Previous Next
Bağla

Kaspersky: yeni texnologiyaların tətbiqi və maaş artımı sahibkarlar üçün prioritetdir

04-10-2021 12:09
Kaspersky: yeni texnologiyaların tətbiqi və maaş artımı sahibkarlar üçün prioritetdir

Dünya üzrə kiçik şirkətlərin 53%-i üçün biznesin stabil faəliyyətinə imkan verəcək yeni texnologiyaların tətbiqi pandemiya zamanı prioritetə çevrilib. Kaspersky-nin “Kiçik və orta biznes: pandemiyadan sağ çıxaraq” adlı yeni araşdırması nəticəsində əldə edilmiş məlumatlar bunu deyir. Vacib tədbirlər sırasına personalın biznesi onlayn aparması üçün yeni texnologiya və cihazlar, rabitə xidmətləri və kollektiv işlə təmin edilməsi, əməkdaşlar üçün isə uzaqdan və ya hibrid formada iş şəraitinin yaradılması daxil edilib.

Biznes üçün çətin dövrdə üç ən əhəmiyyətli fəaliyyət arasında şirkətin iş qabiliyyətinin nəyin bahasına olursa-olsun saxlanılması (bu barədə respondentlərin 49%-i bildirib) və iş yerlərinin qorunması (43%) olub. Amma bunu bacarmaq sahibkarlar üçün elə də asan olmayıb. Belə ki, şirkətlərin 38%-də büdcə ixstisar edilib, 34%-də bəzi və ya bütün ofislər və digər fiziki fəaliyyət sahələri müvəqqəti olaraq bağlanıb. Eyni zamanda, çətin dövrdə yeni imkanlara yelkən açanlar da olub – kiçik şirkətlərin 29%-i yeni məhsullar və ya xidmətlər təqdim edib.

Araşdırmalar dəfələrlə sübut edib ki, personal məmnuniyyəti birbaşa biznesin effektivliyinə təsir edir. Sahibkarlar öz işçilərinin dəyərini anlayır. Belə ki, sorğu göstərib ki, hətta məcburi büdcə ixtisarına baxmayaraq, işçilərin saxlanması şirkətlər üçün prioritetə çevrilib. Növbəti 12 ay ərzində kiçik və orta biznes sektorundakı müəssisələrin 42%-də maaş artımı planlaşdırılır.

“Pandemiyanın gətirdiyi çətinliklərin biznesdə texnologiyaya yeni tələblər yaratdığını görürük. Onlayn xidmətlər xüsusi aktuallıq qazanıb və fəaliyyət növünün bu tip xidmətin başlamasına icazə verən müəssisələr, rəqəmsallaşdırmanın bu və ya digər səbəbdən mümkün olmadığı müəssisələrlə müqayisədə daha əlverişli vəziyyətdə olub. Xoşbəxtlikdən, pulsuz xidmətlər də daxil olmaqla, bir çox idarəsi asan xidmətlər mövcuddur ki, onların quraşdırılması, idarə olunması və xidməti üçün ayrıca IT administratora ehtiyac duyulmur. Amma bir daha qeyd etmək istərdim ki, bu cür rəqəmsallaşma təhülkəsiz olmalıdır”, - deyə Kaspersky-nin Azərbaycandakı
nümayəndəsi Müşviq Məmmədov bildirib.

Rəqəmsallaşma şəraitində şirkətin maksimum təhlükəsiz fəaliyyət göstərməsi üçün Kaspersky kiçik və orta biznes sahiblərinə tövsiyə edir:

1. IT xərclərinin azaldılması, müştərilərlə təhlükəsiz ünsiyyət, frilanserlərlə iş haqqında xüsusi olaraq yaradılan “Kiçik biznes üçün kiber təhlükəsizlik fəndləri”- də toplanmış pulsuz tövsiyələrlə tanış olun;
2. işçilərə müntəzəm olaraq əsas təhlükəsizlik tədbirlərini xatırladın: şübhəli mesajları açmamaq, fərqli hesablar üçün mürəkkəb və fərqli şifrələr düşünmək və onları müntəzəm olaraq dəyişmək;
3. sistem administratoruna iş cihazlarının təhlükəsizliyini uzaqdan vahid panel vasitəsilə idarə etməyə imkan verən xüsusi qoruma həllərindən istifadə edin.  Kaspersky Endpoint Security Cloud bu cür həllər kateqoriyasına daxildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky: sahibkarlar ləğv edilmiş xərcləri bərpa etməyə hazırdır

Kaspersky: sahibkarlar ləğv edilmiş xərcləri bərpa etməyə hazırdır

07-12-2021
Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021
Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021
Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Kaspersky pandemiya ilə bağlı araşdırma edib

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020
Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022
Kaspersky evdən işləməyin niyə rahat olduğunu müəyyən edib

Kaspersky evdən işləməyin niyə rahat olduğunu müəyyən edib

14-12-2020
Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021
“Kaspersky” yayın sonuna kimi kiçik sahibkarlar üçün ödənişsiz olacaq

“Kaspersky” yayın sonuna kimi kiçik sahibkarlar üçün ödənişsiz olacaq

21-04-2020
Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

16-05-2022
Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020
Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021
Kaspersky: İşçilərinin əksəriyyəti ənənəvi iş modelinə qayıtmağa hazır deyil

Kaspersky: İşçilərinin əksəriyyəti ənənəvi iş modelinə qayıtmağa hazır deyil

18-11-2020
Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib

Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib

19-01-2022
 Şirkətlər xərcləri azaltmaq üçün pirat proqramlardan istifadə edir?-Sorğu

Şirkətlər xərcləri azaltmaq üçün pirat proqramlardan istifadə edir?-Sorğu

15-11-2022
Azərbaycanda kiber hücumların sayı artıb

Azərbaycanda kiber hücumların sayı artıb

16-12-2020
Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

18-04-2019
Kaspersky 2020-ci ilin maliyyə yekunlarını təqdim edib

Kaspersky 2020-ci ilin maliyyə yekunlarını təqdim edib

21-04-2021
İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020
Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

30-09-2022
Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020
İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

13-06-2019
Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə