"Mastercard" "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) ilə əməkdaşlıq çərçivəsində iqlim dəyişikliyinə qarşı mübarizə üçün innovativ fintex həlləri kəşf etmək məqsədilə keçirilən “Sandbox as a Service” platforması üzrə virtual hakatonu uğurla başa vurub Hakatonda regionun 8 aparıcı fintex startapı iştirak edib və dayanıqlı inkişafı dəstəkləmək və karbon emissiyalarını azaltmaq üçün məhsulları canlı təqdim ediblər.
Xeberler.az məlumat verir ki, hakatonda ümumilikdə 50-dən çox regional və yerli fintex həlləri dəyərləndirilib. Finalçılar Azərbaycan bazarında fəaliyyət göstərə bilmək qabiliyyəti, banklarla inteqrasiya üçün hazır canlı məhsullar təqdim etmək və dayanıqlılıq mövzusuna uyğun olmaq kimi meyarlara əsasən seçilib.
Final günündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, ABB, eləcə də "Kapital Bank" və "PAŞA Bank" ASC-lər, "Mastercard" və "Sabah Hub"ı təmsil edən altı ekspertə iştirakçılar tərəfindən məhsul təqdimatları keçirilib. Ekspertlər təqdim edilmiş həlləri “Sandbox as a Service” platformasında banklar, innovasiya və istifadəçi təcrübəsi üçün aktuallıq baxımından dəyərləndirib.
Dayanıqlılıq üzrə hakatonunun qalibləri aşağıdakılar olub:
•1-ci yer – CARBONEMIT
• 2-ci yer – BESO
• 3-cü yer – FARADAI
Birinci yerə çıxan CARBONEMIT startapı ABB-dən inkişafını genişləndirmək üçün 10 000 ABŞ dolları və "Mastercard Sandbox as a Service” platformasına tam giriş imkanı əldə edəcək. İkinci və üçüncü yerin sahibləri isə platformaya fərdi giriş hüququ və əlavə Mastercard üstünlükləri ilə mükafatlandırılacaqlar.
Bu komandalar iqlim problemlərinin həlli üzrə qabaqcıl yanaşmalar və banklar, həmçinin maliyyə institutları üçün praktik tətbiqlər təklif etməklə münsiflərdən yüksək qiymət alıb.
Mastercard dayanıqlı innovasiyaları dəstəkləməyə, ətraf mühitə qarşı məsuliyyəti təşviq etməyə və daha yaşıl gələcəyə töhfə verən fintex həllərini dəstəkləmək öhdəliyinə sadiqdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri