Xəbər verdiyimiz kimi, Milli İnternet Mükafatı - Milli Net 2015 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb.
Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 299 sayt arasından ən yaxşılar olan 97 sayt Nominant statusu alıb.
Xeberler.az olaraq hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.
Ötən yazımızda “Elm və təhsil” nominasiyası üzrə Nominant statusu alan saytlar haqqında məlumat vermişdik.
Bu dəfə isə Milli Net-in “Elektron hökumət” nominasiyası üzrə Nominant statusu alan saytların adlarını təqdim edirik.
Bunlar “Scfwca.gov.az”, “Stat.gov.az”, “Mct.gov.az”, “Health.gov.az“, “E-fhn.gov.az”, “Taxes.gov.az” saytlarıdır.
İndi isə bu saytlar haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.
Scfwca.gov.az - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsidir. Ailə, qadın və uşaq problemləri ilə iş istiqamətində həyata keçirilən məsələlərlə saytda tanış ola bilərsiniz. Buna müvafiq olaraq saytda hər üç istiqamətdə maarifləndirmə və yardım tədbirləri həyata keçirilir.
e-fhn.gov.az - “Elektron xidmətlər” portalı - müasir informasiya texnologiyalarından istifadə etməklə Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə informasiya əldə etməyə və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Ölkə ərazisində baş verən fövqəladə hadisələrlə bağlı xəbərləri buradan izləyə bilərsiniz.
Stat.gov.az - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsidir. Statistik nəşrlərin onlayn satışı, statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi, electron xidmətlər üzrə inzibati reqlamentlər və s. haqqında məlumatları saytdan izləyə bilərsiniz.
health.gov.az - Səhiyyə Nazirliyinin rəsmi internet saytıdır. Qurum, onun fəaliyyəti, səhiyyə sistemi, səhiyyə müəssisələri, tibbi elektron xidmətlər, tibb sahəsində baş verən texnoloji yenilikləri saytdan izləyə bilərsiniz.
Taxes.gov.az - Azərbaycan Respublikasında vergilərlə bağlı istənilən məlumatı əldə etmək üçün virtual ünvandır. Vergi sistemində tətbiq olunan elektron xidmətlər haqqında saytdan informasiya əldə etmək mümkündür. Burada istifadəçilərin suallarını onlayn cavablandırma xidməti fəaliyyət göstərir.
Mct.gov.az - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytıdır. Mədəniyyət və turizm sahəsi ilə bağlı elektron xidmətlər, onlayn bilet satışı, elektron kitabxana proqramları və s. haqqında məlumatları saytdan oxuya bilərsiniz.
Qeyd edək ki istifadəçilər və maraqlananlar bu saytlar haqında fikirlərini və rəylərini millinet.az saytında şərhlər bölməsində yaza bilərlər.
Digər nominasiyalarda olan Nominantlar haqqında növbəti yazılarımızda məlumat verəcəyik.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri