Azercell-in satılmasına münasibət: “Nazirlikdə bu qədər pul haradandır?”

09-03-2018 / 10:16

Məlumat verdiyimiz kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) AzInTelecom Azərbaycanın telekommunikasiya operatoru Azercell Telecom-un səhmlərini almaqla bağlı müqavilə imzalayıb. Beləliklə, Nazirlik 222 AVRO olan Azercell səhmlərin 51.3%-ni əldə edib.

Son günlər məsələ demək olar ki, hər kəsin gündəmini zəbt edib.

Mövzu ilə bağlı sosial mediada ciddi müzakirələr gedir. Belə ki, hamı Azercell-in bundan sonrakı fəaliyyəti ilə maraqlanır.

Kifayət qədər nüfuza sahib belə şirkətin dövlət qurumu tərəfindən satın alınması bəzi suallar yaradır.

İT üzrə ekspert Vahid Qasımov bu satınalmanı Xeberler.az-a şərh edərdək deyib ki, yaxın 1-2 il ərzində şirkətin fəaliyyətində hər hansı dəyişiklik gözlənilmir.

Ekspert bildirib ki, TeliaSonera şirkəti əlini Azercell-in üzərindən çəkəndən şirkətin xidmət və keyfiyyətində ciddi geriləmələr olub:

“Azercell-in fəaliyyətində yaxın 1-2 il ərzində hansısa dəyişikliyin olacağını gözləmirəm. Məlumdur ki, TeliaSonera əlini Azercell-dən çəkdəndən bəri Azercell-in istər qiymətində, istərsə də keyfiyyətində ciddi bir geriləmə baş vermişdi. İstifadəçilərin də çoxsaylı şikayəti bunu təsdiq edir”.

Vahid Qasımovun sözlərinə əgər Azercell əvvəllər Bakcell-dən xidmətlərinə görə fərqlənirdisə, son bir ildə şirkət nəinki öz xidmət keyfiyyətini saxlaya bilin, hətta bu keyfiyyət ciddi formada aşağı düşüb.

O, məsələnin başqa bir tərəfinə diqqət çəkib. Belə ki, eskpert dövlət qurumunda bu qədər vəsaitin haradan əldə oldunduğu ilə maraqlanır:

“Şirkətin dövlət qurumu tərəfindən satın alınması ciddi sual yaradır: O qədər böyük rəqəmdə pul dövlət qurumunda nə gəzir, haradan verilib?. Dövlət qurumu bu şirkəti götürüb nə edəcək?”.

Ekseprt hesab edir ki, Azercell-in dövlət qurumu tərəfindən alınması monopolist vəziyyətə gətirib çşxarır. Bu da yaxşı hal deyil.

Məltəm Talıbzadə 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə