Previous Next
Bağla

İnternetdə fərdi məlumatları necə qorumaq olar?

30-09-2024 11:48
İnternetdə fərdi məlumatları necə qorumaq olar?

Son illər Azərbaycanda informasiya təhlükəsizliyi sahəsi çox sürətlə inkişaf edir. Bu irəliləyişin əsas tərkib hissələrindən biri həm hökumət, həm də özəl sektor tərəfindən fərdi məlumatların qorunması və kibertəhdidlərdən müdafiə etmək üçün müasir texnologiyaların və tənzimləyici sənədlərin qəbul edilməsi olub. Bu istiqamətdə atılan əhəmiyyətli addımlardan biri “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiya”sının qəbul olunmasıdır.

Daha əvvəlki illərdə isə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ölkənin informasiya məkanının təhlükəsizliyinin qorunması, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində hazırlıq və məlumatlılıq səviyyəsi artırılması işinə böyük dəstək oldu.

Xeberler.az bildirir ki, bu fikirləri İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev söyləyib.

Hələ 2010-cu ildə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyini xatırladan müsahibimiz bu sənədin beynəlxalq standartlara uyğun hazırlandığını qeyd edib.

Babək Nəbiyev vurğulayıb ki, Beynəlxalq Telekommunikasiya İttifaqının Qlobal Kibertəhlükəsizlik İndeksinə görə, Azərbaycan dünyanın ən yaxşı 50 ölkəsi arasında yer alır: “Bu, müsbət göstərici olsa da, sürətlə inkişaf edən kibertəhdidlərə qarşı mübarizə aparmaq üçün daha çox işlər görülməlidir”.

Mütəxəssis xatırladıb ki, 2018-ci ildə dünya üzrə kiberinsidentlərin 45 faizindən çoxu hədə-qorxu ilə pul tələb etmə məqsədilə “ransomware” proqramları ilə əlaqəlidir. Bu rəqəm son beş ildə davamlı olaraq artıb: “Azərbaycan da bu təhdidlərdən sığortalanmayıb, lakin yaradılan kompüter insidentlərinə operativ reaksiya verən xüsusi CERT komandalar (Computer Emergence Response Team) kimi qabaqlayıcı tədbirlər bu hücumların təsirlərini azaltmaq üçün nəzərdə tutulub.

Narahatlıq doğuran əsas məqamlardan biri də kibercinayətkarların getdikcə daha da “ağıllanması” və sürətlə təkmilləşməsidir. Azərbaycan da sənaye, bank sektoru, səhiyyə və təhsil və s. daxil olmaqla daha çox sahələri rəqəmsallaşmaya məruz qaldıqca, fərdi məlumatların qorunması problemləri daha kritik əhəmiyyət kəsb edir. Mütəxəssislərin qiymətləndirmələrinə görə, qlobal miqyasda kibercinayətlər nəticəsində vurulan ziyanın həcminin 2025-ci ildə 10,5 trilyon dollara çatacağı gözlənilir və bu kibertəhdidlər sırasında fərdi məlumatların qanunsuz ələ keçirilməsi xüsusi yer tutur.

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri vətəndaşların təhdidlər qarşısında fərdi məlumatlarını qorumaq üçün tövsiyələrini də verib. Onun sözlərinə görə, internetdə şəxsi hesabları qorumağın ən sadə və effektiv yollarından biri daha mürəkkəb şifrələrdən istifadə etməkdir. İstifadəçiləri qeyri-qanuni olaraq müxtəlif məqsədlərlə “qarmağa” salmaq üçün həyata keçirilən “Phishing” cəhdlərinə qarşı diqqətli olmaq lazımdır. Şübhəli linkləri aktivləşdirmək və ya tanış olmayan e-poçt ünvanından gələn e-məktublara cavab vermək məsləhət deyil. Həmçinin onlayn ünsiyyət zamanı fərdi məlumatları, şəkilləri və məkan haqqında məlumatları qəti surətdə paylaşmaq olmaz.

Müsahibimiz, həmçinin qeyd edib ki, əməliyyat sistemlərinin, brauzerlərin və digər proqram təminatı vasitələrinin yenilənməsi istifadəçini kibercinayətkarların sui-istifadə edə biləcəyi boşluqlardan, zəifliklərdən qoruyacaq.

B.Nəbiyev internet məkanında fərdi məlumatların qorunması texnologiyalarından biri kimi şifrlənmiş təhlükəsiz kommunikasiya kanallarından istifadə edilməsinin vacibliyini də qeyd edib.

Onun sözlərinə görə, həssas, kritik məlumatların ehtiyat nüsxələrinin çıxarılması, fərdi məlumatları paylaşarkən onlayn xidmətlərdə ondan necə istifadə edildiyini və yadda saxlanıldığını yoxlamaq da mühüm tədbirlərdən biridir. “Giriş üçün açıq olan ictimai “Wi-Fi” şəbəkələrinə qoşulduqda həddən artıq diqqətli olmaq lazımdır. Məsələn, onlayn bank əməliyyatları kimi riskli əməliyyatlar üçün ictimai “Wi-Fi” şəbəkə mühitindən istifadə etmək, ümumiyyətlə, məsləhət deyil”, - deyə müsahibimiz qeyd edib.

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri antivirus və “anti-malware” proqramlarından istifadə edilməsinin və onların müntəzəm olaraq yenilənməsinin vacibliyini də qeyd edib.

O bildirib ki, onlayn mühitdə informasiya təhlükəsizliyi mövzusunda ictimaiyyəti maarifləndirmə işləri davam etdirilməli, istifadəçilər geniş yayılmış kibertəhdidlər haqqında məlumatlandırılmalı, onlarla mübarizə aparmağın səmərəli yolları haqqında zəruri biliklərlə təmin edilməlidirlər”.

“Əlbəttə ki, müvafiq dövlət qurumları tərəfindən vətəndaşların fərdi məlumatlarının qorunması üçün davamlı olaraq kompleks texnoloji, təşkilati və hüquqi tədbirlər görülür. Lakin sürətlə rəqəmsallaşan cəmiyyətdə kibercinayətkarlığa qarşı daha səmərəli mübarizə aparmaq üçün biznes sektorunda fəaliyyət göstərən şirkətlərlə yanaşı, vətəndaş cəmiyyəti sektoru, xüsusən də vətəndaşlar bu kibertəhlükəsizlik tədbirlərində aktiv iştirak etməlidirlər”, – deyə Babək Nəbiyev fikrini yekunlaşdırıb.(Azərtac)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

30-11-2024

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023

28 yanvar - Beynəlxalq fərdi məlumatların mühafizəsi günüdür

28-01-2021

ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

28-01-2026

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023

Fərdi məlumatların mühafizəsi təkmilləşdiriləcək

28-08-2023

ETX: Yeni qanunvericilik vətəndaşların məlumatlarının təhlükəsizliyi daha da gücləndirəcək

09-10-2025

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi genişləndirilib

27-03-2023

Akademik: Əsas məqsəd dövlətin və cəmiyyətin kiberimmunitetini gücləndirməkdir

03-11-2025

AzScienceCERT-in maddi-texniki bazası gücləndirilir

22-12-2015

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025

28 Yanvar - Məlumatların Mühafizəsi Günüdür

28-01-2025

İş yerində fərdi məlumatları qorumaq üçün bunları edin

17-08-2023

ETX vətəndaşların bank kartlarından vəsaitlərinin oğurlanması hallarına münasibət bildirib

10-06-2024

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022

Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19-09-2024

İnformasiya təhlükəsizliyi ilə bağlı V respublika konfransı keçirilib

29-11-2019

Kritik infrastrukturlara olan qlobal kibertəhdid aktorlarının hücumlarının qarşısı vaxtında alınıb

09-10-2025

Informasiya təhlükəsizliyinə dair V respublika konfransı keçiriləcək

12-11-2019

Bulud xidmətləri üzrə yeni məhsullar təqdim edilib

12-03-2019

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024

AzScienceCERT növbəti beynəlxalq akkreditasiyadan uğurla keçib

21-04-2026

İlqar Musayev: "Kiberməkanın fiziki sərhədlərinin olmaması cinayətkarlığa şərait yaradır"

30-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə