AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014 / 10:38
Ölkə səviyyəsində İKT-yə böyük diqqət, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aparılan islahatlar  “Elektron Azərbaycan”ın tərkib hissəsi kimi elektron elmin formalaşması və inkişafına zəmin yaradıb.
 
Bu gün AMEA-da e-elmin elmi-nəzəri əsasları tədqiq olunur, onun şəbəkə platforması olan “AzScienceNet” elm kompüter şəbəkəsinin infrastrukturu inkişaf etdirilir, elmi qurumların beynəlxalq elmi şəbəkələrlə inteqrasiyası işləri davam etdirilir.
 
 
Bu barədə AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncağında məlumat verib.
 
AMEA rəsmisi qeyd edib ki, 2013-cü ilin ölkədə “İKT ili” elan olunması ilə əlaqədar Elmlər Akademiyasında kompleks tədbirlər həyata keçirilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə 36 km-ə yaxın fiber-optik kabel çəkilib və bunun da nəticəsində elmi müəssisələrin 88%-nin fiber-optik xətlər vasitəsilə internetə qoşulması təmin edilib:
 
“İKT ili çərçivəsində Rəyasət Heyətinin informasiyalaşdırılması istiqamətində də zəruri işlər görülüb: əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb. Əvvəlki ildə isə bu göstərici 37 faiz təşkil edirdi”. (ICTnews)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə