Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün İT sahəsində olan vakansiya yerlərini təqdim edir:
BSC group 25-30 yaşlarında, ali texniki təhsilli, 1ildən 3 ilə qədər müvafiq sahə üzrə iş təcrübəsi olan İT mütəxəssisi axtarır. Window server 2003 üzrə təcrübə keçmiş, Active Directory, fayl server, DNS, DHCP, NTP-nin konfiqurasiyası,antivirusların idarə olunması üzrə yüksək bacarıq - VLAN, VPN, konfiqurasiyasi üzrə təcrübə, şəbəkədən istifadə hüququ olanlara nəzarət edə bilmə - Hardware və software problemlərinin qarşısının alınması yollarını bilmə, əsas səbəblərin aradan qaldırılması - TCP/IP, DNS, DHCP, NTP, Proxy Cache, FTP, SSH, Telnet, VoIP biliyə sahib olan şəxslər müraciət edə bilər.
Azərbaycan və rus dillərini bilən namizədlərə üstünlük veriləcək. Əlaqədar şəxs, Nurlan Səfərovdur.
E-mail: [email protected]
ANTR MMC 20-35 yaşlarında, ali təhsilli olması vacib deyil, ATS-lərin və müşahidə kameralarının quraşdırılması üzrə IT mühəndis vakansiyası elan edir. Maaş 500-700 AZN-dir. Əlaqədar şəxs: Hüseynli Rauf
Telefon: 0502070574
Effektiv Company 22-30 yaş arası, minimum 3 il iş təcrübəsi olan şəxslər üçün İT mütəxəssis vakansiyası elan edir.
Telefon: (+99412) 464 83 51 (+99451) 785 03 15
E-mail: [email protected]
18 yaşdan yuxarı, ali təhsili olan, azərbaycan, rus dillərini bilən, minimum 2 il təcrübəsi olan, Ms Windows Server 2008, MS SQL Server 2008, TCP/IP sistemlərinin bilən İT mütəxəssis, məsləhətçi tələb olunur. Maaş 400-450 AZN-dir.
Əlaqə: [email protected]
Uyğun namizədlər mövzu bölməsində "IT mütəxəssisi” yazıb, CV-nizi [email protected] emailinə göndərməyiniz xahiş olunur (Şəkilsiz Cv-yə baxılmayacaq)
Veysəloğlu MMC 22-35 yaş arası, ali təhsiili olan (Kompüter Mühəndisliyi, Program Təminatı və.s) müvafiq sahədə minimum 1 il iş təcrübəsi, “Play Store”da tətbiq nümunəsi olan namizədlərə üstünlük veriləcək (AppStore üçün arzuolunandır), iş saatlarından əlavə çalışa bilmə imkanı olan proqramçı vəzifəsi üzrə vakansiya elan edir.
Namizədlər CV-lərini (şəkilli) [email protected] ünvanına göndərə bilərlər.
Net Media texniki-ali təhsil (informatika və ya riyaziyyat profili olanlara üstünlük verilir) olan, PHP-MYSQL üzrə biliklər və iş təcrübəsi, interfeys proqramlaşdırma sahəsi üzrə biliyi olan şəxslər veb-proqramçı axtarır. Maaş 650 AZN-dir. (1 ci ay 300 AZN)
E-mail: [email protected]
20-25 yaşlarında, ali-texniki təhsilli, dil bilikləri olan, müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olan kompüter, proyektor, ekran, printer ilə işin aparılması, quraşdırılması və avadanlıqlarda çıxan problemlərin həll edən, mövcud Windows sistemləri əsasında qurulan proqram təminatlarında işləmək üçün İT mütəxəssis axtarılır. Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsinə vəzifənin adını (İT mütəxəssis) qeyd etməklə göndərmələri xahiş olunur.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri