İnformasiya almaq və yaymaq hüququ ilə bağlı seminar keçirilib

20-05-2010 / 07:15

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi “İnformasiya almaq və yaymaq hüququnu məhdudlaşdıran qanunvericilik aktları barədə jurnalistlərin məlumatlandırılması” layihəsi çərçivəsində Mətbuat Şurasının konfrans zalında seminar keçirib.

JuHİ sədri Müşfiq Ələsgərli öncə layihənin həyata keçirilməsini zəruri edən səbəblər barədə danışıb.

Müşfiq Ələsgərov deyib ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin (KİV) fəaliyyəti, jurnalistlərin sərbəst şəkildə informasiya toplaması və yayması üçün mükəmməl qanunvericilik bazası yaradılsa da, ölkədə informasiya əldə edilməsi və yayılması yönündə problemlər, məhkəmə çəkişmələri kimi hallar hələ də yüksək rəqəmlərlə ifadə olunur. KİV-lə bağlı məhkəmə proseslərinin monitorinqini, Azərbaycan Mətbuat Şurasının açıqlamalarını diqqətə almaq kifayətdir ki, bu sahədə ciddi problemlərin olması faktı öz təsdiqini tapmış olsun. Təhlillər göstərir ki, bu cür halların baş verməsinin səbəblərindən biri də jurnalistlərin, informasiya əldə etmək və yaymaq hüququnu bəzi məqamlarda məhdudlaşdıran qanunlardan və kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi barədə qanunvericilik aktlarından yetərincə məlumatlı olmamaları ilə bağlıdır.

Onun sözlərinə görə, ölkə jurnalistləri öz fəaliyyətlərində əsas mənbə olaraq “Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanunu”na istinad edirlər ki, burada da informasiya almaq hüququnun məhdudlaşdırıldığı məqamlar barədə yalnız ümumi məlumatlar verilir. KİV haqqında qanunundan başqa, “Dövlət sirri haqqında”, “İstintaq sirri haqqında”, “Əməliyyat axtarış fəaliyyəti haqqında”, “Kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti haqqında”, “İnformasiya əldə etmək haqqında” və sair qanunlarda jurnalistlərin informasiya almaq və yaymaq hüquqlarının hansı məqamlarda məhdudlaşdırılması barədə yetərincə əsaslandırılmış məlumatlar verilir: “Bu layihə informasiya əldə etmək və yaymaq hüququnu məhdudlaşdıran qanunvericilik aktları barədə ayrı-ayrı hüquqi sənədlərdə əks olunmuş maddələri ümumiləşdirib aparıcı KİV təmsilçilərinə sistemli bilgilər vermək məqsədi daşıyır.”

Hüquqşünas Ələsgər Məmmədli ayrı-ayrı qanunvericilik aktlarında informasiya almaq və yaymaq yönündə mövcud olan müddəalar arasında məntiqi bağlılıq barədə məlumat verib.
Tədbir jurnalistlərin fikir və mülahizələrinin dinlənilməsi ilə davam edir.

mənbə: LENT.AZ



ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə