Mobil ödənişi daha asan necə edək?-Müsahibə

05-10-2017 / 15:43

Onlayn alış-veriş artıq həyatımızın bir hissəsinə çevrilib. Belə ki,  hər gün internet texnologiyalarından istifadə  edərək yerli və xarici saytlardan məhsul və xidmətlər alırıq.

Bu gün mobil cihazlar onlayn alış-verişdə əhəmiyyətli rol oynayır. Mobil cihazların fərdi kompüterlərə nisbətən  daha az çevik olması və tələb edilən məlumatların hər dəfə təkrarlanması isə müzakirə edilən məsələdir.

Əksər vaxt istifadəçilər daha asan mobil ödəniş etməyin yollarını axtarır.

Bunları nəzərə alaraq sabah ADA Universitetində mobil ödəniləşlərlə bağlı geniş tədbir keçiriləcək.

Tədbirdə İT sektorundan yaxın tandığımız, Cənubi Koreyada Samsung Electronics şirkətinin baş ofisində veb platformalar qrupunda mühəndis (proqram təminatı üzrə) olaraq çalışan həmyerlimiz Adil Əliyev iştirakçılara mobil ödəmə texnologiyaları barədə ətraflı məlumat verəcək.

Xeberler.az olaraq tədbir ilə bağlı Adil Əliyevlə söhbət etdik.

Müsahibəni təqdim edirik:

Adil, yəqin ki, dünyada bu trendin inkişafını nəzərə alaraq belə tədbir keçirmək qərarına gəlibsiniz…

- Ödəmə üsulu və ödəniş formaları göndərmə üsulu, göndərmə kartı detalları və ya onların birləşmələri kimi hər hansı bir məlumatı tələb etdikdə hər zaman doldurulmaq çətindir. Payment Request API pulsuz və asan istifadə, Bu seminarda Payment Request API-nı necə tətbiq etmək barədə məlumat veriləcək. Payment Request API standartının 2017-ci ilin sonu və ya 2018-ci ilin əvvəllərində W3C tərəfindən təsdiqlənməsi gözlənilir. Bəzi şirkətlər artıq onun realizasiyası üzrə eksperementlər etməkdədir. Bu tədbirdə də elə bu standart və onun səmərəsi barədə, onun texniki olaraq reallaşdırılması barədə söhbət açacağıq. Əsas məqsəd iştirakçılara bu barədə məlumat vermək və praktiki olaraq birgə bu texnologiya üzrə eksperementlər etmək, bu barədə müzakirə aparmaqdır.

-Dünyada bu sahəyə maraq necədir, hansı problemlər müşahidə edili?

- Bəzi ölkələrdə yerli şirkətlər müxtəlif formalarda oxşar təcrübələr edirlər. Məsələn, Koreyada, Hindistanda, Çində və s. ölkələrdə yerli banklarla çalışan müxtəlif texnologiyalar və proqram vasitələri var ki, tam eyni olmasa da bir qədər oxşar prinsiplər əsasında çalışır və ödəniş proseslərini sadələşdirir. Eyni zamanda PayPal, Visa Checkout və s. kimi sistemlər də bir qədər ödəniş prosesini asanlaşdırmaq və təhlükəsizlik risklərini öz üzərlərinə götürmək kimi xidmətlər göstərirlər. Amma bunlar ayrı-ayrı həllərdir. Payment Request APİ isə bütün dünya üçün standart və vahid bir üsul tətbiq etməyi təklif edir. Bəzi onlayn  xidmətlər artıq öz istifadəçilərinə bu texnologiyadan istifadə imkanını test mərhələsində təqdim edir. Google Chrome və Samsung İnternet brauzerləri də mobil telefonlarda bu texnologiyadan yararlanmağa imkan verir. Yaxın gələcəkdə digər brauzerlərdə də bu funksionallığın olması gözlənilir.

 -Tədbirin iştirakçılara hansı faydası olacaq?

-Tədbirdə Payment Request APİ texnologiyası ilə bağlı ilkin məlumatlar veriləcək, onun faydaları haqqında bəhs ediləcək. Növbəti gün isə iştirakçılarla praktiki olaraq kiçik seminar olacaq. Bu seminarda biz iştirakçılarla birgə öz kiçik onlayn ödəniş xidmətimizin prototipini düzəldəcək və Payment Request APİ texnologiyasını tətbiq edəcəyik. İştirakçılar ümumi məlumatla yanaşı,  praktiki olaraq bu texnologiyadan istifadə etməklə öz proqram təminatlarını yaratmağı öyrənəcək.

Məltəm Talıbzadə

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə