Mərkəzi Bank tərəfindən xüsusi tənzimləmə rejimi (sandbox) çərçivəsində fəaliyyətin təşkili və idarə olunması üzrə proseslər davam etdirilir. Xüsusi tənzimləmə rejiminin ikinci qəbul dövrü üzrə innovativ məhsulların sınaqdan keçirilməsi məqsədilə daxil olmuş 14 müraciətin qiymətləndirilməsi başa çatdırılıb.
Xeberler.az bildirir ki, qiymətləndirmə nəticəsində müraciətlər arasından 4 innovativ məhsul xüsusi tənzimləmə rejimində, məhdud şərtlərlə sınaqdan keçirilmək üçün uyğun hesab edilib.
Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçiriləcək məhsullar bunlardır:
“ABB” ASC tərəfindən təqdim edilən “İslam bankçılığı” çərçivəsində Murabaha məhsulu
“Rabitəbank” ASC tərəfindən təqdim edilən “İslam bankçılığı” çərçivəsində Mudaraba və Murabaha məhsulları
“PAŞA Sığorta” ASC tərəfindən təqdim edilən “Könüllü sığorta məhsullarının hədiyyə vauçerləri vasitəsilə əldə olunması” məhsulu
“BİTAZN” MMC tərəfindən təqdim edilən “BİTAZN kriptovalyuta birjası” məhsulu
Qeyd olunan məhsulların məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, xüsusi tənzimləmə rejimi innovativ maliyyə xidmət və məhsullarının bazara çıxarılmasına, ölkədə maliyyə inklüzivliyinin artırılmasına, eləcə də maliyyə xidmətlərinin istifadəçilər üçün təhlükəsizliyinin və əlçatanlığının yüksəldilməsinə xidmət edir.
Xüsusi tənzimləmə rejimi və sınaqdan keçiriləcək məhsullar barədə daha ətraflı məlumatla Mərkəzi Bankın rəsmi sandbox reyestrində tanış olmaq mümkündür.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları