Galaxy S8-də üzün tanınması sistemi sınaqdan keçirilib-Video

05-04-2017 / 14:03

Samsung  şirkətinin nümayəndəsi Galaxy S8 və Galaxy S8 Plus-un yeni flaqman smartfonlarının nümayişi zamanı qurğunun kənar şəxslərdən müdafiəsi üçün nəzərdə tutulmuş beş üsul haqqında məlumat verib.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, parol, qrafik açar və daktiloskopik tənzimləyicidən başqa, smartfon üzün tanınması sistemi və gözün qüzehi qişasının skaneri ilə də təchiz olunub.

Bu üsulların hamısından birgə istifadə etmək mümkün deyil və qurğunun sahibi yalnız birini seçə bilər. Hər iki yeni variant maraqlıdır: qüzehi qişanın skan edilməsi kifayət qədər etibarlı müdafiə olsa da, bir qədər vaxt tələb edir. Bunun üçün gözü tənzimləyiciyə yaxınlaşdırmaq lazımdır.

Üzün tanınması isə daha rahat və sürətli hesab olunur, bunun üçün smartfonu sadəcə əldə saxlamaq kifayətdir. Lakin bloqqerlərdən biri bu üsulun etibarlı olmadığını sübut edib.

Belə ki, Galaxy S8-in ön kamerası ilə eksperiment zamanı digər smartfonun ekranında əks olunmuş fotodan istifadə olunub.

Ekrandakı işıq zolağına baxmayaraq aparat istifadəçinin üzünü tanıyıb və telefonu blokdan çıxarıb. Məlum olub ki, Samsung şirkətinin tətbiq etdiyi üzün tanınması texnologiyası hələ ki, smartfonu təhlükəsizlik blokundan çıxarmaq üçün yox, əyləncə üçün yararlıdır. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə