Previous Next
Bağla

Koronavirus smartfon vasitəsilə də keçə bilər

10-04-2020 13:56
Koronavirus smartfon vasitəsilə də keçə bilər

Smartfonların üzərində hər zaman çoxlu bakteriya olur və onların arasında koronavirus da ola bilər. «Kaspersky” şirkəti smartfonları nə ilə və necə düzgün dezinfeksiya etmək barədə danışır.

Cihazı COVID-19 koronavirusundan necə qorumaq olar? Smartfonu spirt və ya xlorheksidin (antiseptik və bakterisid maddə) ilə silməyə dəyərmi?

Xeberler.az bildirir ki, azırki koronavirus (COVID-19) epidemiyası, deyəsən, artıq insanları ictimai yerləri ziyarət etdikdən sonra əllərini yumağa və üzlərinə daha az toxunmağa vərdiş etməyi öyrədib. Ancaq hələ də hamı daha bir faydalı vərdişə - öz cihazlarını, xüsusən gündə yüz dəfə əllərimizə aldığımız və tez-tez üzümüzə toxundurduğumuz cihazları dezinfeksiya etmək vərdişinə yiyələnməyib. Bunun nə üçün vacib olduğu və bunun necə düzgün edilməli olduğu haqda danışaq.

Telefonu niyə dezinfeksiya etmək lazımdır?

İlk olaraq, unutmayaq ki, koronavirusun otaq temperaturu şəraitində metal, şüşə, keramika və plastik materiallar üzərində öz yoluxma gücünü saxlayaraq yaşama müddəti bir neçə gün təşkil edir. Virus telefona iki yolla keçə bilər – yoluxmuş insanın öskürəyindən ayrılan kiçik damcılarla və ya əvvəllər qapı tutacaqları, lift düymələri və digər səthlərə toxundurduğunuz əllərinizlə.

Əgər telefonunuzu başqa insanlara verməsəniz (vermirsiniz, elədir?) və hamı cihazınıza öskürməsə, havadan yoluxma ehtimalınız azdır. Əllə yoluxma əlaqədə qaldığınız müddətdən asılıdır və bu müddət müxtəlif mikroorqanizmlər üçün fərqlidir – koronavirusun yoluxma müddətti haqda etibarlı məlumatlar hələ də mövcud deyil. Buna görə də, virusun daha əvvəl başqa bir şeylə təmasda olan yuyulmamış əllərinizin dəydiyi smartfon vasitəsi ilə ötürülə biləcəyini düşünmək daha məntiqlidir. Xüsusilə, telefona yalnız əllərimizlə deyil, həm də, danışarkən üzümüzlə toxunduğumuz üçün, bu riski gözə almaq olmaz. Ümumiyyətlə, telefonu mütəmadi olaraq, hətta hər evə qayıtdığımızda dezinfeksiya etmək daha yaxşıdır.

Smartfonu koronavirusdan necə qorumaq olar?

Məişətdə daha geniş yayılmış məhsullardan etil spiti (C 2 H 5 OH) və izopropil spirti (C 3 H 7 OH), həmçinin perekis (H 2 O 2 ) və hipoklorit (NaClO) koronavirusla mübarizə üçün daha effektivdir.

Smartfonu dezinfeksiya etməyin alternativ variantları:

Kimyəvi dezinfeksiya sizə uyğun deyilsə, başqa seçimlər də var. Məsələn, ultrabənövşəyi dezinfeksiya aparatları. Və ya telefonu hermetik polietilen torbaya qoymaq və hər dəfə çölə çıxdıqdan sonra həmin paketi atmaq (virus polietilendə uzun müddət də yaşaya bilər).

Belə bir üsul çox dəbli olmasa da, istifadə etmək ziyan gətirməz. Ən radikal üsul, telefonu ictimai yerlərdə mümkün qədər az istifadə etməyə çalışmaqdır. Bu, eyni zamanda rəqəmsal-detoksa kömək edir və ümumiyyətlə zərərli deyil.

Əlbəttə ki, evdən çöldə sizinlə birgə gəzişən digər cihaz və əşyalar - planşetlər, noutbuklar, ağıllı saatlar və ya bilərziklər, qulaqcıqları da unutmaq olmaz. Hər ehtimala qarşı, istehsalçının veb saytı və ya təlimat kitabçasından və ya birbaşa özündən hansı maddələrin dezinfeksiya üçün daha uyğun olduğunu və onlardan cihazın qorunması üçün necə istifadə edə biləcəyinizi dəqiqləşdirməyə dəyər.

• Smartfonunuzu silməzdən əvvəl istifadə edəcəyiniz məhsulun tərkibini araşdırın.

• Etil spirti və ya perekisin istifadəsindən çəkinin, onlar ekranın oleofobik (barmaq izi saxlamayan xüsusi örtük) örtüyunə zərər verə bilər.

• İzopropil spirti smartfonunuzu silmək üçün ən uyğun maddədir.

• Optimal konsentrasiyası 70-80% -dir.

• Hər dəfə çöldən qayıtdıqdan sonra smartfonunuzu silmək tövsiyə olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kompyuter klaviaturasında 10 milyonadək bakteriya olur

08-11-2010

Toshibadan metil spirti ilə şarj edən cihaz

04-11-2009

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Spamlarla necə mübarizə aparaq? –Təlimat

09-06-2017

Azercell təhlükəsizlik təhlükəsizik tədbirlərini gücləndirir

03-04-2020

NRYTN bayram günlərində xüsusi iş rejimində fəaliyyət göstərəcək

19-03-2020

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020

Azərbaycanda şifrələnmə hücumlarının sayı artır

29-08-2019

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020

“Azərkosmos” gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir

03-04-2020

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019

Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

13-02-2020

Azercell yaşlı abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir

25-03-2020

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Məktəblilərinin kiber təhlükəsizliyi müzakirə olunub

28-08-2020

Android-də ROOT nə üçündür ?

26-07-2015

Kaspersky: Tanışlıq xidmətlərindən istifadə edənlər onlayn təqibin qurbanına çevrilir

16-08-2021

Kaspersky İctimai Wi-Fi-dan təhlükəsiz istifadənin 7 qaydasını açıqlayıb

01-10-2021

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020

Kaspersky müasir uşaqlar üçün 7 mühüm rəqəmsal vərdişi təsvir edib

18-11-2021

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə