“Mətbuat Şurası internet mediaya müdaxilə etməyəcək”

26-02-2013 / 09:30

“Mətbuat Şurası internet mediaya müdaxilə etmək niyyətində deyil”. Bu sözləri Editor.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı söyləyib.

Xatırladaq ki, Mətbuat Şurası yanında internet resursları üzrə komissiya fəaliyyətə başlayıb. Şuranın sədri Əflatun Amaşovun verdiyi açıqlamaya görə, internet xəbər portallarının fəaliyyətinin kordinasiya edilməsi, onlara qarşı yönələn haker hücumlarının aradan qaldırılması, daxil olan şikayətlərin araşdırılması məqsədilə yaradılan komissiya yaxın gələcəkdə öz sıralarını genişləndirəcək. Bu arada bəzi xəbər portalları rəhbərləri isə komissiyanın internet medianın fəaliyyətinə müdaxilə edəcəyi, onları neytrallaşdırmağa çalışacağı ilə bağlı iddialar səsləndirilər.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirdi ki, bu gün ölkədə intenet media resurslarının rolu artır və onların fəaliyyətinə biganə yanaşmaq olmaz: “İnternet xəbər portalları çap mediası olmasa da, kifayət qədər oxucu kontingenti qazanıb. Oxucuların böyük bir qisminin informasiyaya olan tələbatını internet xəbər portalları vasitəsilə ödədiyi bir şəraitdə onların kənarda qalması yolverilməzdir. Bu mənada Mətbuat Şurasının internet portallarla bağlı komissiya yaratması təqdir olunmalıdır. Amma bu o demək deyil ki, Şura onlara qarşı hər hansı təzyiq etməyi nəzərdə tutur. Qətiyyən belə deyil. Hətta deyərdim ki, bu mümkün də deyil. Bütün dünyada olduğu kimi, Azərbaycanda da internet azaddır və bu sahəyə müdaxilədən söhbət belə gedə bilməz. Digər tərəfdən internet mediada da reketçilik edən, insanları təhdid edən saytlar fəaliyyət göstərir ki, onların ictimai qınağa çəkilməsi zəruridir. İnanıram ki, Mətbuat Şurası yanında internet resursları üzrə komissiya internet xəbər portallarının qarşısında yeni imkanlar açacaq”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə