“Moody’s”: Onlayn ödəmə platformalarının çoxalması depozitləri bahalaşdırır

15-10-2020 / 19:48

Ənənəvi banklarla onlayn ödəmə platformları və elektron portmanatlarının rəqabəti getdikcə artaraq bankların müştəri cəlb etməsini çətinləşdirəcək.

Xeberler.az bildirir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyi tərəfindən “Qlobal rəqəmsallaşma pərakəndə ödəmələrdə ənənəvi bankların üstün mövqeyini sual altına qoyur” adlı hesabatda bildirilir.

Hesabata görə, onlayn alış-veriş mərkəzlərində elektron portmanatlar vasitəsilə ödənişlərin payı 2015-ci ildə 30 faizdirsə, 2019-cu ildə 40 faizə çatıb, 2023-cü ilədək isə 50 faizi keçə bilər. Hazırda daha çox Asiya ölkələrində geniş istifadə olunan bu cür ödənişlərin yaxın gələcəkdə Avropa və ABŞ-da da geniş intişar tapacağı güman edilir.

Belə ki, əvvəllər banklar pərakəndə ödəmələr həyata keçirməklə müştəri cəlb edərək onlara kredit və digər maliyyə məhsulları təklif edirdisə, bundan belə vəziyyət dəyişə bilər. Çünki məsələn, İKT-nin inkişafı, qaydaların yumşalması sayəsində fərdi hesabları bir bankdan o birisinə, o cümlədən onlayn banklara köçürmək daha da asanlaşıb. Belədə banklar müştəri cəlb etmək üçün yeni yollar axtarmalıdır. Belə vasitələr arasında depozit faizlərinin artırılması göstərilir.

Bundan əlavə, bir çox bankların başlıca gəlir mənbəyi olan pərakəndə ödənişlərin payı da azalacaq. Belə ki, banklar və onlayn platformlar vasitəsilə elektron ödənişlər hələ də yayılsa da, onlarda ənənəvi bankların xüsusi çəkisi azalmağa doğru gedir. Bu rəqabətə tab gətirmək üçün ənənəvi banklar daha az faiz tətbiq edərək eyni zamanda müasir İKT-yə yatırımlarını artıraraq son nəticədə birləşməyə də üz tuta bilərlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə