Multimedia Mərkəzi tərəfindən 04 noyabr 2011 – ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində “Elektron xidmətlərə keçid: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək.
Tədbirdə dövlət xidmətlərinin elektron formada təqdim edilməsi sahəsində mövcud vəziyyət ətrafında müzakirələr aparılacaq və Multimedia Mərkəzinin bu istiqamətdə hazırladığı Təkliflər müzakirə olunacaq. Hansı xidmətlərin elektron formada təqdim edilməsinin zəruriliyi, vahid Portala verilən tələblər, vətəndaş –hökumət münasibətlərinin effektiv qurulmasında elektron xidmətlərin əhəmiyyəti ilə bağlı maraqlı tərəflərin iştirakı ilə diskussiya aparılacaq.
Dəyirmi Masada həmçinin Prezidentin 23 may 2011-ci il tarixli Elektron xidmətlərin təşkili ilə bağlı Sərəncamında nəzərdə tutulanların gerçəkləşməsi istiqamətində vətəndaş cəmiyyətinin rolu ilə bağlı müzakirələr aparılacaq.
Müzakirələrin yekununda əldə olunan Təkliflər ümumiləşdirilərək hökumətə təqdim olunacaq.
Dəyirmi Masada dövlət orqanlarının, vətəndaş cəmiyyəti subyektlərinin, beynəlxalq təşkilatların və media qurumları nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Günel/Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri