Heç bir fiziki güc tələb etmədən çalışan kürsü

08-07-2009 / 17:21

Toyota Şirkəti yalnız beyin gücü ilə hərəkət edən ilk təkərli kürsü istehsal edib. Kürsü heç bir fiziki hərəkət tələb etmir. Xüsusilə iflic xəstələr üçün nəzərdə tutulub.

Təkərli kürsüdən istifadə etməzdən əvvəl onu müxtəlif naqillərin  köməkliyilə istifadəçinin  başına bağlayırlar. Başdakı qəbuledicilərin köməyi ilə kürsü xəstənin nə etmək istədiyini başa düşür və o istiqamətdə avtomatik hərəkət etməyə başlayır.

Alimləri narahat edən məsələ isə kürsünü dayandırmağın bir az çətin olmasıdır. Belə ki, xəstə kürsünü dayandırmaq üçün çənəsi ilə kiçik bir hərəkət etməlidir. Alimlər yalnız tamamilə beyin dalğalarının köməyi ilə hərəkət edən vasitə üzərində hələ də işləyirlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə