Previous Next
Bağla

İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

19-10-2019 12:01
İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan “İ2B – İdeyadan Biznesə” layihəsinin respublika finalı keçirilib. “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə Bakı və region finalçıları arasından 2019-cu il üzrə qaliblər müəyyən edilib.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə layihə iştirakçılarını təbrik edib və onlara uğurlar arzulayıb. “Nazirliyin fəaliyyət istiqamətlərindən biri də innovativ inkişafa dəstək verməkdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan İnnovasiyalar Agentliyi startapçılara öz ideyalarını reallaşdırmağa dəstək olur. Startap hərəkatını genişləndirmək, gənclər arasında innovativ düşüncə tərzini inkişaf etdirmək, onları aktiv şəkildə bu prosesə cəlb etmək üçün müxtəlif layihələr, təlimlər, müsabiqələr keçirilir. Paytaxt Bakı və regionlarda keçirilən “İ2B – İdeyadan Biznesə” startap turları da bu məqsədlərə xidmət edir”, – deyə nazir bildirib.

Ramin Quluzadə qeyd edib ki, cari ildə iki mindən çox startapçı layihəyə qoşulub. Bu, layihənin gənclər arasında böyük marağa səbəb olduğunu və uğurla həyata keçirildiyini göstərir. Şamaxıda təşkil edilmiş “İnnocamp – innovasiya yay düşərgəsi”ndə startapçılar üçün yaradılan imkanlardan danışan nazir belə tədbirlərin
ölkəmizdə innovasiya ekosisteminin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, ölkəmizin 12 regionunda keçirilən startap turlarına 153 komanda qatılıb. Startap turları zamanı dövlət qurumlarının, müxtəlif inkubasiya mərkəzlərinin, texnoparkların, eləcə də nüfuzlu İKT şirkətlərinin nümayəndələri iştirakçılar üçün təlim və seminarlar təşkil edib, onlara startap ekosistemi, ideyanı biznesə çevirməyin yolları barədə məlumat veriblər. Bakı, Sumqayıt, Şamaxı, Şəki, Zaqatala, Tovuz, Göyçay, Gəncə, Lənkəran, Mingəçevir, Sabirabad və Naxçıvanda təşkil olunmuş startap turlarında 17 komanda yarımfinala keçib. Sonuncu seçim mərhələsində uğur qazanan 10 komanda – “Heal With” (Bakı), “Health bag” (Göyçay), “PayPort” (Naxçıvan), “Palliativ Plus” (Bakı), “Buqələmun” (Bakı), “OSHE-01” (Şirvan), “Peşəkar” (Naxçıvan), “Nano Desal” (Bakı), “Biobone” (Gəncə), “Agroshare” (Bakı) isə “İ2B – İdeyadan Biznesə” layihəsinin respublika finalında mübarizə aparıb.

Finalda layihələr mütəxəssislərdən ibarət Münsiflər heyəti qarşısında təqdim edilib. Adları çəkilən 10 komanda ardıcıllıq üzrə müəyyən olunmuş vaxt ərzində layihələrini təqdim edib və onlara ünvanlanan sualları cavablandırıb. Jüri tərəfindən ideyanın unikallığı, bazar potensialı, investisiyanın mənfəət müddəti, ilkin xidmətin/prototipin hazırlanmasına tələb olunan müddət, komandanın ideyanı gerçəkləşdirmə qabiliyyəti kimi meyarlar qiymətləndirilib.

Beləliklə, “İ2B – İdeyadan Biznesə” layihəsinin 2019-cu il üzrə qalibi “Heal With” komandası oldu. Qalibi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə mükafatlandırdı. Azərbaycan Gənclər Fondunun sədri Fərid Cəfərov 2-ci yerin sahibi Buqələmun komandasını, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti 3-cü yerə çıxan Palliativ Plus komandasını elan etdi.

Qeyd edək ki, təşkilatçılar və tərəfdaşlar tərəfindən ilk üç yerin sahibinə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək. Qaliblər 3-6 dekabr tarixlərində təşkil ediləcək  25-ci “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi- konfransında öz layihələrini təqdim etmək imkanı qazanıblar. “İ2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turlarının növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İ2B-İdeyadan Biznesə layihəsinə 2 mindən çox startapçı qoşulub

19-10-2019

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

İnnocamp innovasiya yay düşərgəsinə hazırlıqlar başlayıb

27-08-2019

İ2B – İdeyadan Biznesə platforması 2020-ci ildə də davam etdiriləcək

12-02-2020

Növbəti InnoCamp-ın keçiriləcəyi məkan açıqlanıb

03-08-2019

İdeyadan biznesə startap turları başlayır

15-09-2018

Gəncədə İdeyadan Biznesə çevriləcək layihələr seçildi

05-10-2018

“InnoWeek – İnnovasiya həftəsi”nin ilk tədbiri keçirildi

14-12-2020

İdeyadan Biznesə startap turunun Quba üzrə qalibi müəyyənləşdi

08-06-2018

İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

04-10-2018

Növbəti startap turunun qalibləri bəlli olub

03-10-2018

İdeyadan Biznesə startap turlarının respublika üzrə qalibləri seçildi

27-10-2018

Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

04-06-2018

İnnocamp innovasiya yay düşərgəsi davam edir

30-08-2019

Azərbaycanda YayFest təşkil olunub

19-07-2019

Növbəti startap turu Sumqayıtda keçiriləcək

19-09-2018

İdeyadan Biznesə startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib

12-10-2018

İnnocamp innovasiya yay düşərgəsi başa çatıb

01-09-2019

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018

Bakıda InnoWeek – İnnovasiya həftəsi keçiriləcək

14-10-2019

Növbəti startap turu Lənkəranda keçiriləcək

16-05-2018

AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

01-11-2018

Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

22-09-2018

Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu

09-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə