Previous Next
Bağla

Kaspersky müasir uşaqlar üçün 7 mühüm rəqəmsal vərdişi təsvir edib

18-11-2021 16:15
Kaspersky müasir uşaqlar üçün 7 mühüm rəqəmsal vərdişi təsvir edib

Müasir dünyada rəqəmsal mühitdə sağ qalmaq bacarıqları hər kəs üçün vacibdir. Buna görə də valideynlərin vəzifələrindən biri uşaqlarına məlumatın olduqca bol olduğu bir dünyada yaşamağı öyrətməkdir. Kaspersky mütəxəssisləri uşaqlara şəbəkədə düzgün davranış sərgiləməyə kömək edəcək yeddi vərdişi təsvir ediblər.

1. Cihazlarsız zaman

Uşaqlar texnikadan çox istifadə edəndə onlarda asılılıq yarana bilər. Bu da yuxu, qəfil əhval korlanması, artıq çəkinin yaranması, özünə qiymət vermənin azalması və öz bədəninə qeyri-adekvat yanaşma kimi problemlərə gətirib çıxarır. Mənfi nəticələrdən qaçmaq üçün, cihazları yatmazdan öncə istifadə etməməyi və gecələr səssiz rejimə keçirməyi tövsiyə edirik. Eyni zamanda “telefondan ümumiyyətlə nə zaman istifadə edilə bilməz” kimi məqamlar da öncədən danışılmalıdır, məsələn, ailə ilə nahar zamanı.

2. Enerji ehtiyatına nəzarət etmək

Texnologiyanın sürətli inkişafına baxmayaraq, müasir cihazların enerji ehtiyatı yenə də tez bitir. Uşağın həmişə əlaqədə qalması üçün, ona yuxudan əvvəl telefonu dəhliz və ya mətbəxdə enerji dolumuna qoymağı təklif edin. Bununla bir daşla iki quş vurmuş olacaqsınız: cihazın batareyası səhərə tam dolu olacaq və uşağınızın yuxudan əvvəl telefona qurşanmasını önləyəcəksiniz. Uşağa xarici enerji cihazı almaq və evdən uzun müddətlik çıxdıqda onu özü ilə götürməyi öyrətmək də faydalı tədbirdir.

3. Təhükəsizlik qaydalarına əməl etmək

Uşaq virtual dünyaya qapanıbsa, onu təkcə şəbəkədə deyil, həm də real dünyada təhlükələr gözləyir. İlkin olaraq izah edin ki, yol keçərkən və ya pilləkandan istifadə edərkən telefona baxmaq olmaz. Ayrıca olaraq internetdəki təhlükəsizlik barədə
danışın, çünki uşaq dələduzluq, şəxsi məlumat oğurluğu, viruslar və bir çox digər təhdidlərlə üzləşə bilər və mütləq şəkildə uşağın onun özünü və ya hər hansı bir dostunu çətin vəziyyətə sala biləcək şəxsi sənədlər, bank kartları məlumatları və şəkilləri heç bir halda internetdə paylaşmamasına diqqət yetirin.

4. Ekoloji media istehlakına çalışmaq

Sonsuz bildirişlər yorur və bir işə köklənməyə imkan vermir. Hətta böyüklər belə bəzən “messencerə bir saniyəlik baxış” cazibəsi ilə bacarmağa çətinlik çəkirlər, uşaqlarda isə bu asılılıq daha da irəli gedib. Ona görə də, uşağın telefonundakı bildirişləri məhdudlaşdırın ki, o, dərs və ya digər məşğuliyyətlərdən yayınmasın, işlərin öhdəsindən tez gəlsin və az yorulsun.

5. Rəqəmsal etiketə əməl etmək

Ənənəvi oflayn məkanda olduğu kimi rəqəmsal dünyada da yazılmamış etiket qaydaları var. Bu qaydaları insanlar adətən şəbəkədəki ünsiyyət vasitəsilə yaradırlar. Amma bəzi normalar barədə əvvəlcədən danışmaqla uşağa çətin vəziyyətlərdən yayınmağa kömək etmək lazımdır. Məsələn, ona onlayn məkanda nəyi etməmək və ya deməməyi izah etmək. Universal yoxlama – özünə sual vermək: bunu mən bir insana canlı olaraq deyə bilərdim? İnternetdə təhqir yazmaq və insanları alçaltmaq qəbuledilməzdir.

6. İnformasiyanı sistemləşdirmək

Telefon və kompyuterdəki nizam-intizam insanın beynindəkinin əksidir. Dolabdakı xaos uşağınızın həyatında çətin ki, hansısa ciddi əngəl yaratsın, amma itirilmiş şifrələr, fayllar və ya unudulmuş telefon nömrələri buna qadirdir. Övladınızı uşaq yaşlarından məlumatların sistemləşdirillməsinə öyrəşdirmək lazımdır.

7. Müntəzəm “rəqəmsal detoks” təşkil etmək

Rəqəmsallaşma uşağın həyatının demək olar ki, hər bir sahəsinə toxunub: valideynlər və dostlarla ünsiyyətdən tutmuş hobbiyə kimi. Valideynlər uşaqların ekran vaxtını nə qədər azaltmağa çalışsalar da, həddən artıq informasiya qəbulu çox güman ki, qaçılmaz olaraq qalır. Bu o deməkdir ki, uşağa vaxtında dayanmaq və internetin həyatındakı rolunu azaltmaq bacarığı lazımdır: ilk olaraq sizin köməyinizlə, daha sonra isə təkbaşına. İnformasiya ilə həddən artıq yüklənməyə qarşı mübarizənin ən effektiv (həm də ən çətin) üsullarından biri “rəqəmsal detoks”-dur, yəni bu və ya digər bir müddətə cihazlardan imtina. Bunu müntəzəm etmək daha yaxşı olar.

Rəqəmsal dövr valideynlərin qarşısına yeni tapşırıqlar qoyub. Onları həll edərək xüsusilə unutmamaq lazımdır ki, ən yaxşı nümunə şəxsi sınaqdan keçmiş nümunədir. Bu qaydalara əməl etmək asan olmayacaq, amma zamanla onlar vərdiş halını alacaq və uşağınızın həyatına yön verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal dünyada uşaqları necə qoruyaq?

16-11-2022

Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

26-08-2022

Kaspersk Azərbacanda uşaqların əsasən hansı saytlara girdikləri araşdırıb

08-09-2021

Psixoloq: Valideynlər uşaqların mobil cihazlardan istifadəsinə məhdudiyyət qoymalıdır

19-03-2020

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022

2023-cü il üçün 5 faydalı rəqəmsal vərdiş

23-01-2023

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020

“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

06-03-2020

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016

Kaspersky 2021-ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını araşdırıb

14-01-2022

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020

Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

20-02-2017

Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını izləyə biləcəklər

01-06-2022

Uşaqlar üçün evdə distant tədris prosesi necə qurulmalıdır ?

08-09-2020

Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

24-10-2019

Kaspersky: Tanışlıq xidmətlərindən istifadə edənlər onlayn təqibin qurbanına çevrilir

16-08-2021

Kaspersky identifikasiya, autentifikasiya və avtorizasiya arasındakı fərqi izah edir

27-10-2021

İnternet oyunları uşaqlar üçün təhlükə mənbəyidir

05-08-2019

“Kaspersky kiber cinayətkarların onlayn kinoteatr istifadəçilərini necə aldatdığını öyrənib”

02-12-2021

Rəqəmsal asılılıq fiziki və ruhi sağlamlığa mənfi təsir edir

05-10-2024

Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

04-02-2019

Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

15-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə