Instagram və Vine-nın həyatımıza daxil olması ilə hamımız telefonlarımız vasitəsilə daha çox video çəkməyə və paylaşmağa başladıq. Bu tətbiqlərin ən əhəmiyyətli düsturlarını təbii ki, gündəmdəki hadisələr ilə əlaqədar videolar çəkilməsi təşkil edir.
Bu günə qədər sürətlə yüksələn Instagram və Vine hesablarında görürük ki, bu videoları çəkən şəxslər animasiya, fantastika və video tənzimləmə baxımından olduqca qabiliyyətlidir. Gündəmdəki məşhur replikaların dublajının edilməsi və lip-sync kimi işlər ən çox sevilən videolar arasında olmağı bacardı.
AppStore-da hər zaman ən çox axtarılanlar siyahısında olan dublaj tətbiqləri Instagram və Vine istifadəçilərinə bu tərz dublaj video məzmunları düzəldə bilmək üçün bir vasitə təqdim edir. Beləcə, heç bir video tənzimləmə vasitəsinə ehtiyac qalmadan öz dublaj videolarınızı paylaşa bilərsiniz.
Daha çox istifadə olunan iki dublyaj proqrqamına nəzər salaq.
Dubblaj
2012-ci ildə yaradılan və FreshApps LLC tərəfindən təqdim olunan Dubblaj.com tətbiqində zəngin bir yerli kitabxana var. Davamlı olaraq yeni səslərin də əlavə olunduğu Dubblaj tətbiqinin həm iOS, həm də Android versiyası ödənişsiz olaraq yüklənilə bilir.
Dubsmash
Dubsmash Berlin mərkəzli Mobile Motion GmbH tərəfindən inkişaf etdirilən bir dublaj proqramıdır. Dubsmash-ın xarici səs kitabxanasının Dubblaj.com-a nəzərən bir az daha geniş olduğunu söyləyə bilərik.
Sevil Rəsulzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri