Previous Next
Bağla

Kaspersky: İşçilərinin əksəriyyəti ənənəvi iş modelinə qayıtmağa hazır deyil

18-11-2020 16:26
Kaspersky: İşçilərinin əksəriyyəti ənənəvi iş modelinə qayıtmağa hazır deyil

Kaspersky dünya üzrə kiçik və orta sahibkarlıq işçilərinin dörddə üçünün (74%) pandemiya bitdikdən sonra adəti iş prosesinə qayıtmağa hazır olmadığını aşkarlayıb. Uzaqdan işə keçid nəticəsində insanlar üçün bundan sonra da əldə saxlamaq istədikləri imkanlar yaranıb: yaxınlarla daha çox vaxt keçirmək (47%), pula qənaət (41%) və hər yerdən işləməyin mümkünlüyü (32%). Bunlar Kaspersky tərəfindən 2020-ci ilin oktyabrında aparılan "Pandemiya sonrası iş: o necə təşkil ediləcək" adlı yeni bir araşdırmanın təqdim etdiyi məlumatlardır.

Sorğu göstərib ki, insanlar əvvəlcədən mövcud olan məhdudiyyətlərdən uzaqlaşır və öz mənafelərinin ön planda olduğu daha çevik şəraitdə işləmək istəyirlər. Beləliklə, respondentlərin təxminən üçdə biri əvvəllər qəbul edilmiş bu və ya digər qaydalara qayıtmaq istəmirlər. Məsələn, 39% respondent səkkiz saatlıq iş qrafikində yenidən işləməyə hazır deyil, 34%-i ofisə, 32%-i isə beş günlük iş həftəsinə bağlı olmaq istəmir.

Hər üç nəfərdən biri (32%) pandemiya bitdikdən sonra uzaqdan işə davam etmək istəyir. İşçilər işəgötürənlərdən, xüsusilə texnologiyanın istifadəsi ilə bağlı dəstək gözləyirlər - sorğu iştirakçılarının 38%-i bu barədə məlumat verib. Onların rəylərinə görə, daha məhsuldar, təhlükəsiz olmaq və eyni zamanda daima əlaqə saxlaya bilmək üçün lazımi avadanlıqların, alətlərin və texniki dəstəyin əlverişliliyi mühüm əhəmiyyət kəsb edir.

“Pandemiya insanların bir çox proseslərə baxışlarını, iş həyatı və ev mühitin anlamlarını dəyişib. Təcrid zamanı əldə edilən daha böyük vaxt sərbəstliyi bir çox adi və rəhbər işçinin iş prosesinə yeni bucaqdan baxmasına imkan verib," Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib.

"Yəqin ki, ev ofisləri həyatımızda hələ uzun müddət qalacaq. Buna görə də, işçilər informasiya təhlükəsizliyi məsələləri də daxil olmaqla, bir çox müstəqil və operativ qərarlar qəbul etməli olacaqlar. Bu, şirkətlərin kiber təhlükəsizliyindən məsul mütəxəssislərin nəzərə alması vacib olan potensial riskləri daşıya bilər."

Çevik rejimdə işləyən işçiləri qorumaq üçün Kaspersky şirkətlərə tövsiyə edir:

1. iş məlumatlarını və cihazlarını həm də parol, şifrə və ehtiyat nüsxə vasitəsilə qorumaq;

2. işçilərin ofis daxilində və xaricində iş tapşırıqlarını yerinə yetirmək üçün istifadə etdikləri istənilən cihazın təhlükəsizliyini təmin etmək. Bunun üçün Kaspersky Endpoint Security Cloud kimi bir həlldən istifadə edilə bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Kaspersky evdən işləməyin niyə rahat olduğunu müəyyən edib

14-12-2020

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

Azərbaycanda kiber hücumların sayı artıb

16-12-2020

Kaspersky: yeni texnologiyaların tətbiqi və maaş artımı sahibkarlar üçün prioritetdir

04-10-2021

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020

“Kaspersky” yayın sonuna kimi kiçik sahibkarlar üçün ödənişsiz olacaq

21-04-2020

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021

Kaspersky: sahibkarlar ləğv edilmiş xərcləri bərpa etməyə hazırdır

07-12-2021

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kaspersky: İşçilərin korporativ zənglərdən necə boyun qaçırdığı araşdırıb

21-06-2021

Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

12-01-2022

Hər beşinci müəssisədə sənaye kibertəhlükəsizliyi sahəsində mütəxəssis çatışmır

09-06-2022

Kaspersky və Fnatic əməkdaşlığa başlayır

02-07-2021

KATV1 Kaspersky Labaratoriyası ilə əməkdaşlığa başlayır

01-06-2016

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

11-11-2020

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021

Kaspersky: Smartfon istifadəçiləri şifrələrini tərəf müqabillərindən gizlətmir

07-01-2022

Kaspersky: insanların yalnız 42 faizi peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

07-07-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə