiyyatı olmayan internet gəzintiləri üçün uyğundur: onlar vasitəsilə ötürdüyünüz və aldığınız məlumatlar eyni şəbəkəyə qoşulan hər kəs tərəfindən görülə bilər – bu, eyni hava limanında və ya qatarda olduğunuz onlarla yad insandan biri ola bilər.

2. Giriş nöqtəsinin adını yoxlayın

Bəzi təcavüzkarlar daha da irəli gedirlər: artıq mövcud olan ictimai Wi-Fi şəbəkələrinə qoşulmaq əvəzinə, özlərininkini yaradırlar və qurbanları cəlb edirlər. Cihazlarınızdakı məlumatlar internetə ruter vasitəsi ilə ötürüldüyündən, onun sahibi, əgər etikanı heçə sayan biri olarsa, həmin məlumatları asanlıqla ələ keçirə bilər. Cinayətkar tərəfindən yaradılan şəbəkə tələsinə düşməniz üçün, giriş nöqtəsinə çalışdığınız biznes mərkəzinin və ya sevimli kafenizin Wi-Fi şəbəkəsinin adına uyğun bir ad verilə bilər. Mövcud giriş nöqtələrinin siyahısını diqqətlə yoxlayın, adlarını işarələrlə müqayisə edin, sizə tanış gələn ilk şəbəkəyə qoşulmayın. Səhv söz sırası, hərflərin oxşar rəqəmlərlə əvəz edilməsi, əlavə işarələr saxta şəbəkəni tanımağa kömək edə bilər.

3. Şəbəkəyə avtomatik bağlantıdan imtina edin

İstifadə etmədiyiniz zaman Wi-Fi xidmətini söndürün, bununla cihazın batareya ömrünü də uzatmış olursınız. Şəbəkələrə avtomatik qoşulma funksiyasını söndürün (adətən bunu Wi-Fi parametrlərində etmək mümkündür). İstifadədən sonra ictimai Wi-Fi şəbəkələrini bağlantılar siyahısından dərhal silin ("unudun").

4. İdentifiksiya tələb edən xidmətlərlə iş üçün güvənmədiyiniz Wi-Fi bağlantısından istifadə etməyin

Vacib məlumatlar (xüsusən maliyyə ilə əlaqəli məlumatlar) saxlanılan hesablara yalnız etibarlı ev və ya korporativ internet mühitində daxil olmaq ən təhlükəsiz
bağlantı hesab edilə bilər. Amma mövcud şəraitdə təcili olaraq kart balansını yoxlamaq və ya ictimai xidmətlərə daxil olmaq lazım gələrsə, bunu mobil rabitə
vasitəsi ilə edin. Rouminqdə bu bahalı olsa belə, tərəddüd etməyin, çünki şübhəli bir Wi-Fi nöqtəsi vasitəsilə məxfi məlumatlarınızın sızması sizə daha baha başa gələcək.

5. Cihazınıza rabitə kanallarını qorumaq üçün proqramı əvvəlcədən quraşdırın

İctimai Wi-Fi şəbəkələrində işləyərkən cihazlarınızı qorumağın ən etibarlı yolu onları əvvəlcədən etibarlı qorunma ilə təmin etməkdir. Sorğunuzu ruterə göndərməzdən
əvvəl onu şifrələyən rabitə təhlükəsizliyi tətbiqləri var ki, onların köməyilə nəyi və
haraya göndərdiyinizi şəbəkənin sahibləri və digər ziyarətçilərdən gizlədə bilirsiniz (bu texnologiya virtual özəl şəbəkə və ya VPN adlanır). Bununla da açıq şəbəkələrdə
gəzinti belə məlumatlarınız üçün təhlükəsiz olacaq.

6. Məlumatlarınızı etibar edə biləcəyiniz nüfuzlu şirkətlərin qoruma tətbiqlərindən istifadə edərək qoruyun

Təhlükəsiz bağlantı üçün qoruma həlli seçərkən onun yaradıcılarına güvənməyə hazır olduğunuzdan əmin olun. Məlumatlarınızı toplayıb üçüncü tərəflərə satmayacaq nüfuzlu şirkətləri seçin. Məsələn, əksər Kaspersky həllərində və Kaspersky Secure Connection ixtisaslaşdırılmış tətbiqində mövcud olan qorunmalı bağlantı etibarlı və təhlükəsiz OpenVPN protokolundan istifadə edir və istifadəçi trafikinin qeydiyyatını aparmır.

7. Bağlantı qorunmasını quraşdırın ki, o, istənilən ictimai şəbəkəyə avtomatik qoşulsun

Qorunmalı bağlantını vacib tətbiqləri açmazdan öncə əllə aktivləşdirmək olar, amma təkcə yaddaşa güvənməsəniz yaxşıdır. Hər hansı ictimai şəbəkəyə qoşulan zaman
avtomatik işə düşmə funksiyasını aktivləşdirin (əgər tətbiqdə belə bir funksiya varsa).

Əgər Kaspersky Secure Connection istifadə edirsinizsə, sürət barədə narahat olmaya bilərsiniz, məlumat kanalı genişliyi hətta video axını üçün də kifayət edir. Əgər vacib məlumatla işləyirsinizsə, Kaspersky Secure Connection-dakı Kill Switch funksiyasını aktivləşdirin. O, qoruma həlli təhlükəsiz bağlantı qurana və məlumat oğurluğu riskini aradan qaldıranadək məlumat göndərişini bloklayır.

İctimai vayfaylar təhlükə ilə dolub-daşır, amma ondan tamamilə imtina etmək də lazım deyil. Yekun seçim – kiber təhlükəsizlik üçün faydalı vərdiş arsenalınızı genişləndirmək və ya tətbiqlər vasitəsilə əlavə qorunma təmin etməkdir ki, bu da sizdən asılıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky: İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 7 sadə qaydası

30-04-2022

Evdaxili Wi-Fi şəbəkəsini qonşulardan necə qorumalı

28-09-2022

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022

Rəqəmsal məkanda şəxsi məlumatları və pulları necə qoruyaq?

07-02-2023

Kaspersky fişinqdən qorunmağın 6 üsulunu açıqlayıb

11-12-2021

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

2023-cü il üçün 5 faydalı rəqəmsal vərdiş

23-01-2023

VPN nədir və onu necə seçmək lazımdır?

21-09-2022

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022

Evdən, kafedən və ya ortaq iş mərkəzlərindən təhlükəsiz işləmək üçün Kaspersky-dən 7 tövsiyə

22-08-2022

Kaspersky mütəxəssisi Telegram-ı daha etibarlı istifadə etmək üçün tövsiyyələr verib

25-01-2021

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016

Səyahətdə olanda internetə qoşulmaq təhlükəlidir?

05-07-2016

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022

Kaspersky məlumatların qara bazardakı qiymətini təhlil edib

21-12-2020

Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

30-01-2020

Microsoft təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

18-12-2018

Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

10-06-2022

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

28-09-2021

Kaspersky: Tanışlıq xidmətlərindən istifadə edənlər onlayn təqibin qurbanına çevrilir

16-08-2021

Pulsuz internet təhlükəsiz deyil, bəs nə edək?

15-04-2019

Kaspersky xəbərdarlıq edir: naməlum tətbiqlərə “yox” deyin

11-10-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə