İlham Əliyev: “Bu yaxınlarda üçüncü peyk buraxılacaq”

21-09-2017 / 12:50

 “Azərbaycanın kosmik sənayesinin sürətli inkişafı  ölkəmizin dünya kosmik klubunun üzvləri sırasına daxil olmasını mümkün edib”.

Xeberler.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışında bildirib:

“2 telekommunikasiya və yer səthinin müşahidəsi peykləri – Azerspace və Azersky və bu yaxınlarda buraxılacaq Azerspace-2 adlanan üçüncü peyk ölkəmizin dünya kosmik klubunun üzvləri sırasına daxil olmasını mümkün etdi”.

İlham Əliyev həmçinin qeyd edib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – ASAN xidmət ictimai münasibətlərin və xidmətlərin müasir modelidir:

“Eyni yerdə 251 xidmətin göstərilməsi, tam şəffaflıq, korrupsiya və rüşvətxorluğun sıfıra endirilməsi ASAN xidmət-i bir çox ölkələr üçün cəlbedici edib. Sırf Azərbaycan brendi olan ASAN xidmət yaradıldığı gündən ötən 5 il ərzində 5 milyon insana 1 milyon 600 min xidmət göstərib. Müraciətlərin ümumi sayı 17 milyona çatıb. ASAN xidmət-in ictimaiyyət tərəfindən bəyənilməsi 98 faiz təşkil edir.2015-ci ildə dövlət xidmətlərinin əhəmiyyətli dərəcədə sadələşdirilməsinə, təkmilləşməyə verdiyi töhfəsinə və yaradıcı olmağına görə ASAN Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidməti Mükafatına layiq görülüb”.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə