Previous Next
Bağla

Kaspersky robotlara kortəbii inamın nəticələrini araşdırdı

18-10-2019 16:34
Kaspersky robotlara kortəbii inamın nəticələrini araşdırdı

“Kaspersky” və Gent Universitetinin (Universiteit Gent) birgə araşdırmasının nəticələrinə görə,  insanlar sosial robotlara lazım olduğundan daha çox güvənməyə meyllidirlər. 50 könüllünün robotla insani ünsiyyət kanallarından istifadə edərək kommunikasiya qurması əsasında aparılan təcrübə zamanı bütün iştirakçılar əsas təhlükəsizlik qaydalarına məhəl qoymadan robota etibar edərək, ona şəxsi məlumatlarını ötürdülər.

Xeberler.az bildirir  ki, təcrübənin şərtlərinə görə, robot operator tərəfindən idarə edilirdi. Təcrübə sosial robotun Belçikanın Gent şəhərində binaların birinin girişinə yerləşdirilməsindən sonra başladı. Belə ki, binaya giriş şəxsiyyətin müəyyənləşdirilməsini tələb edirdi. Ssenariyə görə, robot təcrübə iştirakçılarından onu da nəzarət olunan otağa buraxmalarını xahiş edirdi. Nəticədə, iştirakçıların 40%-i  bunu etməyə razılaşdı. Robot məşhur restoranlardan birinin pizza paylayanı kimi təqdim olunanda isə daha çox insan onu qapalı məkana  buraxdı.

Təcrübənin ikinci hissəsində robot insanları səmimi söhbətə cəlb  etdi. Tədqiqatçılar robotun təcrübə iştirakçılarından şifrələr və hesab parametrlərinin (məsələn, doğum tarixi, sevimli rəng, ilk avtomobilin markası və s.) dəyişdirilməsində istifadə olunan şəxsi məlumatları necə əldə edə biləyəcəyini araşdırdılar.  Nəticədə robotla söhbət zamanı bir nəfərdən başqa bütün iştirakçılar bəzi şəxsi məlumatlarını robota təqdim etdilər.
 
Təcrübənin nəticələrini şərh edən “Kaspersky”nin antivirus mütəxəssisi Dmitriy Qalov qeyd etdi ki, hazırda  bu robotların əksəriyyəti sınaq mərhələsindən keçir və çox məhdud sayda istifadə olunur, lakin yaxın gələcəkdə onlar gündəlik həyatın bir
hissəsinə çevriləcəklər. “Şirkətimiz və Gent Universitetindəki həmkarlarımız tərəfindən aparılan  təcrübə təsdiq etdi ki, robotlarla  bağlı kiber təhlükəsizlik məsələlərinə laqeyd yanaşma insanlara mənfi təsir göstərə bilər. Həqiqətən, əgər cinayətkar belə bir cihazın sisteminə giriş əldə edərsə,  bunun ətrafdakılar üçün necə nəticələnə biləcəyi məlum deyil. Ümid edirik ki, bu cür təcrübələr və tədqiqatlar ictimaiyyəti və İT cəmiyyəti robotlara münasibəti və təhlükəsizliyi təmin edən texniki imkanları yenidən nəzərdən keçirməyə məcbur edəcək”, deyə D.Qalov bildirib.
 
Öz növbəsində Gent Universitetinin professoru və süni intellekt və robototexnika sahəsinin  mütəxəssisi Toni Belpayem (Tony Belppaeme) əlavə etdi ki, elmi ədəbiyyat insanların robotlara, xüsusən də sosial köməkçi olan robotlara etibar etməyə meylli olduqlarını sübut edir və bu etimad insanları inandırmaq üçün istifadə edilə bilər.

Ümumiyyətlə, robot nə qədər çox antropomorfik görünsə, insanları bir o qədər çox inandıra bilir. Təcrübəmiz göstərdi ki, bu hal ciddi risklər yarada bilər, belə ki, insanlar robotun zərərsiz olduğunu güman edərək təhlükəsizlik qaydalarını unudurlar. Ancaq bu kortəbii güvən kiber hücumların ehtimalını artırır. Belə ki, apardığımız təcrübənin nəticələri sosial robotlarla qarşılıqlı əlaqə qurarkən nəzərə alınmalı olan risklərin yalnız kiçik bir hissəsini nümayiş etdirdi.  Bu risk və zəiflikləri anlamaq və aradan qaldırmaq üçün birlə işləmək çox vacibdir”, - bunu T.Belpayem dedi.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu robot insan kimi ünsiyyət saxlayır

03-11-2015

Dünyada ilk-robota vətəndaşlıq verildi

27-10-2017

İnsanabənzər robot yaradılıb

31-01-2017

Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür

16-05-2019

NASA Marsın tədqiqi üçün robot-arılar hazırlayır

06-04-2018

Amazon süni intellekt robotlarının iş yerlərində tətbiqinə başlayıb

12-05-2025

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020

Kaspersky sənaye təhlükəsizliyi haqqında oyunu VR formata keçirib

05-07-2021

Bu robot insanın hərəkətlərini təkrarlayır

11-08-2015

Robot-itlər yaşlı insanlara yardım edəcək

02-05-2017

Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına start verilib

05-08-2022

“Panasonic” massajist-robot icad edib

03-10-2010

İstifadəçilərin həyatında smartfondan vacib heç nə yoxdur-Sorğu

16-06-2016

İxtisarlar NASA-nın proqramlarına mənfi təsir edəcək

31-07-2025

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020

Yaponiyada ilk kuryer robot sınaqdan keçirilir

27-07-2020

Süni intellekt insanları geyindirəcək

17-05-2018

Tarakana bənzəyən robot yaradılıb

07-08-2019

Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

12-01-2022

İnsanın mimikasını təkrarlayan robot

27-03-2018

Yaxın illərdə bəşəriyyətin yarısı işsiz qala bilər

16-02-2016

Robot ofisiantların çalışdığı restoranlar bağlanıb

11-04-2016

“Kaspersky zərərli hədəf hücumlarına qarşı əks-mühəndislik tədbirləri üzrə onlayn kurs təqdim edir…”

19-04-2021

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə