“Lenovo” Orta Asiyada fəaliyyətini genişləndirərək bölgədəki ehtiyat hissələri anbarları şəbəkəsinin açıldığını elan edib.
İT infrastruktur avadanlığı və rəqəmsal transformasiya həllərinin sürətlə genişlənən təchizatçısı - “Lenovo”, Mərkəzi Asiyada ehtiyat hissələri anbarlarının açılışından xəbər verir. Bu, “Lenovo”nun bazardakı mövqeyini və region ölkələrində müştəri xidməti keyfiyyətini yüksəltməyə imkan verəcək.
“Ehtiyat hissələri anbarlarımızın açılması Mərkəzi Asiya bazarında mövqeyimizi gücləndirəcək. Bundan əlavə, bu, müştərilərimizə xidmət keyfiyyətini artırmaqla yanaşı, regionda mövcud olan peşəkar xidmətlər portfelini genişləndirməyə və zəmanətli avadanlıqların servisini təklif etmək imkanı verəcək. Məqsədimiz regionda və dünyada İKT infrastrukturu sahəsində inteqrasiya olunmuş həllərin ən böyük etibarlı təchizatçısı olmaqdır”, - deyə “Lenovo İnfrastructure Solutions Group”un (ISG) Şərqi Avropa və Mərkəzi Asiya üzrə baş direktoru Andrey Kutukov bildirib.
Üç anbarda - Özbəkistan (Daşkənd), Azərbaycan (Bakı) və Qazaxıstanda (Almatı), “Lenovo”, bu ölkələrdən olan müştərilərinə servis və zəmanət xidmətləri ilə bağlı müqavilə öhdəliklərini təmin etmək üçün ehtiyat hissələri, habelə mövcud və gələcək tədarüklər üçün quraşdırma, məlumat bazalarının, saxlama sistemlərinin və iş stansiyalarının təmiri və yenilənməsi üçün komponentləri saxlamağı planlaşdırır. Yerli anbarların olması lazımi malların birbaşa anbardan müştəriyə göndərilməsi üstünlüyünə malikdir. Üstəlik, anbarların belə şəkildə təşkili hətta kiçik yaşayış məntəqələrini lazımi ehtiyat hissələri ilə təmin etməyə və bölgənin digər ölkələrini təchiz etmək üçün paylama mərkəzlərinə çevrilməyə imkan verəcək.
“Mərkəzi Asiyada yeni ehtiyat hissələri anbarlarının açılması “Lenovo”nun regionda şirkətin mövqeyini möhkəmləndirmək strategiyasının bir hissəsidir. Bu, müştərilərə lazımi İT infrastruktur qovşaqlarının çatdırılması və təmin edilməsi prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək və sadələşdirəcək. Avadanlığın bütün həyat dövrü ərzində tədarük zəncirinin səmərəliliyinin və etibarlılığının vacibliyini başa düşərək biz, öz anbar bazamızın inkişafına, xidmət təchizatına və zəmanət xidmətinə sərmayə qoyuruq”, - Servis İnkişafı Biznesinin Baş Meneceri Denis Taranov qeyd edib.
“Lenovo”nun Daşkənd və Almatıdakı yeni anbarları beynəlxalq logistika şirkəti UPS (United Parcel Service) bazasında fəaliyyətə başlayıb, şirkətin Bakıdakı logistik tərəfdaşı isə “DiVi”dir. Bu iş formatı, “Lenovo”nun yüksək texnoloji məhsullarının daşınması və logistikası baxımından qeyd olunan tərəfdaşlarla uzun və müsbət əməkdaşlıq təcrübəsinə bağlıdır.
Bölgədəki 24/7 rejimində fəaliyyət göstərən yeni bölüşdürülmüş anbar şəbəkəsi sayəsində “Lenovo”, müştərilərinə satın alınan məhsul və xidmət səviyyəsindən asılı olaraq ehtiyat hissələrinin çatdırılma intervallarını təklif edə biləcək: növbəti iş günü, nasazlıq aşkar edildikdən sonra 4 saat ərzində və ya ərizənin qeydiyyata alındığı tarixdən 6-24 saat ərzində.
Şirkət haqqında:
“Lenovo”, serverlər, saxlama sistemləri, mobil cihazlar, həllər və xidmətlər kimi əsas böyümə sahələrini mənimsəməyə davam edərək dünyanın ən böyük PC istehsalçısı kimi uğurunu möhkəmləndirmişdir. Ötən il “Lenovo” tərəfdaşlıq şəbəkəsinin inkişafına, xidmət təklifləri portfelinin genişləndirilməsinə, Mərkəzi Asiya regionunda ehtiyat hissələrinin anbarlarının tikintisinə investisiyaların artırıldığını elan edib. Bu gün şirkətin müştəriləri və tərəfdaşları üçün qabaqcıl dəstək proqramı, həmçinin “Lenovo 360” platforması mövcuddur.
Daha geniş məlumat əldə etmək üçün sayta daxil olun.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri