Nar: “Devalivasiyadan sonra heç bir qiymət dəyişikliyi olmayıb”

28-12-2015 / 23:30

Nar mobil operatoru 26.12.15 tarixində bəzi saytlarda gedən “Böhran “Nar”ı da vurdu? – Kampaniyalar dayandı, dələduzluq artdı ” başlıqlı məqalə ilə bağlı rəsmi açıqlama yayıb.

 Xeberler.az  bildirir ki, həmin açıqlamada qeyd edilib ki, Nar mobil operatorunun tarif və kampaniyalarında devalvasiya sonrasnda hər hansı bir qiymət dəyişikliyi baş verməyib.

Məlumatda deyilir ki, hazırda maliyyə bazarındakı mövcud vəziyyət tərəfimizdən təhlil edilsə də, yaxın zamanlarda hər hansı bir qiymət dəyişikliyi nəzərdə tutulmayıb.

Nar öz abunəçilərinə ölkədəki  ən geniş mobil şəbəkəni sərfəli qiymətlərlə təqdim edən operator olaraq  qalır. Mobil operatorun sərfəli tariflərindən yararlanmaqla, istifadəçilər öz büdcələrinə qənaət etmiş olurlar.

Qeyd edək ki, Nar tərəfindən devalvasiyadan öncə elan edilmiş kampaniyaların istifadə müddətində heç bir azalma və ya məhdudiyyət tətbiq edilməyib.

Əksinə, bir çox kampaniyaların müddəti uzadılıb.  Məsələn, Ailəm paketi daxilində abunəçilərə 4 nömrə arasında pulsuz danışıq imkanı 29 fevral 2016-cı il tarixədək uzadılıb.

 “Ailəm” paketinə daxil olan 4 nömrənin hər birinə 1 AZN ilkin balans və 100 MB internet trafiki hədiyyə edilir.

Bundan əlavə,  yanvarın 15-dək ikitərəfli qaydada bağlı olan Nar nömrələrin yenidən aktivləşdirilməsini nəzərdə tutan “İkiqat bayram” kampaniyası davam edəcək. Kampaniya çərçivəsində 2 AZN-dən 50 AZN-dək ödəniş etmiş abunəçilər balanslarına yüklədikləri puldan əlavə həmin məbləğin 100 faizi  həcmində 7 gün ərzində aktiv olacaq şəbəkədaxili bonus dəqiqələr qazanır.

Mobil operator internet paketlərinin müxtəlifliyi və artımına da böyük həssaslıqla yanaşır.  Öncədən ödənişli Nar abunəçilərinin sərfəli internet istifadəsini təmin edən və dəyəri cəmi 0.10 AZN təşkil edən “Günlük” paketinin həcmi 30 MB-dək artırılıb.

Nar data-nömrəsi, 1 GB gündüz və 1 GB gecə internet trafikinin daxil olduğu yeni “Gigabyte+” paketi sayəsində isə abunəçilər yüksəksürətli internetdən sərfəli qiymətə istifadə edə bilir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə