“İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsi çərçivəsində Jurnalistlər üçün keçirilən Treninqlər başa çatıb

29-12-2011 / 11:58
“İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə keçirilən 5 günlük Treninqlər başa çatıb. Treninqdə  jurnalist tələbələr və müxtəlif KİV-lərdə  çalışan jurnalistlər iştirak edib.

 “Amerika - Azərbaycan Təhsil Mərkəzində” təşkil olunan 5 günlük Treninqlərdə iştirakçılara “İnternetdə axtarış. Kataloqlar. Vikipedia. İnformasiya mübadiləsi proqramları”, “Jurnalistlər üçün internet resurslar. Beynəlxalq jurnalist resursları”, “Media hüququ. İnformasiya azadlığı və yeni texnologiyaların bu sahədə rolu”, “Elektron hökumət.  Elektron xidmətlər”, “Mobil internet. Mobil resurslardan effektiv istifadə qaydaları. Mobil texnologiyalardan jurnalistikada istifadə. Mobil təhlükəsizlik”, “Viruslar və antiviruslar. Viruslardan və haker hücumlarından müdafiə üsulları. Spamlarla mübarizə. Anticasus proqramlardan istifadə”, “Kompüterlərdə və internetdə təhlükəsizlik. Kibercinayərkarlıq”, “Jurnalistin əqli mülkiyyət haqqı. Müəllif hüquqları” mövzularında təlimlər keçirilib.

Təlimlərin keçirilməsində  Sahil İT şirkətinin direktoru Vahid Qasımov, Ekspert Azər Həsrət,  yeni media mütəxəssisləri Azər Nəzərov, İlqar Mirzə və Şaiq Muradov, Milli Məclisin əməkdaşı, ekspert Rəşad Əzizov, Müəllif  hüquqları sahəsində ekspert İsmayıl Əhmədov, media eksperti , hüquqşünas Ələsgər Məmmədli, RİTN-in İnformasiya Cəmiyyətinin İnkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev, Mobil texnologiyalar üzrə ekspert Rəşad Əliyev və  İT mütəxəssis  Rəşad Əliyev, Multimedia Mərkəzinin direktoru Osman Gündüz iştirak ediblər və jurnalistlərin suallarını cavablandırıblar.

Hazırda adı çəkilən Layihə çərçivəsində informasiya cəmiyyəti  sahəsində yazan ən yaxşı jurnalistlərin müsabiqəsi davam edir. Jurnalistlər və bloggerlər 2012-ci ilin yanvar ayının sonunadək ölkədə İnformasiya Cəmiyyətinin formalaşması ilə əlaqəli yazılarını təqdim edə bilərlər. Növbəti ilin fevral ayında Müsabiqəyə yekun vurulması, Qaliblərin qiymətli hədiyyələrlə və diplomlarla təltif edilməsi nəzərdə tutulub. Həmçinin Təlimləri uğurla başa vuranlara Sertifikatlar təqdim olunacaq.

Əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan “İnformasiya Cəmiyyətinin Jurnalisti” RİTN, ULTRA şirkəti və Multimedia Mərkəzinin birgə iştirakı ilə gerçəkləşdirilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə