Previous Next
Bağla

İstifadəçilərə xarici nömrələrdən niyə zəng gəlir?

03-03-2017 16:20
İstifadəçilərə xarici nömrələrdən niyə zəng gəlir?

Məlum olduğu kimi, son vaxtlar mediada Azərbaycanda bir çox insanlara xarici ölkələrə məxsus telefon nömrələrdən gələn zənglər müzakirə edilir.

Zənglərin eyni ölkələrdən və kütləvi şəkildə edilməsi narahatlıq yaradıb. Bu barədə bir çox şəxs sosial şəbəkələrdə məlumat verib. Zənglər əsasən Albaniya və Serbiyadan edilib.

Məsələni şərh edən ekspetlər hesab edir ki, belə  zənglərin məqsədi beynəlxalq trafikdən oğurluq etməklə pul qazanmaqdır. Yəni, beynəlxalq zənglər klassik formada mobil operatorlar üzərindən yox, internet üzərindən edilir.

Belə ki, bu kimi zənglər internet üzərindən edəndə müəyyən texnoloji avadanlıqlardan istifadə edilir. Tarfikdən pul əldə etmək üçün zəng internet üzərindən yönəldilir. Zəng operatora yox, çoxlu sayda Sim kartların yerləşdirildiyi xüsusi avadanlığa yönəldilir. Buradan da pul qazanılır.

Bu problemin baş vermə səbəblərini mobil operatorlardan və interent provayderlərdən dəqiqləşdirməyə çalışsaq da, Azercell şirkətindən başqa məsələ ilə bağlı rəsmi açıqlamalar hələ olmayıb.

Azercell şirkəti də rəsmi açıqlamasında qeyd edib ki, gecə saatlarında abunəçilərin mobil nömrələrinə daxil olan yerli və beynəlxalq zənglərin mobil operatorlar tərəfindən qarşısının alınması qeyri-qanunidir.

Şirkətdən verilən məlumata görə, daxil olan zəngin fırıldaq məqsədi daşıyıb-daşımadağını müəyyən etmək və bunun üçün lazımi filtrləmə həyata keçirmək mümkün deyil.

Bildirilir ki, mobil rabitə operatoru 7/24 prinsipi ilə işləyir və gecə saatlarında daxil olan zənglərə fırıldaq şübhəsi ilə məhdudiyyət qoymaq ciddi qanun pozuntusudur.

Azercell qeyd edir ki, müəyyən olunmuş nömrələrdən daxil olan zənglərin qarşısının alınması yalnız qanunvericilik çərçivəsində mümkündür və bunun üçün rəsmi əsaslar olmalıdır.

Şirkət elan edib ki, beynəlxalq zənglər trafikini dövlət operatorları Aztelekom və Azintelecom-dan əldə edirlər və trafik üzərində nəzarət şirkətin səlahiyyətində deyil.

Beləliklə, Azercell üstüörtülü məsuliyyəti provayderlərin üzərinə qoydu.

Lakin bu açıqlamaya Aztelekom və Azintelecom şirkətindən də rəsmi münasibət gəlmədi.

Beləliklə, problemin nədən qaynaqlandığı, əslində nə baş verdiyi hələ də məlum deyil.

Qeyd etdiyimiz kimi, bu gün Kaspersky Lab şirkəti  Bakıda “Security Day” (Təhlükəsizlik Günü) tədbiri keçirib.

Tədbirdə şirkətin aparıcı ekspertləri  Azərbaycanda biznesə olan təhdidlər haqqında danışmaqla yanaşı, şirkətlərin kiberhücumlara şərait yaradan zəif nöqtələrini açıqlayıb. Onlar artmaqda olan kibertəhlükələrə tab gətirməyə yardım edəcək tövsiyələrini bölüşüb.

Elə biz də fürsətdən istifadə edib hazırda müzakirə edilən beynəlxalq trafik oğurluğu və bunun qarşınının alınması ilə bağlı suallarımızı şirkətin aparıcı eksperti Sergey Lojkinə ünvanladıq.

Məsələyə aydınlıq gətirən eskpert qeyd edib ki, hazırda qlobal məkanda da belə bir təhlükə mövcuddur.

Onun sözlərinə görə, kibercinayətkarlar müxtəlif texnologiyalardan istifadə edərək mobil istifadəçilərin məlumatlarnı ələ keçirir.

Ekspert qeyd edib  ki, bu kimi hücumlar əvvələr ənənəvi üsullarla aparılırdısa, indi daha müasir yollara əl atılır:

“Məsələn, əvvəllər bunun sadə üsulları mövcud idi. Belə ki, telefona müxtəlif zərərli reklam keçidləri gəlirdi, siz o reklamlara klik edəndə artıq  tələyə düşürdünüz. Bu hücumlar ünvanlı olurdu və əsas məqsəd istifadəçinin məlumat bazasını əldə keçirmək idi. Görünür, artıq kibercinayətkarlar başqa üsullarla zənglər üzərindən də məqsədlərinə çatmağa çalışır”.

Problemin araşdırılıb, dəqiqləşdirilməsinin vacib olduğunu deyən ekspert bu məsələdə həm mobil operatorun, həm də provayderin üzərinə məsuliyyət düşdüyünü vurğulayıb:

“Əlbəttə, öncə bu problemin nədən qaynaqlandığını araşdırıb,  dəqiq etmək lazımdır. Nəticələrə uyğun olaraq hər iki tərəf bütün səylərini birləşdirib, mübarizə aparmalıdır. Çünki bu məsələdə istifadəçinin heç bir günahı yoxdur. Ona görə də, tərəflər məsuliyyəti bir-birinin üzərinə atmaqdansa, əməkdaşlıq edərək daha tez problemin həll yolunu tapa bilər”.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Beynəlxalq zənglərə nəzarət edə bilmirik”

09-02-2017

Azercell-in “yağlı” müştərilərini kim ələ keçirmək istəyir?

22-02-2017

Spam zənglərin intensiv olduğu vaxtlar müəyyənləşdirilib

23-08-2019

Azərbaycanda WhatsApp-dan niyə zəng etmək mümkün deyil? – Araşdırma

14-11-2015

Beynəlxalq Avtomat Telefon Stansiyasında nə baş verib?

17-05-2016

WhatsApp-ın zəng funksiyası qismən bərpa olunub

17-11-2015

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017

Dünyada ən bahalı mobil xidmət Azərbaycandadır

27-07-2009

Beynəlxalq Avtomat Telefon Stansiyasında yaranan problemin səbəbi açıqlandı

17-05-2016

Azərbaycanda internetin keyfiyyəti niyə pisləşib?

20-05-2017

Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi

12-10-2016

Niyə xaricdən Azercell nömrələrinə düşmək olmur?

27-12-2008

WhatsApp vasitəsilə zənglərə qadağanın MTN-lə əlaqəsi varmı?

16-11-2015

Azercell-in satılmasına münasibət: “Nazirlikdə bu qədər pul haradandır?”

09-03-2018

Azərbaycanda qiymətlər avropa ölkələrindən xeyli bahadır

19-05-2014

Ölkədə 12 mindən çox istifadəçi kiberhücuma məruz qalıb

20-02-2018

“Azercell” rouminq üçün yeni endirim tariflərinin tətbiqinə başlayıb

09-03-2011

“WhatsApp-ın istifadəsinə məhdudiyyət qoyulmayıb”- Azercell

30-06-2015

Ölkəmizdə WhatsApp, Skype kimi platformalar birdəfəlik bloklanıb?

02-06-2017

“Azercell” abunəçilərinə yarana biləcək problemlər barədə xəbərdarlıq etdi

30-01-2009

Whatsapp hesablarının oğurlanması problemi beynəlxalq miqyasda həll olunmalıdır-Ekspert

25-08-2023

“Qara siyahılar” abunəçinin hesabından pul silinməsinin qarşısını alacaqmı ?

01-05-2015

Elektron Təhlükəsizlik Xidmətinə daxil olan müraciətlərin 75 faizi fişinq hücumları ilə bağlı olub

29-11-2022

Azərbaycan ərazisində turistik Sim-kartların realizəsi qeyri-qanunidir

24-08-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə