Previous Next
Bağla

Nazir: “Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir”

23-10-2020 11:30
Nazir: “Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir”

Xeberler.az bildirir ki, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Vyetnamın birgə təşkilatçılığı ilə “ITU Virtual Digital World 2020” beynəlxalq tədbiri çərçivəsində nazirlər səviyyəsində “dəyirmi masa” keçirilib.

BTİ-yə üzv olan çoxsaylı ölkənin İKT üzrə rəsmilərinin qatıldığı videotədbir “COVID-19” pandemiyası zamanı və sonrakı dövrdə rəqəmsal texnologiyaların rolu mövzusunu ehtiva edib.

Tədbir BTİ-nin Baş katibi Houlin Zao, Vyetnamın İnformasiya və Kommunikasiya naziri Nquyen Man Hunq və BTİ-nin Radiorabitə Bürosunun direktoru Mario Manieviçin açılış nitqləri ilə başlayıb.

“COVID-19” pandemiyasının qlobal və milli səviyyədə rəqəmli inkişafa təsirinə dair müzakirələrin aparıldığı “dəyirmi masa”da Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə çıxış edib.

Nazir çıxışında ölkəmizdə “COVID-19”la mübarizə və pandemiyanın təsirini minimuma endirmək üçün görülmüş işlər barədə müfəssəl məlumat verib. Ramin Quluzadə bildirib ki, pandemiya zamanında da vətəndaşlar yüksək keyfiyyətli nəqliyyat, poçt və telekommunikasiya xidmətləri, o cümlədən internet və mobil rabitə xidmətləri ilə təmin edilib. Telekommunikasiya infrastrukturunun davamlılığı tələbata uyğun olaraq artırılıb.

Nazir dövlət qurumları tərəfindən yeni informasiya sistemlərinin yaradıldığını, xüsusi veb-saytlarla yanaşı, vətəndaşlar üçün məlumat-bildiriş sistemi və yoluxmuş insanlar üçün izləmə sistemi olaraq istifadə olunan mobil tətbiqetmənin hazırlandığını diqqətə çatdırıb.

“Pandemiya dövründə təhsil üzrə “Connected schools” və qurumlar üçün videokonfrans xidmətlərinin təmin edilməsi məqsədilə “Connected Government” layihələrinin tətbiqinə başladıq”, – deyə Ramin Quluzadə qeyd edib.

Nazir Azərbaycanın hazırda iki cəbhədə mübarizə apardığını söyləyib: “Pandemiya ilə yanaşı, bütün regionda İKT-nin inkişafına əngəl törədən erməni təxribatlarına və təcavüzlərinə cavab olaraq lazımi addımlar atırıq”.

Ramin Quluzadə əlavə edib ki, Ermənistanın son hərbi təxribatları səbəbindən Azərbaycanın bir neçə bölgəsində İKT və telekommunikasiya infrastrukturu ya tamamilə məhv edilib, ya da ciddi şəkildə ziyan görüb. Son günlər bu təcavüz nəticəsində uşaqlar da daxil olmaqla, Azərbaycanın 63 dinc sakini həlak olub və 293 mülki şəxsi yaralanıb.

Nazir çıxışının sonunda qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti inkişaf strategiyalarını genişləndirmək üçün səylərini davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ramin Quluzadə beynəlxalq tədbirdə Ermənistanın təxribatlarından danışdı

Ramin Quluzadə beynəlxalq tədbirdə Ermənistanın təxribatlarından danışdı

04-10-2020
Ramin Quluzadə Pakistan səfirinə Ermənistanın son hərbi təxribatlardan danışıb

Ramin Quluzadə Pakistan səfirinə Ermənistanın son hərbi təxribatlardan danışıb

30-10-2020
Nazir Rəşad Nəbiyev BTİ-nin Baş katibi  ilə videokonfrans formatında görüşüb

Nazir Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə videokonfrans formatında görüşüb

22-10-2021
Ramin Quluzadə Özbəkistan səfiri ilə görüşüb

Ramin Quluzadə Özbəkistan səfiri ilə görüşüb

13-10-2020
Nazir İran səfirinə Ermənistanın təcavüzkar siyasətindən danışıb

Nazir İran səfirinə Ermənistanın təcavüzkar siyasətindən danışıb

23-10-2020
Nazir Ramin Quluzadə ikitərəfli görüşlər keçirib

Nazir Ramin Quluzadə ikitərəfli görüşlər keçirib

04-12-2019
Beynəlxalq Telekommunikasiya İttifaqına yeni Baş katib seçilib

Beynəlxalq Telekommunikasiya İttifaqına yeni Baş katib seçilib

02-11-2018
Ramin Quluzadə Yaponiyanın yeni səfirinə Ermənistanın təxribatları barədə danışıb

Ramin Quluzadə Yaponiyanın yeni səfirinə Ermənistanın təxribatları barədə danışıb

16-10-2020
“İKT-dən istifadə zamanı etimad və təhlükəsizlik” adlı virtual sessiya keçirilib

“İKT-dən istifadə zamanı etimad və təhlükəsizlik” adlı virtual sessiya keçirilib

24-07-2020
Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

01-12-2020
Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının baş  katibi ilə görüşüb

Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

08-09-2020
Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

22-02-2019
Nazir: Ermənistan bölgədə innovasiyaların inkişafına mane olur

Nazir: Ermənistan bölgədə innovasiyaların inkişafına mane olur

03-11-2020
Azərbaycan beynəlxalq İKT sərgidə təmsil olunur

Azərbaycan beynəlxalq İKT sərgidə təmsil olunur

25-09-2017
Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının konfransında çıxış edib

Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının konfransında çıxış edib

01-11-2018
NRYTN ilə “Cisco” şirkəti arasında videokonfrans keçirilib

NRYTN ilə “Cisco” şirkəti arasında videokonfrans keçirilib

13-05-2020
Ramin Quluzadə GUAM-ın nəqliyyat sahəsi üzrə onlayn iclasında iştirak edib

Ramin Quluzadə GUAM-ın nəqliyyat sahəsi üzrə onlayn iclasında iştirak edib

08-12-2020
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransında təmsil olunur

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransında təmsil olunur

29-10-2018
“World Net Summit” beynəlxalq onlayn konfransı təşkil edilib

“World Net Summit” beynəlxalq onlayn konfransı təşkil edilib

18-12-2020
Nazirlik BTİ-nin sertifikatına və gümüş medala layiq görülüb

Nazirlik BTİ-nin sertifikatına və gümüş medala layiq görülüb

12-09-2019
Ramin Quluzadə nazir vəzifəsindən azad edildi

Ramin Quluzadə nazir vəzifəsindən azad edildi

26-01-2021
Nazir Tərtərdə vətəndaşları qəbul edib

Nazir Tərtərdə vətəndaşları qəbul edib

12-11-2016
Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

19-09-2018
Nazirlik nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

Nazirlik nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

18-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə