HP xüsusi tibbi kompüterlərini təqdim edib

15-03-2018 / 16:10

Hewlett Packard şirkəti tibb müəssisələrinin spesifik tələbatları nəzərə alınaraq hazırlanan xüsusi kompüter texnikasını təqdim edib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, qurğularının materialları uzun müddət ərzində antiseptik vasitələrlə gündəlik təmizlənməyə davamlıdır.

Bundan başqa, xüsusi HP Easy Clean proqram təminatı təmizləmə zamanı klaviatura, sensor ekran və sensor paneli tez bloklamağa imkan verir.

İstehsal xətti bir neçə qurğudan – HP EliteBook 840 G5 Healthcare Edition noutbuku, HP EliteOne 800 G4 23.8 Healthcare Edition monobloku və HP Healthcare Edition HC270CR monitorundan ibarətdir. Kompüterlərin hamısı autentifikasiyanı bir giriş nöqtəsi vasitəsilə dəstəkləyən RFID oxuyucu qurğuları ilə təchiz edilib.

Həmçinin noutbuk və monoblok avtorizə edilmiş tibbi heyətin tanınması üçün biometrik autentifikasiya funksiyasına malikdir. Qeyd edilən texnologiyalar pasiyentlər haqqında məlumatların mühafizəsinə imkan verir.

HP EliteBook 840 G5 Healthcare Edition noutbuku, həmçinin ekran məlumatlarını kənar baxışlardan qoruyan 4-cü nəsil HP Sure View sisteminə malikdir. Bundan əlavə, monoblokda ikitərəfli çıxarılabilən kamera quraşdırılıb. Yeni tibbi qurğuların cari ilin may-iyun aylarında Avropa ölkələri ərazisində satışa çıxarılacağı gözlənilir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə