Previous Next
Bağla

Lütfi Zadə “İnformasiya texnologiyaları problemləri” jurnalının fəxri baş redaktoru seçilib

23-06-2015 19:45
Lütfi Zadə “İnformasiya texnologiyaları problemləri” jurnalının fəxri baş redaktoru seçilib

Dünya şöhrətli azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniyanın Berkli Universitetinin professoru, AMEA-nın fəxri üzvü Lütfi Zadə AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının fəxri baş redaktoru seçilmişdir.

Xeberler.az məlumat verir ki, Lütfi Zadə bir neçə fundamental elmi nəzəriyyə təklif edib. Lütfi Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş bir elmi nəzəriyyədir.

Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

Lütfi Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.

Alimin “Soft Computing” nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçıxarma paradiqmlərinin intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiyaların əsasını təşkil edir.

Onun təəssürat nəzəriyyəsi dəqiq ölçmə aparmadan ətraf aləm haqqında tez və dolğun informasiya əldə etmək imkanı verir. Bu nəzəriyyənin məqsədi insanda mövcuda oxşar süni təəssürat sistemini yaratmağın prinsip və üsullarını təqdim etməkdir.

Qeyri-səlis məntiq, idarəetmə və soft computing sahəsində onlarla beynəlxalq jurnalın elmi redaktoru və ya redaksiya heyətinin üzvü olan Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən biri hesab olunur. Xarici mətbuatın məlumatına görə, onun 174 məqaləsinə 82820-dən çox istinad qeydə alınıb.

Hazırda Berkli şəhərində İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu fəaliyyət göstərir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NRYTN-nin əməkdaşları görkəmli alim Lütfi Zadəni yad ediblər

04-02-2021

Lütfi Zadənin 95 yaşı tamam olur

04-02-2016

Lütfi Zadənin xatirəsinə həsr olunmuş elmi seminar keçirilib

30-11-2017

Azərbaycanlı alim Lütfi Zadənin vəfatından 8 il ötür

06-09-2025

Dünya şöhrətli alim Lütfi Zadənin doğum günüdür

04-02-2018

Dünya şöhrətli alim Lütfi Zadə RYTN-nə məktub göndərib

04-06-2016

Bu gün dünya şöhrətli alim Lütfi Zadənin anım günüdür

06-09-2019

Dünya şöhrətli azərbaycanlı alim vəfat edib

07-09-2017

“Ağıllı qurğuların əsasında Lütfi Zadə nəzəriyyəsi dayanır”

03-10-2017

Dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasından 105 il keçir

04-02-2026

Lütfi Zadə I Fəxri xiyabanda dəfn edilib

29-09-2017

NRYTN Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirib

25-06-2021

“Lütfi Zadənin dünya iqtisadiyyatı və elminin inkişafına töhfələri” mövzusunda konfrans keçirilib

12-04-2021

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Bakıya təşrif buyurub

10-11-2008

Lütfi Zadənin 100 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılacaq

04-02-2021

Nizami Gəncəvi adına Qızıl Medal Lütfi Zadəyə təqdim edilib

09-09-2016

Lütfi Zadənin 100 illiyinə həsr edilən “Tətbiqi Elm Həftəsi”nin açılışı olub

03-02-2021

Rasim Əliquliyev: “Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”

03-02-2022

Dünyanın nüfuzlu texnologiya jurnalı azərbaycanlı alimdən yazıb

25-11-2022

Lütfi Zadənin 100 illiyinə həsr olunmuş beynəlxalq nəşr təqdim edilib

08-03-2021

Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

26-02-2020

Lütfi Zadə ilə vida mərasimi keçiriləcək

27-09-2017

Dünya səviyyəli ekspertlər ölkəmizə gəlir – Qlobal texnologiya tədbirlərindən biri ilk dəfə Bakıda!

22-09-2024

Dünya daha bir məşhur alimi itirdi

14-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə