• ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  • AZNET
    • SOSİAL MEDIA
    • E-TİCARƏT
    • MİLLİ NET
    • STARTAP AZƏRBAYCAN
    • YENİ MEDİA
    • İNTERNET
  • E - HÖKUMƏT
  • TEXNOLOGİYA
    • SÜNİ İNTELLEKT VƏ DATA
    • AVADANLIQ
    • TƏHLÜKƏSİZLİK
    • OYUNLAR
    • PROQRAMLAR
    • KRİPTOVALYUTA
    • İNVESTİSİYA
    • TENDER
    • MƏSLƏHƏTXANA
  • TƏNZİMLƏMƏ
    • QANUNVERİCİLİK
    • TƏHLİL
    • İSTEHLAKÇI HÜQUQLARI
  • TELEKOM VƏ NƏQLİYYAT
    • MOBİL RABİTƏ
    • TV VƏ RADİO
    • KOSMOS
    • TELEKOMMUNİKASİYA
    • NƏQLİYYAT
    • RADİOTEZLİKLƏR
  • RUBRİKA
    • COP29
    • İT GÜNDƏM
    • İT VAKANSİYA
    • İKT VETERAN
    • İKT QADINLAR
    • İT TƏLƏBƏ
    • İKT TƏHSİL
    • İKT REGİON
    • İNTERNET BANKÇILIQ
    • İKT UŞAQLAR
    • İKT KADRLAR
    • İKT VƏ SEÇKİ
    • İT TANINMIŞLAR
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏ

İT TANINMIŞLAR

  1. Ana səhifə
  2. RUBRİKA
  3. İT TANINMIŞLAR

“İnternetdə məxfi danışıqlarım, məxfi yazışmalarım yoxdur” - Müsahibə

17-02-2015 / 13:28

“İndi kənddə qızlar, oğlanlar İnternet vasitəsilə tanış olurlar”

“İnformasiya texnologiyaları tanınmışların həyatında” adlı layihəmizin növbəti qonağı xanım deputat Gövhər Baxşəliyevadır.

-İnternetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz? Hansı hissləri keçirdiyinizixatırlayırsınızmı?

-İnternet Azərbaycanda yayılandan sonra istifadə etməyə başladım və ilk dəfə İnternetə  telefon vasitəsilə qoşuldum. Artıq neçə illərdir ki, Elmlər Akademiyasında yerləşən bütün otaqlarda sürətli İnternet var. Bütün əməkdaşlarımız bundan istifadə edir. İnternet rahatlıqdır, işimizi xeyli asanlaşdırır, bütün dünya ilə surətli əlaqə saxlamaq mümkündür.

-Hansı elektron poçt ünvanından istifadə edirsiniz? Mailinizi gündə neçə dəfə yoxlayırsınız?

-Mail.ru-dan istifadə edirəm . Elə gün olur ki, mailimi yoxlamağa vaxtım olmur, köməkçim məktubları çap edib mənə göstərir.

-İşdən evə gedəndə, evdə də mobil telefondan , planşetdən və ya  kompüterdən istifadə edirsinizmi?

-Evdə noutbukdan istifadə edirəm və İnternetə qoşuluram. Vacib məktub gəlməlidirsə, elektron poçtumu tez-tez yoxlayıram. Onu da deyim, informasiya texnologiyalarınınbelə sürətlə inkişafı şəhər ilə rayon mərkəzləri arasında fərqi aradan qaldırıb. Əvvəllər telefonun olmamağı problem idisə, bugün artıq elə bir problem yoxdur.  Bərdəyə gedib seçicilərimlə görüşəndə, elə hiss edirəm ki, sanki Bakıdayam. Rayon əhalisi müasir texnologiyalardan fəal  istifadə edir və demək olar ki, bütün TVkanallarına baxa bilirlər. Yəni ki televiziyalar, informasiya texnologiyaları şəhərlə əyalət arasındafərqisilib artıq. Hətta mətbuatda oxuyuram ki, kənddə qızlar, oğlanlar İnternet vasitəsilə tanış olurlar. Bunu 20 il əvvəl təsəvvür etmək olardımı?

-İnformasiya təhlükəsizliyinizi necə qoruyursunuz? Şəxsi hesabınızı başqasına etibar edirsinizmi?

-Elə bir informasiyam yoxdur ki, onu qorumalı olum (gülür). Elektron poçt ünvanımın parolunu köməkçim bilir, məktubları çap edib mənə verir. İnternetdə məxfi danışıqlarım, məxfi yazışmalarım yoxdur.  

-Hansı sosial mediadan, Facebook,Ttwitter, İnstagram aktiv istifadə edirsiniz?

-Facebook-da bugünə kimi 2-3 nəfərin səhifəsinə baxmışam. Onlar da alimdir, hansısa hadisəyə, əsərə  münasibəti maraqlı olub və həmin səhifələrə baxmışam. Facebook səhifəm olsa da, həmin səhifədən aktiv istifadə etmirəm. Buna vaxtım yoxdur. Twitter, İnstagram-dan da istifadə etmirəm.

-Uşaqlarınızın İnternetdən, mobil telefon və ya kompüterdən istifadəsinə nəzarət edirsinizmi? Onlara bununla bağlı məhdudiyyətlər tətbiq edirsinizmi?

-Xeyr, oğlum yaşca böyükdür və yetərincə İnternetdən istifadə edir. O yaşda insana məhdudiyyət tətbiq etmək düzgün deyil. Bəzən 5 yaşlı nəvəm kompüterdə cizgi filmlərinə baxır. Evdəkilərə tapşırıram ki, 1 saatdan çox kompüterin qarşısında oturmağına icazə verməsinlər. Fikrimcə uşaqların İnternetdən istifadəsində diqqətli olmaq lazımdır. İfrat zorakılıqla dolu filmlər, sujetlər uşaqların psixikasına mənfi təsir edir.

-Mobil internetdən istifadə edirsinizmi? Necə  və haralarda  istifadə edirsiniz?

-Xeyr, istifadə etmirəm. Telefonla zəng edirəm və zəng qəbul edirəm. Bir də gələn SMS-lərioxuyuram. Çox vaxt  SMS də yazmıram.

-Xaricdə səfərdə olarkən Rouminq xidmətindən istifadə edirsiniz, yoxsa olduğunuz ölkənin mobil operatorunun xidmətindən istifadə edirsiniz?

-Rouminq xidmətindən istifadə edirəm, o xidmət məndə həmişə açıqdır. Ziyarət etdiyim 25 ölkədən yalnız Nigerdə bu xidmət işləməyib.

- Whatsapp-dan istifadə edirsinizmi?

-Hazırda yox. Amma Whatsapp-da şəkil və video göndərməyin asan olduğunu deyirlər. Ona görə də,  Whatsapp-dan istifadə etməyi düşünürəm.

-Bir telefon zənginin və ya mesajın gəlişini bildirən xəbərdarlığa cavab vermək üçün  öz naharınızı dayandıra və ya görüşünüzü yarımçıq saxlaya bilərdinizmi?

-Vacib zəng gözləyirəmsə, bəli, görüşü yarımçıq saxlayıb cavab verə bilərəm. Yox əgər vacib zəng gözləmirəmsə, telefonu söndürə də bilərəm.

-Yazışmalarda, paylaşımlarda etika qaydalarını gözləyirsinizmi? Gözləməyənlərə reaksiyanız necə olur?

- Etik qaydalara riayət etmək vacibdir. Təəssüf ki, heç də hamının mədəni səviyyəsi o dərəcədə deyil ki, İnternetdən sui-istifadə etməsin. Bəzən görürsən ki, insanlar ifrat azadlığın qurbanına çevrilirlər, nə gəldi yazırlar. Şərhlər bölmələrində yazılanlarıgörmüsünüzmü? Cəmiyyətdə hörmətli insanlara elə şər, böhtan atırlar ki, insan dəhşətə gəlir. İnternetdə mənə qarşı qərəzli bir məqalə yayılmışdı. “Məqalələr, məruzələr, müsahibələr” adlı 2 cildlik kitabım var. 435 və 511 səhifəlik həmin 2 cildliyin içində yer almış 8 səhifəlik məqalədə baş vermiş texniki bir qüsura görə bir nəfər məni plagiatda ittiham edərək mənim əleyhimə İnternetdə müzakirələr açmışdı.  Mən İnternetdə təhqir olundum, özü də möhkəm. Əslində məhkəməlik iş idi, amma bunu özümə yaraşdırmadım. Bu hadisə mənim başıma bir dəfə gəldi, amma elə insanlar var ki, belə hücumlara tez-tez məruz qalırlar. Buna yol vermək olmaz.

-İş fəaliyyətinizdə informasiya texnologiyalarından necə istifadə edirsiniz? Texnologiyalar sizin işinizi, fəaliyyətinizi asanlaşdıra bilirmi?

-İşimiz beynəlxalq aləmdə yayılan  materiallarla da sıx bağlıdır. Ona görə də mütəmadi olaraq mətbuatı izləyirəm. Bu zaman İnternet işimi xeyli asanlaşdırır. Əvvəllər hansısa xarici qəzetlərə abunə yazılmağa məcbur olurduq, bu isə baha başa gəlirdi. Amma indi İnternet vasitəsilə həmin o qəzetləri izləyə bilirəm, yaxud müəyyən kitabxanaların kataloqları ilə İnternetdə tanış oluram.

-Texnologiyalardan asılılığı 10 ballıq şkala ilə qiymətləndirsək, özünüzü harada görürsünüz?

-Mən, o yaşda deyiləm ki, nədənsə asılı olum. Özümü idarə edə bilirəm və İnternetdən o mənə həqiqətən lazım olanda istifadə edirəm. Orta bal kimi 5 bal verərdim. 

-Sizcə 10 il uzağa baxsaq, texnologiyalar bizi idarə edəcək, yoxsa daha çox həyatımızı asanlaşdıran bir vasitəyə çevriləcək?

-İnsan həmişə texnologiyadan üstün olmağa çalışmalıdır. Texnologiyalar bizi yox, biz texnologiyaları idarə etməliyik. 

 

Mirvari Nəcəf

Fotolar: Güntac Şahməmməd


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR


 “Getdikcə insanlar texnologiyanın qulu olurlar”- Müsahibə

25-02-2016

“Şəxsi hesablarımın şifrəsini tez-tez dəyişirəm”- Ayan Babakişiyeva

21-04-2015

“Facebook-da müsahibə vermək çox asandır”

07-07-2015

“Texnologiya olmasa sənətimdə boşluq yaranar” - Rubrika

29-04-2015

“Maaşım rouminq xidmətinin xərclərini ödəyə bilməz” –Deputat ( Yeni rubrika)

15-01-2015

“Kitabımın təbliğatına görə Facebook-da aktiv olmaq məcburiyyətində qaldım”

19-03-2015

“Bəzi kişilər kimi Facebook-da hər dəqiqə şəkil paylaşmıram”

26-05-2015

“Gecələr Wi-Fi -ı söndürürəm ki, İnternetə girməsinlər”

16-02-2015

“Bəzilərinin İnternetdə yazdıqlarına imza qoymağa gücü çatmır”

24-07-2015

“Aparıcıların məşhur olmağı üçün sosial şəbəkələr lazımdır”

28-09-2015

“20 il əvvəl aldığım telefonu hələ də işlədirəm”- Müsahibə

26-10-2015

“Aha, sən məni “Unfollow” etmisən, yaxşı görərsən sənə nə edəcəm”- İlkin Həsəni

02-02-2015

“Mənim saxta profillərim məndən daha aktivdirlər”

27-08-2015

”Yatana qədər texnologiyalar mənimlədir” - Qənirə Paşayeva

23-01-2015

“Hər gün Youtube-da rəqiblərimin döyüşlərini, taktikalarını izləyirəm”

25-06-2015



  • Son Xəbər
  • populyar
  • Yazarlar
  • “Data jurnalistikası” mövzusunda təlim yekunlaşıb

    09-05-2025
  • İlham Əliyev Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

    09-05-2025
  • AYNA: Gediş haqqının QR ödənilməsi ilə bağlı problem aradan qaldırılıb

    09-05-2025
  • Azərbaycanla Vyetnam arasında əməkdaşlıq müzakirə edilib

    09-05-2025
  • DİN: Bank kartlarından oğurluq halları davam edir

    09-05-2025
  • AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

    08-05-2025
  • AzTU “Huawei Technologies Azerbaijan” ilə əməkdaşlıq edəcək

    08-05-2025
  • Google süni intellekt məlumatlarını məhdudlaşdırır

    08-05-2025
  • ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

    08-05-2025
  • XRİTDX beynəlxalq tədbirdə iştirak edib

    08-05-2025
  • Agentlik: 10 min şagird kompüter əsaslı monitorinqə cəlb olunacaq

    08-05-2025
  • Daha 4 KOB subyektinə startup şəhadətnaməsi verilib

    08-05-2025
  • “Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb

    08-05-2025
  • “Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib

    08-05-2025
  • EcomX E-ticarət Proqramının birinci mərhələsi başa çatıb

    08-05-2025
  • Nəqliyyat vasitələrində gedişhaqqı bank kartları ilə ödənilə bilər

    08-05-2025
  • "Azercell"in tərəfdaşlığı ilə “Baku Flames” festivalı keçirilib

    08-05-2025
  • “digital.login” iki faktorlu autentifikasiya ilə gücləndirilib

    08-05-2025
  • Ötən gün bank kartlarından 30 min manatdan çox vəsait oğurlanıb

    08-05-2025
  • “Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb

    08-05-2025
  • Bütün xəbərlər
  • "DEFAGE Bootcamp" intensiv inkişaf proqramına start verilir

    12-04-2025
  • Osman Gündüz: Milli Korpus və Az-LLM nə zaman yaradılacaq?

    10-04-2025
  • Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

    14-04-2025
  • İnformatika fənni üzrə kurikulum tam yenilənib - Osman Gündüz

    21-04-2025
  • "AMEA"da süni intellekt məsələlərinə böyük diqqət ayrılır

    12-04-2025
  • Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verilib

    20-04-2025
  • Nigeriya “Meta”nın cəriməsini təsdiqləyib

    26-04-2025
  • Rəqəmsal iqtisadiyyat və texnologiyada yeni dövr başlayır - Osman Gündüz

    25-04-2025
  • “Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

    19-04-2025
  • "Aztelekom" yenidən təşkil edilir

    25-04-2025
  • Osman Gündüz

    Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?

  • Məltəm Talıbzadə

    Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh

  • Ağasəf Haqverdiyev

    Windows 10-u necə sürətləndirmək olar?

  • Fərrux İlhamoğlu

    Bizi idarə edən güc: Netokratiya

  • Sevil Rəsulzadə

    Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

  • İsmayıl Rafiqoğlu

    Facebook müəmması

  • Günel Azadə

    4G mobil texnologiyası niyə ləngiyir?

  • Kamran Ədalətoğlu

    Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

  • Azər Həsrət

    “Asan imzanı belə gördüm”- Azər Həsrət

  • Eyvaz Qocayev

    Satışa çıxarılmış Azərbaycan adları

  • Bütün yazarlar



sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə



NƏTİCƏLƏR

Bütün sorğular

  • ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  •  
  •  
  •  
  •  
© 2008 -2025 Xəbərlər.az
Bütün hüquqlar qorunur.