Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "AzDataCom" provayderi yanvarın 1-dən “öncədən ödəmə” sisteminə keçəcək.
Mərkəzdən bildirilən məlumatda deyilib ki, qeyd olunan tarixdən etibarən abonentin istifadə edəcəyi internet haqqı "gündəlik hesablaşma" prinsipi ilə aparılacaq. Belə ki, ödəniş günündən sonrakı 30 təqvim günü növbəti ay üçün ödəmənin son tarixi hesab ediləcək.
Burada isə belə bir problem yaranır: Vətəndaş öncədən internetin əldə edilməsi üçün müəyyən məbləğ ödəyir. Lakin yaranan fors-major hallarda internetə giriş mümkünsüzləşir və vətəndaşın hüquqları tapdanır. Bu halda vətəndaşın öncədən ödədiyi pulun bir hissəsi havaya sovrulmuş olur. Çox hallarda operatorlar bununla bağlı olaraq, zənglərə də cavab vermir.
Nəticədə yenə itirən sadə vətəndaş olur.
Maraqlıdır ki, bu halların qarşısı necə alına bilər? “Öncədən ödəmə” sistemi nə qədər əlverişlidir?
Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bununla bağlı olaraq, öncədən vətəndaş və şirkət arasında xüsusi müqavilə imzalanmalıdır:
"Provayder öz ödəmə sistemini dəyişirsə, məcburdur ki, qabaqcadan məlumat versin. Məlumatlandırılma olmursa və vətəndaş bundan zərər çəkirsə, problem onun xeyrinə həll olunmalıdır. Kommersiya baxımdan “öncədən ödəmə” sistemi ədalətli hesab edilə bilər. Çünki virtual xidmətdir, verir, daha sonra şirkət ödənişlə bağlı problemlər yaşaya bilər. Bu şirkətin özünü iflasa gətirə bilər. Amma istənilən halda, bu xidmətin keyfiyyəti, əlçatanlığı, fors-major hallarla bağlı müştəri əvvəlcədən məlumatlandırılmalıdır. Əgər internetin əlçatanlığı məsələsində problemlər yaranırsa, bu, müqavilədə öz əksini tapmalıdır ki, gələcəkdə müştəri problemlər yaşamasın. Müqavilədə qeyd edilməlidir ki, şirkət bu müddətdə əlavə sürət verməlidir, yaranmış vəziyyəti müştərinin xeyrinə kompensasiya etməlidir".
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri