Previous Next
Bağla

Milli Net-in “Mobil tətbiqlər” nominasiyasında yer tutan saytlar

11-12-2015 11:54
Milli Net-in “Mobil tətbiqlər” nominasiyasında yer tutan saytlar

Xəbər verdiyimiz kimi, Milli İnternet Mükafatı - Milli Net 2015 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa  çatıb.

Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 299 sayt arasından ən yaxşılar olan 97 sayt Nominant statusu alıb.

Xeberler.az olaraq hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

Ötən yazımızda “Elektron hökumət” nominasiyası üzrə Nominant statusu alan saytlar haqqında məlumat vermişdik.

Bu dəfə isə Milli Net-in “Mobil tətbiqlər” nominasiyası üzrə Nominant statusu alan saytların adlarını təqdim edirik.

Bunlar “Baku City Guide”, “Dino Park İnteraktiv Tədris”, “TUTU”, “Yeni Milyonçu”, “iKeebon wallet”, “MobChannel” saytlarıdır.

İndi isə bu saytlar haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.

Dino Park - Uşaqlar üçün Artırılmış Reallıq (AR) texnologiyası ilə hazırlanmış interaktiv tədris vasitəsidir. Dərsləri və yeni məlumatları yalnız oxumaqla deyil, həm də 3D animasiyalar və səsli multimedia vasitəsi ilə daha rahat və daha maraqlı öyrənmək olar. Bunun üçün verilən linkə klikləməklə verilən markeri yükləyib çap etmək kifayətdir.

MobChannel - Mobil informasiya aqqreqatoru MobChannel istifadəçilərə axtarış etmədən məlumat əldə etmə imkanı verir. MobChannel insanların vaxt itkisinin qarşısını almaq üçün yaradımış unikal vasitədir. 15 kanaldan (Xəbər, Kino, Avtomobil, Daşınmaz əmlak, Turizm, Vakansiya və s.) ibarət platforma istifadəçilərə lazım olan məlumatları axtarmadan tapmalarını təmin edir.

iKeebon - Xərcim.az layihəsi hazırda bazarda mövcud olan bütün endirim, bonus, kupon və ümumilikdə loyallıq sistemlərini bir yerdə toplayaraq, həmin sistemlər, istifadəçilərə verdiyi üstünlüklər, qənaət etmə yolları və onların partnyorları haqqında məlumat bazasından ibarət mobil tətbiq və proqram təminatıdır.

TUTU - tətbiqetməsi artırılmış Reallıq texnologiyası ilə ilk interaktiv 3D boyama kitabıdır. Tətbiqetmə uşaqlarda rəngləmə və diqqət bacarıqlarını artırır, həmçinin onların emosional inkişafını təmin edir. "TUTU Color Book" kitabını TUTU tətbiqetməsindən və ya saytından yükləyə bilərsiniz.

Baku City Guide - Bakıya gələn turistlər üçün hazırlanmış proqramdır. Proqramda əccnəbilər üçün Bakıdakı yollar, aeroport, naviqator sistemi haqqında məlumat verilib. Xarici qonaqlar bu mobil tətbiqdən asanlıqla istifadə edə bilər.

Milyonçu - Həm əyləncə üçün, həm də yeni məlumatlar öyrənmək üçün Milyonçu illərlə bir çox televiziya kanallarında izlənən Milyonçu oyununun Android platforması üçün hazırlanan qeyri-rəsmi versiyasıdır.

Qeyd edək ki istifadəçilər və maraqlananlar bu saytlar haqında fikirlərini və rəylərini millinet.az  saytında şərhlər bölməsində yaza bilərlər.

Digər nominasiyalarda olan Nominantlar haqqında növbəti yazılarımızda məlumat verəcəyik.

 

Ruhəngiz Muradova

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Net-də Nominant statusu alan növbəti saytlar

14-12-2015

Milli Net-də Nominant statusu alan növbəti saytlar

15-12-2015

Milli Net-də Nominant statusu alan növbəti saytlar

12-12-2015

Milli Net 2015 Nominantlarını tanıyaq

04-12-2015

Milli Net-də Nominant statusu alan növbəti saytlar

08-12-2015

Milli Net-də Nominant statusu alan ictimai-sosial saytlar

17-12-2015

Milli Net-in “Elektron hökumət” nominasiyasında yer tutan saytlar

10-12-2015

Milli Net-də Nominant statusu alan “Bloqlar”

07-12-2015

Milli Net 2015 Nominantları hansılardır?

05-12-2015

Milli Net-in “Elm və təhsil” nominasiyasında yer tutan saytlar

09-12-2015

MilliNet 2016 Nominantları hansı saytlardır?

16-12-2016

MilliNet-də Nominant statusu alan bloqlar

13-12-2016

MilliNet-də Nominant statusu alan növbəti saytlar

15-12-2016

Milli Net 2015 Nominantları ilə tanış olaq

06-12-2015

Milli Net 2015 Nominantları hansı saytlardır?

03-12-2015

MilliNet-də Nominant statusu alan növbəti saytlar

16-12-2016

Milli Net-də Nominant statusu alan Facebook səhifələri

16-12-2015

MilliNet 2016-da Nominant statusu alan mobil tətbiqlər

18-12-2016

3D animasiyalı tədris vasitəsi

01-11-2015

MilliNet 2016-nın Nominantlarını tanıyaq

12-12-2016

MilliNet 2017 Nominantları hansı saytlardır?

11-12-2017

MilliNet-in yekun təqdimat mərasiminə hazırlıqlar davam edir

16-12-2016

MilliNet-də Nominant statusu alan növbəti saytlar

09-12-2017

“Milli Net 2013” Nominantları seçilib

04-12-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə